Manşet

"Baksol yolu"nda ölən gəncin anası: "Dedilər, boşuna əziyyət çəkmə, yazığın birini tutacaqlar"

3 Fevral, 2026
206

Foto: açıq mənbə

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

APA-nın xəbərinə görə, fevralın 3-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə A.Cümşüdov dövlət ittihamçısının suallarını cavablandırıb. 

A.Cümşüdov bildirib ki, həmin ərazidə mayın 14-də də çökmə baş verib. 

"Operativ idarəetmə mərkəzindən bizə çökmə ilə bağlı məlumat verildi. Biz də ərazini qanuna uyğun olaraq lentləyib, müvafiq xəbərdaredici nişanlar qoyduq. İyunun 4-də rəhbərlikdən dedilər ki, o ərazidən çıxın, daha sizin orada işiniz qalmayıb", - sahə rəisi deyib. 

Dövlət ittihamçısı bədbəxt hadisənin videosunda lentlərdən başqa heç nəyin görünmədiyini soruşduqda, A.Cümşüdov xəbərdarlıq nişanlarının sahibkarlar tərəfindən götürüldüyünü iddia edib. 

"Biz həmin ərazini lentlədikdən sonra sahibkarları xəbərdar etdik. Onlar isə xəbərdarlığa məhəl qoymayaraq işarələri sökdü. Ərazinin üzərinə kosmetik dikt taxta töküblər və hətta təmir materialları qoyublar. Yol da ağırlığa dayanmayıb, çöküb", - o qeyd edib. 

Daha sonra zərərçəkən tərəfin vəkilinin suallarını cavablandıran A.Cümşüdov çökmə ilə bağlı rəhbərliyə dəfələrlə xəbərdarlıq etdiyini söyləyib. 

"Dəfələrlə rəy vermişəm ki, həmin ərazi qəzalı vəziyyətdədir, materiallar sovet dövründən, 1986-cı ildən qalıb, yenilənməlidir. Hətta ona yaxın ərazidə daha öncə çökmə də olub, təmir etmişik. Hissə-hissə təmir işləri aparırdıq. O ərazi ilə bağlı danışanda dedilər ki, material yoxdur", - o bildirib. 

Ölən gəncin anası isə məhkəmədə çıxışında deyib ki, şikayətini geri götürməsi üçün ona öz qohumları tərəfindən hədə-qorxu gəlinir. 

"Qaynım Vidadi Abbasov "Azərsu"da rəhbər vəzifədə işləyir. Oğlu məni təhdid elədi ki, şikayətimi geri çəkim. Bacım mətbuata açıqlama verdi deyə məni təhqir etdilər ki, niyə ictimailəşdirmisən? Su Kanal İdarəsində çalışan İntiqam adlı şəxs də mənə dedi ki, boşuna əziyyət çəkirəm: "Onsuz da yazığın birini tutacaqlar. Gəl, şikayət etmə, sənə köməklik edək". Onların qaynımla əlbir olduqlarını düşünürəm", - o iddia edib. 

A.Cümşüdov da bildirib ki, məsuliyyətə cəlb olunmağından prosesin ən sonunda xəbər tutub: "Məni prokurorluğa lap axırda çağırdılar. Dedilər ki, şahid qismində ifadə verəcəksən. Bir gün qalmış isə ittiham verdilər. Mənim günahım yoxdur. Əgər azacıq da olsa, təqsirliyəmsə, cəzamın 10 qatını çəkməyə razıyam." 

Onun vəkili Anar Ramazanov rəhbər şəxslərin məhkəmədə dindirilməsi üçün vəsatət verəcəyini deyib. 

Növbəti proses fevralın 17-nə təyin edilib.

Ötən il iyun ayında "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən Cümşüd Cümşüdlünün meyiti iyunun 28-də Hövsan qəsəbəsində kollektorda tapılmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Manşet

Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı

7 Sentyabr 2026

sosial media

Nədənsə bu məmləkətin insanlarına baxdıqda Dino Buzzatinin “Tatar çölü” romanının qəhrəmanı Droqonu xatırlayıram. Onun da arzuları vardı və həmin arzular onu yaşadırdı. Bəlkə də insanı yaşadan elə arzularıdır. Bu gün sahib olmadığımız, amma sabah əldə edəcəyimizə inandığımız şeylər, bir gün dəyişəcəyini düşündüyümüz həyat, gələcəyinə ümid etdiyimiz yaxşı günlər. Həyatımızın böyük bir hissəsi bu gözləntilərin içərisində keçir. Bəzən fərqinə varmadan bu günü deyil, gələcəkdə başlayacağına inandığımız başqa bir həyatı yaşayırıq və ya onu yaşamağı arzu edirik. İtalyan yazıçısı Dino Buzzatinin “Tatar çölü” romanında gənc leytenant Droqo hərbi məktəbi bitirdikdən sonra xidmət etmək üçün Bastiani qalasına göndərilir. Qarşıda uzun bir həyatı, hərbçi...
Manşet

"Baksol yolu işi"ndə tikinti rəisi: "Təmir üçün material 1 ay gec ayrılıb" 

17 Fevral 2026

Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Ötən ilin iyununda paytaxtın "Baksol yolu" adlanan ərazisində 27 yaşlı gəncin ölümü ilə nəticələnən yol çöküntüsündə təqsirləndirilən, Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA-nın xəbərinə görə, fevralın 17-də Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Bakı Şəhər Su Kanal İdarəsinin ərazi üzrə təmir-tikinti şöbəsinin rəisi Yaşar Əhmədov şahid qismində dindirilib.  Y.Əhmədov ibtidai istintaqa verdiyi ifadəni təkzib edib: "Dediklərimin tam əksi yazılıb. Mən onu oxumadan imzalamışam, təsdiqləmirəm."  Bu zaman dövlət ittihamçısı şahidə irad bildirib: "Ali təhsilli adamsan, niyə oxumadan imzalamısan?". Şahid isə 3 saat gözləyib yorulduğu üçün ifadəni imzaladığını deyib. ...

Seçilmiş Videolar

Toplum TV loqo