İqtisadiyyat

İqtisadçı-ekspert: "Benzin qiymətlərinin bazar tərəfindən tənzimlənməsi iddiası mifdir"

2 İyun, 2021
4196

Açıq mənbələrdən götürülüb

SOCAR-ın məntiqi ilə düşünsək, 1-2 aydan sonra neftin qiyməti 70 dollardan məsələn, 50 dollara düşərsə, SOCAR Aİ-95 markalı yanacağın qiymətini 1,2-1,25 manata endirməlidir”

Bu sözləri “Toplum TV”-yə açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

Bu gün, iyunun 2-də Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı benzin növləri bahalaşıb. Ölkəyə 2014-cü ilin aprelin 1-dən idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata yüksəlib.

SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov mətbuata açıqlamasında bildirib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır.

Onun sözlərinə görə, hər iki benzin növü ölkəyə idxal olunur: "Bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olduğuna görə, həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsulların qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca – azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. İndi isə dünyana neftin və neft məhsulların qiyməti artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib".

Natiq Cəfərli - Sosial Media

N.Cəfərli isə bildirir ki, Aİ-95 və Aİ-98 markalı yanacaq növlərinin qiyməti dövlət tərəfindən tənzimlənmir: “Bir neçə il bundan qabaq müvafiq qərar verildi və qiymət tənzimlənməsi məsələsi Tarif Şurasının öhdəliyindən çıxarıldı. Qərara əsasən, Aİ-95 və Aİ-98 markalı yanacaqlar dünya bazarındakı qiymətlərə uyğun tənzimlənəcəkdi”. 

Ekspertin sözlərinə görə, problem odur ki, bu işlə yalnız SOCAR məşğuldur: “Məntiqlə biz ölkədə bazar qiymətlərinə uyğun tənzimləmə görməliydik. Amma çox təəssüf ki, bu növ benzinlərin Azərbaycana gətirilməsini və satılmasını həyata keçirən yeganə şirkət SOCAR-dır. Bu prosedur nəticə etibarilə SOCAR-ın bazarda inhisarçı olmasına və qiymətləri özünün istədiyi kimi diqtə etməsinə gətirib çıxarır”.

N.Cəfərli qeyd edir ki, əslində, neftin bazar qiymətlərinə uyğun tənzimlənməsi üçün vaxt tələb olunur: “SOCAR-ın rəsmi açıqlamasında bildirilir ki, dünya bazarında neft qiymətlərinin artması ilə əlaqədar olaraq Aİ-95 və Aİ-98 yanacaqlarının da qiyməti artırılıb. Bu həqiqəti əks etdirən məsələ deyil. Düzdür, neft bazarında qiymətlər qalxaraq 70 dollara çatıb. Amma neft bazarında qiymətlərin qalxması benzin bazarına iki ay sonra təsir göstərir. SOCAR dövlət şirkəti olaraq inhisarçı mövqeyindədir. Amma bu məsələdə o, süni inhisarçıdır. O mənada ki, bazara digər oyunçuların daxil olmasına imkan verilmir. Məntiqsizlik burdadır: əgər benzinin qiyməti bazar tərəfindən tənzimlənəcəkdisə, qiymətlər müxtəlif cür olmalı idi, məsələn, bir yanacaq doldurma məntəqəsində 1.30 AZN, digərində isə 1.40 AZN. Deməli, benzin qiymətlərinin bazar tərəfindən tənzimlənməsi iddiası mifdir və həqiqəti əks etdirmir. SOCAR-ın müvafiq strukturları bazarda öz qiymətlərini diqtə edirlər”.

Digər iqtisadçı-ekspert Qadir İbrahimli də məsələ ilə bağlı öz “Feysbuk” hesabında paylaşım edib.

Qadir İbrahimli

O, SOCAR-ın benzinin bahalaşması ilə bağlı açıqlamasını sadəcə formal cəhətdən haqlı hesab edib: “Dünya bazarlarında neft 30 dollaradək ucuzlaşanda sözügedən benzin markaları adekvat şəkildə ucuzlaşmamışdı. Bu arqumentin başqa aspekti heç bir tənqidə dözmür. Neft ixracatçısı olan Azərbaycan niyə benzin idxal etməlidir? Niyə ölkədə Avropa standartına uyğun benzin emal olunmur? Çünki neft pullarını mənasız layihələrə xərcləyib, havaya sovurublar.”

“Bu ilin əvvəlində də Tarif Şurası SOCAR-ın təklifi ilə ölkədə emal edilən Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının qiymətini bahalaşdırmışdı. Bu il təkcə benzin və su bahalaşmayıb. Bütün ərzaq məhsulları, hətta tikinti mallarının qiyməti də bahalaşıb. Baxmayaraq ki, inşaat sektoru böhran içindədir. Korrupsiya layihələrini maliyyələşdirmək üçün bütün cəbhələr boyu camaatın cibinə girilir”, - deyə Q. İbrahimli qeyd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...
İqtisadiyyat

Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?

13 İyun 2026

president.az

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə İctimai Televiziyaya geniş müsahibə verib. Onun açıqlamalarını “Toplum TV”yə şərh edən müstəqil ekspertlər hesab edirlər ki, nazir müsahibəsində səsləndirdiyi bir sıra fikirlərlə özü-özünü təkzib edib. Belə ki, M. Cabbarov bildirib ki, bu ilin ilk dörd ayında Azərbaycan iqtisadiyyatının gözlənilən tempdə böyüməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin təxirə salınmasıdır. Onun sözlərinə görə, dövlət investisiyaları hesabına reallaşdırılması planlaşdırılan bəzi tikinti layihələri daha sonrakı dövrdə icra olunacaq. Nazir vurğulayıb ki, məhz bu layihələrin təxirə salınması tikinti sektorunda kəskin azalmanın yaranmasına səbəb olub. Bunun ardınca iqtisadiyyat naziri qeyri-neft-qaz sektorunda yüksək artımdan,...

Seçilmiş Videolar

Toplum TV loqo