İqtisadiyyat

“Bakı Metropoliteni”nin yarım milyard manat borcu yaranıb

30 İyun, 2021
3533

Sosial Media

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub.

Qurumun iyunun 30-da yayılan maliyyə hesabatında göstərilir ki, bu, 2019-cu illə müqayisədə 51,7% çoxdur.

Son nəticədə səhmdar cəmiyyətinin yığılmış zərəri 17,35% artaraq 565,24 milyon manata çatıb.

Ötən il “Bakı Metropoliteni”nin sərnişindaşımadan gəlirləri 21,623 milyon manat (əvvəlki ilə nisbətən 68,6% az), dövlət büdcəsindən aldığı dotasiya 67,679 milyon manat (37% çox), sair əməliyyat gəlirləri 3,534 milyon manat (38,1% az), istifadə etdiyi material ehtiyatlarının dəyəri 4,928 milyon manat (22,8% az), istifadə etdiyi neft məhsullarının dəyəri 680 min manat (9,3% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 6,628 milyon manat (40,9% az), istifadə etdiyi qazın dəyəri 168 min manat (2,3% az), istifadə etdiyi suyun dəyəri 4,156 milyon manat (0,8% çox), işçi heyəti üzrə xərcləri 44,66 milyon manat (3,1% az), torpaq, tikinti və avadanlıqlar üzrə amortizasiya xərcləri 103,413 milyon manat (7,9% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 179 min manat (17,8% çox), tikinti və avadanlıqlarının qalıq dəyəri 666 min manat (44,8% çox), digər xərcləri 7,532 milyon manat (19,15% az), sair əməliyyat xərcləri isə 3,37 milyon manat (29,1% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Metropoliteni”nin aktivləri 2 513,284 milyon manat olub ki, bu da illik müqayisədə 2,5% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 9% artaraq 58,917 manata, balans kapitalı isə 2,4% artaraq 2 454,367 milyon manata, o cümlədən nizamnamə kapitalı 4,9% artaraq 3 019,606 milyon manata çatıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 Oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo