Milli Məclis məhkəmə qərarı olmadan axtarış və müsadirə hallarını genişləndirməyi təklif edir
Foto: meclis.gov.az
Milli Məclisdə məhkəmə qərarı olmadan axtarış və ya müsadirənin həyata keçiriləcəyi halların dairəsinin genişləndirilməsi təklif olunub.
"Report"un xəbərinə görə, bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi yanvarın 29-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılıb.
Dəyişiklik qəbul olunarsa, təxirə salına bilməyən hallarda müstəntiq "şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə dəlalət edən İKT sisteminin, onun hissələrinin, elektron verilənlərin saxlanıldığı daşıyıcıların axtarış və ya müsadirəsini məhkəmənin qərarı olmadan həyata keçirəcək".
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”