İqtisadiyyat

Qadir İbrahimli: ""Füzuli Airport" MMC uğursuz layihədir"

2 mart, 2021
4109

Sputnik

""Füzuli Airport" MMC uğursuz layihədir. Belə layihələr dövlət investisiyaları və büdcə vəsaitlərinin mənimsənilməsinə xidmət edir". 

Bunu “Toplum TV”-yə açıqlamasında iqtisadçı Qadir İbrahimli deyib. 

İqtisadiyyat Nazirliyi məlumat yayıb ki, martın 2-də Dövlət Vergi Xidməti "Fuzuli Airport" MMC-ni dövlət qeydiyyatına alıb və Füzuli rayonunda yeni aeroportun inşası həmin şirkətə verilib. 

Qadir İbrahimli

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Mərdəkan prospekti, ev 21-dir. 

Adıçəkilən ünvanda həm də aviasiya sektorunda fəaliyyət göstərən "Silk Way Holdinq" MMC-yə məxsus bir sıra şirkətlər fəaliyyət göstərir.

İqtisadiyyat Nazirliyinin açıqlamasını şərh edən iqtisadçı vurğulayır ki, işğaldan azad olunmuş ərazilərdə əhali yaşamır, insanların ora köçməsinə isə hələ 3-5 il var, ona görə də Qarabağda indidən aeroport tikməyin heç bir mənası yoxdur. 

Q.İbrahimlinin sözlərinə görə, aeroporta xərclənəcək vəsaiti dağılmış ərazilərin bərpasına yönəldib üçün daha faydalı işlər görmək olardı: “Məsələn, cənub bölgəsində 1 milyon insan yaşayır, onların çoxu Rusiyaya iş üçün gedib-gəlirlər. Buna baxmayaraq Lənkəran aeroportu böyük gəlirlə işləmir. Füzuli aeroportunun hərbi məqsədlərə xidmət edəcəyini düşünmürəm, bunun üçün başqa aeroportlar var”.

İqtisadçının fikrincə, idarəetmə baxımından “Silk way Holdinq”-lə AZAL arasında böyük bir fərq yoxdur: "Hər iki şirkət eyni mərkəzdən idarə olunur. Yəqin ki, bu qərar da həmin mərkəzin kommersiya maraqlarına uyğun verilib”.

Natiq Cəfərli

İqtisadçı Natiq Cəfərli isə hesab edir ki, aeroportun AZAL-a verilməməsinin səbəbi bu şirkətin İnvestisiya Holdinqinə daxil edilməsidir.

“Silk Way Holdinq”-in hakim ailəyə məxsus olması haqda iddiaları xatırladan iqtisadçı AZAL-ın da özəlləşdirələcəyilə bağlı xəbərlər yayıldığını qeyd edir: “Silk Way” özəl şirkət olduğu üçün onun idarəetmə formasını dəyişmək mümkün deyil. Ona görə də aerportun idarəçiliyi AZAL-a yox, bu şirkətə tapşırılıb”. 

Aytac Məmmədli


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

İqtisadiyyat

Azərbaycana gələn xaricilərin sayı azalmaqda davam edir: 9 ayda 6 faiz geriləmə

22 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana gələn xarici vətəndaşların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 6 faiz azalıb. Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, bu dövrdə 191 ölkədən Azərbaycana 1 milyon 831,8 min nəfər gəlib. Gələnlərin 27,1 faizi Rusiyanın, 19,4 faizi Türkiyənin, 7,7 faizi İranın, 4,9 faizi Gürcüstanın, 4,5 faizi Qazaxıstanın, 3,7 faizi isə İsrailin vətəndaşları olub. Ötən ilin eyni dövrü ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 6,1 faiz artaraq 94,2 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 4,3 faiz artaraq 699 min nəfərə çatıb. Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 32 faiz azalaraq 218,3 min nəfər, digər...
İqtisadiyyat

Nazirlik: Azərbaycan 9 ayda 15 milyon tondan çox neft ixrac edib

15 oktyabr 2026

sosial media

Bu ilin yanvar-sentyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 19,9 milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Məlumata görə, hasilatın 11,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,6 milyon tonu “Şahdəniz”in, 0,4 milyon tonu isə “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft hasilatı, kondensatla birlikdə, 5,1 milyon ton təşkil edib. Nazirlik bildirir ki, həmin dövrdə 15,5 milyon ton neft və kondensat ixrac olunub. Bunun 14,2 milyon tonu konsorsiumun, 0,8 milyon tonu SOCAR-ın, 0,5 milyon tonu isə JOCAP-ın (Joint Operating Company of Absheron Petroleum) payına düşüb. Müstəqil iqtisadçılar bildirirlər ki, Azərbaycan iqtisadiyyatı hələ də neft və...

Seçilmiş Videolar

Toplum TV loqo