İqtisadiyyat

Komitə sədri: “Fermerlər özlərini ağa kimi aparırlar” 

24 May, 2021
3220

Açıq mənbələrdən götürülüb

“Hazırkı aqrar siyasətin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirmək, kəndlini də çörəyə möhtac qoymaqdır. Kəndlilərsə kütləvi sürətdə şəxsi pay torpaqlarını satıb, canlarını bu əziyyətli və səmərəsiz işlərdən qurtarmağa çalışırlar”.

ABŞ-ın Ratgers Universitetinin professoru, iqtisadçı-ekspert Qubad İbadoğlu “Feysbuk” hesabında belə yazır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2021-ci ilin aprelində 2020-ci ilin aprelinə nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 102,1 faiz, sənaye məhsullarının istehsalçı qiymət indeksi 272,6 faiz, istehlak qiymətləri indeksi isə 104,3 faiz artıb. 

Q. İbadoğlu dizel yanacağının bahalaşmasına görə kəndlilərin xidmət xərclərinin də artdığını bildirir: "Göründüyü kimi, kənd təsərrüfatı istehsalında qiymət bahalaşması cüzi olub, lakin xərclər sürətlə artmaqdadır. Belə ki, kəndlilər ötən il yonca sahələrinin 1 hektarını 25 manata biçdirdikləri halda, bu il həmin xərc 30 manata qədər artıb. Kəndlilər biçilən otu toplamaq üçün ötən il hər hektara 15 manat, bu il 20 manat, presləmək üçün 1 kipə görə ötən il 20 qəpik, bu ilsə 30 qəpik ödəmək məcburiyyətindədirlər. Xərclərin artmasına baxmayaraq 1 ot kipinin satış qiyməti 2,7 manatdan 2,0-2,5 manata qədər ucuzlaşıb. Bununla yanaşı, doyunca sulanmayan yonca sahələrində məhsuldarlıq göstəriciləri də aşağı düşüb”.

Qubad İbadoğlu - Sosial Media

İqtisadçının fikrincə, kənd təsərrüfatında sürətlə artan xərclərə duruş gətirə bilməyən; bazar məhdud, alıcılıq qabliyyəti isə aşağı olduğundan istehsal etdiyi məhsulu bəzən maya dəyərindən ucuz satan kəndlilər vəziyyətdən çıxış yolunu kütləvi şəkildə pay torpaqlarını satmaqda görürlər. Professor onların bu yolla əziyyətli və səmərəsiz işlərdən qurtulmağa çalışdıqlarını vurğulayır. “Hazırkı aqrar siyasətin məqsədi kiçik təsərrüfatları sıradan çıxarmaq, torpaqları ələ keçirmək, kəndlini də çörəyə də möhtac qoymaqdır” - iqtisadçının gəldiyi qənaət belədir.  

Siyəzənin Hacışəkər kəndinin sakini Nadir Şəkərov “Toplum TV”-yə danışır ki, yaşadıqları kənddə su və yol olmadığından orda yaşamaq istəyən yoxdur: “İnsanlar qışda qar, payızda yağış yağmasını gözləyirlər ki, yayda bol su olsun. Kənddəki iki bulağın suyu ancaq yayın ortalarına qədər bəs edir. Qalan zamanlarda suyu pulla alırıq - bir tonunu 10-15 manata. O da ancaq özümüzə çatır, mal-qara yayda susuzluqdan tələf olur. Halbuki bir inəyin qiyməti 1000-1200 manatdır. Çox adam müvəqqəti olaraq heyvandarlıqla məşğul olur, gələcəkdə həm heyvanları, həm də torpaq sahəsini satıb ən azı Siyəzənə köçməyi, orda 300-400 manatlıq iş tapmağı planlaşdırır, çünki burda heç o məbləği də qazana bilmir. Ən çox gənclər və orta yaşlılar kənddən getməyə üstünlük verirlər”.  

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov “Toplum TV”-yə bildirib ki, dizelin qiyməti bahalaşandan sonra fermerlərin xərclərini kompensasiya etmək üçün subsidiyalar artırılıb. Onun söylədiyinə görə, 2021-ci ilin fevralına qədər buğda əkən fermerə hər hektar üçün 200 manat, arpa və qarğıdalı üçün 160 manat, zəfəran üçün 400 manat, pambıq üçün 220 manat subsidiya ödənilirdisə, fevralda qəbul olunan yeni qərara əsasən, buğda üçün 240, arpa üçün 180, qarğıdalı üçün 200, zəfəran üçün 440, pambıq üçün isə 260 manat verilir. 
 
