İqtisadiyyat

İqtisadçı ekspert Tarif Şurasının yeni qərarları barədə: "Əhali daha da kasıblaşacaq"

30 İyun, 2021
3888

Sosial Media

İqtisadçı ekspert Natiq Cəfərli Tarif Şurasının qazın və elektrik enerjisinin yeni qiymətləri barədə qərarlarını tənqid edib. 

Ekspertin "Feysbuk" hesabında yazdığı yazını təqdim edirik: 

"Azərbaycan hökuməti əhaliyə satılan təbii qazın qiymətini artırdı: belə ki, əvvəl 2200 m3 olan və 10 qəpiyə satılın limit, indi 1200 m3-ə qədər azaldıldı. Yəni, əhali 1200 m3 qazın pulunu hər m3-ə görə 10 qəpikdən, 1200-2500 m3 arası 20 qəpikdən, 2500 m3-dən artıq olanda isə 25 qəpikdən ödəyəcək. 

2020-ci ilin məlumatlarına əsasən əhalinin 21%-i hətta 2200 m3 limiti belə keçib. Yəni, əhalinin ən azı 65-70%-i yeni qaydalara görə limiti keçəcək, ancaq hökumət bu gün verdiyi açıqlamada israr edir ki, 50% üçün qiymət artacaq, 50% isə elə 1200 m3 limit çərçivəsini keçməyəcək. Əvvəla, əhalinin lap 50% üçün də qiymət artımı olsa belə, bu indiki sosial durum üçün çox pisdir, əhalinin daha da kasıblaşmasına səbəb olacaq. Çünki, əhali kommunal xidmətlərə nə qədər çox pul xərcləyirsə, həyat keyfiyyətinin yüksəltmək üçün vəsaiti qalmır, qazancını ərzağa, kommunal xidmətə xərcləmək isə kasıblığın əsas göstəricisidir. Bu gün rəsmi rəqəmlərə görə əhali qazancının 55%-ni ərzağa, 25%-ə yaxınını isə kommunal xidmətlərə xərcləyir, toplamda 80% edir. Dünyada qazancının 25%-dən çoxunu ərzağa və kommunal xidmətlərə xərcləmək kasıblıq sayılır, bu indikatora görə əhalinin 80%-i bizdə kasıbdır! 

Elektrik stansiyalarına verilən təbii qazın tarifi də 1 qəpik artırılmaqla 12 qəpikdən 13 qəpiyə qaldırılıb – bu isə o deməkdir ki, növbəti addım elektrik enerjisi qiymətinin artırılması olacaq. 

Ticarət, xidmət və digər sahələrdə istifadə olunun təbii qazın da qiyməti 5 qəpik artırılıb – bu isə, demək olar ki, bütün sahələrdə qiymət artımı dalğası gətirəcək. 

Hökumət gözdən pərdə asmaq üçün  “Azəristiliktəchizat” ASC və yaşayış binalarının məhəllə qazanxanaları üzrə təbii qaz tarifi 20 qəpikdən 13 qəpiyə endirilib - əhalinin 90%-ə yaxını mərkəzləşdirilmiş istilik sitemindən mərhumdur, məhz ona görə də bu addımı gözdən pərdə asmaq kimi dəyərləndirmək lazımdır. 

İlin əvvəlindən başlayan dizel, bensiz, içməlisi su, indi isə təbii qaz, bir müddət sonra elektrik enerjisi və ictimai nəqliyyatda qiymət artımı ölkədə sosial gərginliyi artıracaq əsas amildir. Ərzaq inflyasiyasının real resablamalarda ikirəqəmli həddə çatması da bu gərginliyi daha da artıran amildir. Nə istəyir hökumət?! Nədən insanların canını boğazına yığmağa çalışır?! Nədən oturduğu bütün budaqları kəsməyə çalışır?! 

P.S. Bu statusu yazıb bitirənə qədər daha bir qərar çıxdı: bundan sonra kommersiya müəssisələri üçün elektrik enerjisinin 1 kVt/saat-nın qiyməti saat 08:00-dan 22:00-a qədər 7,3 qəpik, saat 22:00-dan 08:00-a qədər isə 3,5 qəpik müəyyən edilib. Bu qərar ciddi narazılığa səbəb olacaq: dövlət mənə - vətəndaşa necə sübut edəcək istehlak saatlarını? İndi sayğaclarla bu mümkün deyil axı! Yanaşmanın özü normaldır, amma texniki cəhətdən necə həyata keçiriləcək ki, inandırıcı olsun?! Yəni, mən-vətəndaş-istehlakçı zatən inhisarçı dövlət şirkətlərinə güvənmirəm, bəs nə etməliyəm?! Hər axşam saat 22:00-da ayağımın altına stul qoyub sayğacın göstəricisini yazmalı, səhər saat 08:00-da bir daha dırmaşıb gecə işlətdiyimi qeyd etməli və beləcə 30 gün əziyyət çəkməliyəm ki, bu oğru, korrupsioner, büdcəni talayan dövlət şirkətləri məni aldatmasın?! Necə olacaq bunun prosedur qaydaları?! Avqustun əvvəlində siz, hökumət olaraq onminlərlə vətəndaş şikayəti ilə üzləşəcəksiniz, bunu istəyirsiniz?!"


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır

18 Sentyabr 2026
Gələn il Azərbaycanın dövlət büdcəsinə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat azalacağı gözlənilir. Hökumət qeyri-neft-qaz gəlirlərinin artması hesabına büdcənin ümumi gəlirlərində 1,6 faizlik artım proqnozlaşdırır. Maliyyə Nazirliyinin açıqladığı ilkin göstəricilərə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Bu, 2026-cı ilin təsdiqlənmiş büdcəsi ilə müqayisədə gəlirlərin 625 milyon, xərclərin isə 696,4 milyon manat artması deməkdir. Neft-qaz sektorundan büdcəyə 15 milyard 480 milyon manat daxil olacağı nəzərdə tutulur. Bu məbləğ cari ilin proqnozundan 5,8 faiz azdır. Bununla belə, büdcə gəlirlərinin 39,5 faizi yenə neft-qaz sektorunun payına düşəcək. Azalma əsasən Dövlət...
İqtisadiyyat

Yeni dövlət proqramı Azərbaycanın ərzaq təhlükəsizliyini təmin edə bilərmi?

16 Sentyabr 2026

president.az

Prezident İlham Əliyev sentyabrın 10-da “Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı”nı təsdiqləyib. 38 səhifəlik proqramda qeyd olunub ki, "ölkədə qida təhlükəsizliyi sahəsində mühüm nailiyyətlər əldə edilməsinə baxmayaraq, mövcud vəziyyətin təhlili bu sahədə bir sıra çatışmazlıqların olduğunu göstərir." "Belə ki, qida zəncirinin bütün mərhələləri üzrə (tarladan süfrəyədək) izlənilmə mexanizmlərinin tam formalaşmaması, heyvan və bitki sağlamlığına nəzarət sistemlərində bəzi çatışmazlıqlar qida təhlükəsizliyinin təmin edilməsinin əsas problemlərindəndir", - deyə əlavə olunub. Proqramda əsas məqsədlər sırasında milli qida təhlükəsizliyi sisteminin gücləndirilməsi, qida mənşəli xəstəliklərin və təhlükələrin azaldılması və başqa məqsədlər göstərilib. Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli isə “Toplum TV”yə...

Seçilmiş Videolar

Toplum TV loqo