Foto: açıq mənbə
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin barəsindəki ev dustaqlığı qətimkan tədbirinin müddətinin daha 4 ay uzadıldığı bildirilir.
APA-nın xəbərinə görə, bu barədə fevralın 10-da Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar verilib.
Rəsmi olaraq təsdiqlənməsə də, hökumətyönlü media ötən il oktyabrın 14-də Ramiz Mehdiyev barəsində cinayət işi açıldığını xəbər verib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.
R.Mehdiyevin özünün ittihamlara münasibəti bəlli deyil.
Hökumətyönlü media onu da yazıb ki, R.Mehdiyev Azərbaycanda dövlət çevrilişi etmək məqsədilə Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.
Eyni iş çərçivəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP Ali Məclisinin katibi Məmməd İbrahim həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Həmçinin, Milli Şura üzvü Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilməsi üçün Türkiyədə saxlanılıb. Sabiq baş nazir müavini Abbas Abbasov barəsində isə beynəlxalq axtarış elan olunub.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
sosial media
Foto: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”