Bu qərarı “Toplum TV”-yə şərh edən Q. İbadoğlu deyir ki, artımlar xərcləri qarşılamır: “Dizel yanacağına görə verilən kompensasiya indiki xərcləri ödəmək iqtidarında deyil. Mən xərclərin necə artdığını sadə bir misalla izah etmişəm, göstərmişəm ki, ötən illə müqayisədə bu il xərclər artıb, gəlirlərsə azalıb. Ümumilikdə isə satış problemi yaranıb. Digər tərəfdən, dizelə görə subsidiya fermerə il ərzində, yəni sonradan verildiyi üçün çətinlik yaradır. Xərcləri əvvəlcədən qarşılamaq lazımdır. Ona görə də artımla bağlı qərarı effektiv hesab etmirəm. Qərarın işləməməsinin səbəbi budur”. 

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayevsə deyir ki, subsidiyalar fermerləri  təmin edir. Onun qənaətincə, sadəcə dizelin cüzi bahalaşmasından sui-istifadə edənlər var:  “Dizel yanacağının qiyməti 5-10 qəpik artan kimi bəzi şəxslər ajiotaj yaradırlar ki, bahalaşma bütün sahələrə təsir edir. Hətta yumurta, göyərti kimi məhsulların da qiymətini artırırlar, ancaq bunlara yanacaq sərf olunmur axı. Dizel cüzi bahalaşsa da, həmin şəxslər məhsulların qiymətini dəfələrlə artırırlar. Bu isə sui-istifadə halıdır”.  

Tahir Rzayev - meclis.gov.az 

Komitə sədri fermerlərin qənaət etmədiyini, buna görə xərclərin artdığını iddia edir: “Mən tez-tez fermerlər arasında oluram, hətta qardaşım da sahibkardır və hər il 15 hektar pambıq əkir, taxıl və digər bitkilərin əkini ilə də məşğuldur. Mən artımın təsərrüfatlara ciddi təsirinin olub-olmadığını fermerlərdən soruşmuşam, onlar olmadığını bildiriblər. Biz qənaət etməyi bacarmırıq. Sahibkarlıqla məşğul olan şəxslər bütün işlərini görmək üçün kənardan işçi qüvvəsi cəlb edir, özlərini ağa kimi aparırlar. Daha sonra da istehsal etdikləri məhsulun maya dəyərinin artmasından, xərclərin çoxalmasından şikayət edirlər. Sahibkar ailə üzvləri ilə birlikdə özü sahədə işləməlidir. Belə hallar nə qədər çox olarsa, məhsuldarlığa da bir o qədər müsbət təsir edər”. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

İcbari Tibbi Sığorta Fonduna ödənişlər niyə azalır?

16 İyun 2026

president.az

Maliyyə Nazirliyi ilin ilk 4 ayı üzrə icmal büdcəni formalaşdıran və hökumətin sərəncam verdiyi ayrı-ayrı büdcələrə dair hesabatı açıqlayıb. Hesabatda diqqət çəkən məqam əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2026-cı ilin yanvar-aprel aylarında İcbari Tibbi Sığorta Fonduna məcburi ödənişlərin məbləğinin azalmasıdır. Belə ki, cari ilin qeyd olunan dövründə Fonda 820,5 milyon manat daxil olub ki, bunun 450 milyon manatı dövlət büdcəsinin transfertindən ibarətdir. Yəni, Tibbi Sığorta Fondunun büdcə dəstəyi olmadan gəlirləri 370,5 milyon manat təşkil edir və bu, əvvəlki ilin göstəricisindən 17 milyon manat, yaxud 2,2 faiz azdır. Fondun transfertsiz gəlirləri sahibkarlıq subyektlərinin və muzdlu işçilərin aylıq ödənişlərindən formalaşır. “Tibbi...
İqtisadiyyat

Nazirin sual doğuran müsahibəsi: Özəl sektor güclüdürsə, artım niyə dövlət layihələrindən asılıdır?

13 İyun 2026

president.az

İqtisadiyyat naziri Mikayıl Cabbarov bu günlərdə İctimai Televiziyaya geniş müsahibə verib. Onun açıqlamalarını “Toplum TV”yə şərh edən müstəqil ekspertlər hesab edirlər ki, nazir müsahibəsində səsləndirdiyi bir sıra fikirlərlə özü-özünü təkzib edib. Belə ki, M. Cabbarov bildirib ki, bu ilin ilk dörd ayında Azərbaycan iqtisadiyyatının gözlənilən tempdə böyüməməsinin əsas səbəblərindən biri dövlət tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələrin təxirə salınmasıdır. Onun sözlərinə görə, dövlət investisiyaları hesabına reallaşdırılması planlaşdırılan bəzi tikinti layihələri daha sonrakı dövrdə icra olunacaq. Nazir vurğulayıb ki, məhz bu layihələrin təxirə salınması tikinti sektorunda kəskin azalmanın yaranmasına səbəb olub. Bunun ardınca iqtisadiyyat naziri qeyri-neft-qaz sektorunda yüksək artımdan,...

Seçilmiş Videolar

Toplum TV loqo