İqtisadiyyat

"Brent" neftinin qiyməti 65 dolları keçdi

23 Fevral, 2021
1345

Liberfex

Dünya bazarlarında "Brent" neftinin dəyəri 1,58% artaraq 1 barelə görə 65,38 dollar təşkil edib.

"Oilprice.com"un fevralın 23-də məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 1,57% artaraq 62,67 dollar təşkil edib.

Dünya bazarında "Azeri Light" (CIF) markalı neftin də qiyməti artıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,84 ABŞ dolları və ya 1,32% artaraq 64,57 dollar təşkil edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Turizm üçün yeni dövlət proqramı: 5 ildə 1,1 faizlik artım hədəflənir 

25 Avqust 2026

Report

Azərbaycan prezidenti İlham Əliyev avqustun 20-də “Turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 47 səhifəlik proqramın məqsədləri arasında turizm sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, regionlarda turizmin inkişafının təşviq edilməsi kimi məqsədlər yer alıb.  Eyni zamanda, turizmlə əlaqəli olan, turoperatorluqdan tutmuş hotel tikintisinə qədər bir çox sahələrə subsidiya ayrılması nəzərdə tutulur.  Bir sıra müstəqil ekspertlər isə proqramın icrasının uğurlu olacağına şübhə ilə yanaşıb.  Hüquqşünas Əkrəm Həsənov sosial media hesabında proqramla bağlı qoyulan vaxt məhdudiyyətinə diqqət çəkib.  Belə ki, prezident sərəncamında Nazirlər Kabinetinə altı ay ərzində “Turizm haqqında” qanunun təkmilləşdirilməsi üçün təkliflər təqdim etmək tapşırılıb. Proqramda isə qeyd olunub ki,...
İqtisadiyyat

Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?

14 Avqust 2026

president.az

Azərbaycanda heyvan bazarlarının tədricən bağlanaraq onlayn satışla əvəz olunması planlaşdırılır.  Bu barədə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib. O, əsas kimi qurum tərəfindən aparılan yoxlamalar zamanı 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.  “Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci dövlət proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”, - o qeyd edib. ...

Seçilmiş Videolar

Toplum TV loqo