Bakıdan Moskvaya cəmi 354 manata, Moskvadan Bakıya isə ən azı 870 manata uça bilərsiniz. O da, əgər ekonom sinfində bilet tapılarsa.
Bu, Rusiyada qismən səfərbərlik elan olunandan sonrakı reallıqdır.
Amma vaxtında təyyarədə yer tapmaq da müşküldür. Məsələn, oktyabrın 2-də Moskva Bakı reysində ekonom sinfinə bir bilet də qalmayıb. VİP uçuş isə sərnişinə 1019 avroya, yəni 1630 manata başa gəlir. Digər günlərdə də vəziyyət oxşardır.
Azərbaycan Turizm Blogerləri Asossasiyasının üzvü Azər İsmayıl deyir ki, yüksək bilet qiymətləri Rusiyanı tərk etmək istəyən insanların sayının artması ilə əlaqədardır.
Turizm blogeri Elşən İsmayılov deyir ki, Azərbaycan avia şirkətləri maksimal qiyməti keçməyib. Amma o bilet qiymətlərinin yaxın dövrdə aşağı salınacağını da ehtimal etmir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar