İqtisadiyyat

İqtisadçı: “Hakimiyyət iqtisadiyyatı şaxələndirməsə...”

23 Mart, 2021
2466

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda devalvasiya təhlükəsi yoxdur".

İqtisadçı Nazim Bəydəmirli Azərbaycan manatının inflyasiya ehtimalını "Toplum TV"-yə şərh edərkən belə deyib.

Onun sözlərinə görə, Azərbaycanda tədiyyə balansı müsbət olduğundan, yəni ölkədən çıxan valyuta ölkəyə daxil olan valyutadan az olduğuna görə, bu gün Azərbaycanda devalvasiya təhlükəsi yoxdur.

Amma iqtisadçı devalvasiyanın ola biləcəyini də istisna etmir. Onun dediyinə görə, manatın aqibəti birbaşa neftdən aslıdır, Azərbaycan neftinin qiyməti uzun müddət 45 dollardan aşağı olarsa, manatın devalvasiyası mümkündür: "Uzun müddət neftdən asılı qalaraq yaşamaq olmaz. Hökumət iqtisadiyyatı şaxələndirməyə, ixrac potensialını diversifikasiya etməyə məhkumdur".

Türkiyənin "Ekonomi haberleri"nin martın 22-də verdiyi xəbərə görə, Mərkəzi Bankın sədri Naci Ağbalın vəzifədən azad edilməsi türk lirəsinin 17% ucuzlaşmasına səbəb olub.

Son 20 ildə lirənin inflyasiyası artıq ikinci dəfədir ki, ikirəqəmli həddə çatır - 2018-ci ildə Türkiyənin milli valyutası 15.1% ucuzlaşmışdısa, indi bu hədd 17% təşkil edir.

İqtisadçı Qubad İbadoğlu martın 22-də "Feysbuk" hesabında yazıb ki, Mərkəzi Bank rəhbərliyinin son 2 ildə 3 dəfə yenilənməsi məzənnənin ucuzlaşmasına səbəb olsa da, baş verənlər əslində Türkiyə iqtisadiyyatının son durumu ilə əlaqədardır: "Bu il fevralın 15-ə olan məlumata görə, Türkiyənin 95,4 milyard dollarlıq beynəlxalq valyuta ehtiyatının 85 faizi və ya 82 milyard dolları yerli bankların Mərkəzi Bankdakı valyuta depozitləridir. Bu da bankların öhdəlikləri sayılır. Odur ki, 15 fevral tarixinə Türkiyə Mərkəzi Bankının xalis valyuta ehtiyatları 13,4 milyard dolları, hətta bu günə olan açıqlamalara görə, 11 milyard dolları ötmür. Bu isə Mərkəzi Bankın manevr imkanlarını kəskin şəkildə çətinləşdirib".

Qubad İbadoğlu-foto açıq mənbələrdən götürülüb

İqtisadçının sözlərinə görə, Türkiyənin beynəlxalq valyuta ehtiyatlarının azalmasının 2 əsas səbəbi var: "Bir tərəfdən rəsmi və qeyri-rəsmi olaraq ölkədən valyuta axını sürətlənib; həm dövlətin, həm də özəl bölmənin xarici borcları və valyuta öhdəlikləri artıb. Digər tərəfdən ötən ilin yekunları üzrə xaricdən valyuta daxilolmaları azaldığından tədiyə balansının cari hesabının kəsiri 36.7 mlrd. dollara çatıb. Beləliklə, lirə dəyər itirmək məcburiyyətində idi".

Lirənin ucuzlaşması Türkiyədən gələn malların qiymətinə təsir edəcəkmi?

Nazim Bəydəmirli deyir ki, Azərbaycanın xarici ticarət partnyorlarının valyutası ucuzlaşanda, azərbaycanlı sahibkarlar daha çox məhsul almaq imkanı qazanır. Yəni valyutanın ucuzlaşması həmin ölkədən məhsul idxal edənə xeyir verir: " Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Türkiyə Rusiyadan sonra ikinci yerdədir. Ancaq, təəssüflər olsun ki, ölkəmizdə gömrük dəyərləndirməsi yüksək olduğu üçün qarşı tərəfin valyutası ucuzlaşmış olsa belə, idxal-ixrac əməliyyatlarında o ölkədən idxal olunan malların qiyməti dəyişmir, hətta bir az da artır".

İqtisadçının sözlərinə görə, Azərbaycanda prosesləri bazar münasibətləri tənzimləmədiyi, ölkədə məmur sahibkarlığı və inhisarçılıq olduğu üçün obyektiv iqtisadi proseslər vətəndaşlara xeyir vermək əvəzinə, onların ziyanına işləyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Heyvan bazarları onlayn satışa keçir: Nəticəsi nə olacaq?

14 Avqust 2026

president.az

Azərbaycanda heyvan bazarlarının tədricən bağlanaraq onlayn satışla əvəz olunması planlaşdırılır.  Bu barədə bu yaxınlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli mətbuata müsahibəsində deyib. O, əsas kimi qurum tərəfindən aparılan yoxlamalar zamanı 28 bazarın mövcud standartlara cavab vermədiyini göstərib.  “Standartlara uyğunlaşdırıldıqdan sonra 14 heyvan bazarının fəaliyyətinə yenidən icazə verildi. Digər bazarların bir hissəsində hazırda yenidənqurma işləri aparılır, bir hissəsinin isə müasir tələblərə cavab verməsi mümkün olmadığından həmin məkanlarda gələcəkdə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmir. Gələcəkdə identifikasiya prosesi və ikinci dövlət proqramı tam başa çatdıqdan sonra fiziki heyvan bazarlarından heyvan satış birjalarına keçid təmin olunacaq”, - o qeyd edib. ...
İqtisadiyyat

DSK: “Azərbaycanlılar xərclərinin təxminən 54 faizini ərzaq, içki və tütünə sərf edib”

13 Avqust 2026

açıq mənbə

Azərbaycan vətəndaşlarının istehlak xərclərinin təxminən 54,3 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 45,7 faizi isə qeyri-ərzaq mallarının payına düşüb. Dövlət Statistika Komitəsinin (DSK) avqustun 13-də yaydığı məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara ümumilikdə 38 milyard 358,5 milyon manatlıq mal satılıb. Bunun 20 milyard 843,9 milyon manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17 milyard 514,6 milyon manatı isə qeyri-ərzaq mallarının payına düşüb. 2025-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artıb. Bu artım ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə isə 6,6 faiz təşkil edib....

Seçilmiş Videolar

Toplum TV loqo