Manşet

“Neçə restoranda bu atributlar asılır, heç kimin də işi yoxdur”

28 Noyabr, 2025
214

İllüstrasiya: Toplum TV

Noyabrın 26-da hökumətyönlü mətbuatda kommunist fəallar Abdulla İbrahimli və İbrahim Əsədlinin polis tərəfindən saxlanıldığı xəbəri yayıldı

İlkin məlumatda həmin şəxslərə qarşı ittiham maddələri qeyd olunmasa da, onların Bakıda SSRİ bayrağı ilə yürüş keçirdiyi, “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına” ofis icarəyə götürdüyü və ofisdə keçirilən reyd zamanı “kommunist ideologiyasının təbliğinə dair materialların” götürüldüyü bildirilib. 

Onların iştirak etdiyi yürüş isə noyabrın 7-də “Böyük Sosialist İnqilabı”nın 108-ci ildönümündə baş tutub və yürüşdən video da sosial şəbəkələrdə məhz həmin gün paylaşılıb. 

Həbs xəbərindən bir gün sonra fəalların barəsində Nizami Rayon Məhkəməsində keçirilən prosesdə 3 ay həbs qətimkan tədbiri seçildiyi xəbəri yayılıb. Məlumata görə, hər iki şəxs Cinayət Məcəlləsinin 233-cü maddəsi (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) ilə ittiham olunub. 

Saxlanılan şəxslərin ittihama münasibəti məlum deyil. “Toplum TV”-nin onların vəkili ilə əlaqə cəhdləri hələlik nəticə verməyib. 

Təqsirləndirilən şəxslərdən İbrahim Əsədli ixtisasca onkoloqdur və Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəridir.

İ.Əsədlinin yaxınlarından biri adının açıqlanmaması şərtilə “Toplum TV”-yə deyib ki, bu işdə, “əslində, kommunizm bəhanədir”. O iddia edib ki, Səhiyyə Nazirliyinin İ.Əsədli ilə məhkəmə çəkişməsi olub və həkim məhz buna görə cəzalandırılıb.

İ.Əsədli xərçəng xəstəliyinin müalicəsində dərmanların deyil, bitkilərin istifadəsini müdafiə edib və qonaq kimi iştirak etdiyi internet televiziyalarında bu haqda danışıb. Müsahibimiz iddia edib ki, buna görə Səhiyyə Nazirliyi onun həkimlik praktikasına mane olmağa çalışıb.

“İş məhkəmədə idi. İbrahimi bir ay öncə məcbur etdilər ki, “Loğmed” klinikasında icarəyə götürdüyü otağı bağlasın. Əsas problem budur. Bayraq məsələsi isə belədir ki, Abdulla İbrahimli öz “Tiktok” səhifəsində şou-biznes əhlindən bir neçə nəfər ilə mübahisə etmişdi. Bir-birinə təhqirlər yazırdılar. Odur ki, 7 noyabrda olan yürüş və elə həmin gecə paylaşılan video sonradan səs küyə səbəb oldu”, - o qeyd edib. 

İddiaya Səhiyyə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb. 

“Yürüşdə istifadə olunan bayraqlar, ofisdən “tapılan” medallar “Temu” satış saytından alınıb, kim istəsə girib ala bilər. Bakıda neçə restoran var ki, orada bu atributlar asılıb, heç kimin də işi yoxdur. Ofisdən götürülən kitablar, əsasən, Oşonun olmaqla psixologiya haqda kitablardır, sadəcə olaraq mətbuatda gedən kadrlarda görünmür”, - deyə müsahibimiz əlavə edib. 

İddianın gerçək olub-olmamağından asılı olmayaraq, saxlanılan şəxslərin həbsində məhz kommunizm təbliğatının və SSRİ bayrağının qabardılması suallar yaradıb. Çünki Azərbaycanda bu ideologiya və atributları qadağan olunmayıb. 

“Tribunat” hüquqi maarifləndirmə platforması mövzu ilə bağlı analizində bu nəticəyə gəlib ki, Azərbaycanda keçmiş Sovet simvollarının daşınması və gəzdirilməsi “hər hansı məsuliyyət növü yaratmır və kommunist ideologiyasını təbliğ etdiyi deyilən bu şəxslərin əməllərində Cinayət Məcəlləsinin 233-cü maddəsinin tərkib əlamətləri yoxdur”.

“Toplum TV”-yə danışan hüquqşünas Ruslan Əliyev də bildirib ki, bu cinayət işi “hüquqa, qanuna və əxlaqa ziddir”. 

“Kommunist partiyası və ideologiyası nasizm deyil ki, qadağan edilsin. Əksinə, faşizmə qalib gəlib, ciddi elmi əsasları var və dünyada universal şəkildə qəbul edilmiş ideologiyadır. Azərbaycanın özünün tarixində isə ən uzunmüddətli respublikanı yaradıb və bu ölkənin tarixinin bir hissəsidir. Ölkəni aqrar feodal mülkədar ölkədən sənaye inqilabına keçirmiş, ümumdaxili məhsulu qat-qat artırmış yeganə dövlət Azərbaycan Sovet Sosialist Respublikası olub. Tutulanlar nə siyasi partiya, nə radikal qruplaşmanı təmsil edir, nə də qadağan olunan ədəbiyyatla məşğul olublar. Məsələnin bu cür təqdim olunmasının özü qanunsuz, faktiki olaraq siyasi dözümsüzlük və təhqiramiz, ucuz gözdənsalma kampaniyasıdır. Bunu biz hakim Yeni Azərbaycan Partiyasının özü kimi sağçı-mərkəzçi olsa da müxalif olduğu üçün eyni rəftara məruz qalan müxalif partiyaların mütəmadi eyni metodlarla təqibindən və damğalanmasından yaxşı tanıyırıq. Bu, siyasi ayrı-seçkilik və dözümsüzlükdür”, - o vurğulayıb. 

R.Əliyev bildirib ki, təqsirləndirilən şəxslərin işi Avropa İnsan Hüquqları Məhkəməsinə gedəcəyi halda, onlara hüquqi dəstək verməyə hazırdır. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...
Manşet

Şahin Şıxlinski qətl və sui-qəsd cəhdinin təşkilində günahkar sayılıb

12 Fevral 2026

Foto: açıq mənbə

Uraldakı Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinski Rusiyada qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilinib.  Yerli mətbuatın yazdığına görə, bu barədə Yekaterinburqun Kirovski rayon Məhkəməsinin andlılar kollegiyası qərar çıxarıb. Andlılar Məhkəməsinin kollegiyası Şahin Şıxlinskini, Ayaz, Bakir, Kamal, Məzahir Səfərovları və Şücayəddin Rəcəbovu Yekaterinburqda qətl və sui-qəsd cəhdinin təşkilində günahkar bilib. İstintaq onların 2001-ci ildə iş adamı Yunus Paşayevin qətlində və 2010-cu ildə iş adamı Fehruz Şirinova qarşı sui-qəsd cəhdində iştirak etdiklərini hesab edir. Andlılar məhkəməsinin iclası prokurorluğun tələbi ilə məhkəmə prosesi qapalı keçirilib. Hakimin andlılar kollegiyasının qərarına əsasən hökm çıxaracağı gözlənilir. Andlılar məhkəməsinin kollegiyasının çıxardığı qərara əsasən, Şahin Şıxlinski 2010-cu ildə Fehruz...

Seçilmiş Videolar

Toplum TV loqo