Məhkəmə

Dövlətə xəyanətdə təqsirləndirilən dini inanclı: "İsrailin bayrağını öz həyətimdə yandırmalı oldum"

17 Avqust, 2022
1925

Açıq mənbələrdən götürülüb

“Bakı Şəhər İcra Hakimiyyəti aksiya keçirməyi məsləhət görmədiyi üçün İsrailin bayrağını öz həyətimdə yandırmalı oldum”.  
 
Bunu məhkəməsi keçirilən dini inanclı Səbuhi Səlimov deyib.  
 
Dövlətə xəyanətdə təqsirli bilinən Səbuhi Səlimovun məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilir. O, dəfələrlə İrana gedərək həmin ölkənin xüsusi xidmət orqanının əməkdaşlarıyla görüşməkdə, onlardan aldığı pul müqabilində Azərbaycanda iğtişaşlar törətməyə cəhd etməkdə təqsirli bilinir. Ancaq məhkəmə iclasında dövlət ittihamçısı İttiham Aktının nəticəvi hissəsini elan edəndən sonra təqsirləndirilən şəxs bildirdi ki, orada yazılanlarla razı deyil: “Başdan ayağa nağıl yazıblar. Mən tamam başqa sözlər demişəm, bunlarsa mənim dilimdən tamam başqa şeylər yazıblar”.  
 
“Orda yazılanlar nağıldır”  
 
Hakim təqsirləndirilən şəxsə ifadə verməyi təklif etsə də, o, hazırkı mərhələ ifadə vermək istəmədiyini dedi. Hakim təqsirləndirilən şəxsə: “Orda yazılanlar nağıldır deməklə iş bitmir. Sizə qarşı kifayət qədər ağır ittihamlar irəli sürülüb. Bu ittihamların altında qalsanız, sizi çox ciddi cəza gözləyə bilər”, - dedi. Sonra təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəni elan etdi.  

https://toplum.tv/mehkeme/12-ci-imam-in-2-milyon-yarimliq-axiret-biznesi
  
İttiham aktında qeyd olunur ki, Səbuhi Səlimov müxtəlif illərdə İran İslam Respublikasına səfərlər edib, həmin dövlətin xüsusi xidmət orqanının nümayəndələriylə görüşüb, onlardan pul alıb, bunun  müqabilində Azərbaycanın dövlətçiliyinə zərər vuran əməllər törədib.  
 
Hakim ittiham aktını elan edəndən sonra dövlət ittihamçısı müttəhimə suallar verdi. Suallar Səbuhi Səlimovun İran islam Respublikasına səfərləri və həmin səfərər zamanı keçirdiyi görüşlərlə bağlı idi.  
 
İranda görüş 
 
Səbuhi Səlimov dövlət ittihamçısının suallarına cavab olaraq bildirdi ki, uşaqlıqdan “Hüseynçi” olub, ağlı kəsəndən də müxtəlif dini ayinlərin keçirilməsində fəal iştirak edib. Təxminən 12 il əvvəl İslam Partiyasının sədri və qohumu olan Elçin Manafovun (Mövsüm Səmədovun həbsindən sonra Partiyaya sədrlik edir) sürücüsü işləməyə başlayıb. Eyni zamanda xırda ticarətlə də məşğul olub. 2000-ci illərin əvvəlindən ticarət məqsədilə İrana gedib-gəlib. 2011-ci ildə ailə üzvləriylə yenə həmin ölkəyə - bu dəfə ürək əməliyyatı üçün  yollanıb. Orada onu tanımadığı bir neçə nəfər qarşılayıb. Əvvəl otelə yerləşib, sonra həmin adamlar onu qonaq evinə yerləşdiriblər. Ürək əməliyyatına pulu çatmadığına görə həmin şəxslər ona maddi yardım ediblər. Ancaq Səbuhi Səlimov ürək əməliyyatına girməyib:  
 
“Ailə üzvlərim orada darıxırdı, vətənə istəyirdi deyə, mən əməliyyat olunmaqdan vaz keçdim və biz geri qayıtdıq. İttiham verilib ki, guya mən Vəli Cabbariylə dəfələrlə görüşmüşəm, guya İranda qaldığımız müddətdə mənim və ailəmin xərclərini onlar çəkib, ancaq belə olmayıb. Mən onu elə bir dəfə onda görmüşəm, sonralar görüşməmişik. Onun xüsusi xidmət orqanının işçisi olduğunu da bilməmişəm”.   
 
İskəndər kimdir?..  
 
İttihama görə, İranın xüsusi xidmət orqanının İskəndər adlı əməkdaşı Səbuhi Səlimova İsrail səfirliyi qarşısında aksiya təşkil etməyi, həmin dövlətin bayrağını yandırmağını tapşırıb. Buna görə ona 1000 manat pul da göndərib. Səbuhi Səlimov bu ittihamın uydurma olduğunu bildirdi:  
 
“Düzdür, mən o vaxt İsrail səfirliyi qarşısında aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etdim. Ancaq qurumdan mənə gələn cavab məktubunda “yox” deyilməsə də, “məsləhət görülmür” qeyd olunmuşdu. Mən də məsləhət görülmədiyi üçün aksiyanı keçirmədim. Öz həyətimdə ocaq qalayıb, İsrailə lənət oxudum və bayrağını yandırdım.  
 
Prokuror: Bunu niyə etdiniz ki?  
 
Təqsirləndirilən şəxs: Bu, ilk dəfə olan şey deyil ki... Nardaranda bunu hər il edirdilər. İsrailin, Amerikanın, bir də Ermənistanın  bayraqlarını həmişə yandırmışıq. Çünki İsrail də, Amerika da şeytan dövlətlərdir, müsəlmanlara qan uddurub. Erməni isə balalarımızın başını kəsib. Mənim hər üç dövlətə nifrətim var. Yandırdım, lənətlərimi də ünvanlarına oxudum.

Prokuror: Bayrağı yandıranda etdiyiniz videoçəkilişi İranda yaşayan İskəndərə göndərməkdə məqsədiniz nə idi?  
 
Təqsirləndirilən şəxs: Xüsusi bir məqsədim yox idi, orda yazılıb ki, guya o hərəkəti onların sifarişiylə, pul alıb eləmişəm. Mənə verdikləri 1000 manatı da sonradan bir tanışım vasitəsiylə özlərinə göndərmişəm”.   
 
Vəli Cabbariylə görüş...  
 
Prokuror təqsirləndirilən şəxsdən İttiham aktında adı İranın xüsusi xidmət orqanının əməkdaşı kimi keçən Vəli Cabbari ilə də maraqlanıb. Təqsirləndirilən şəxs həmin adamla bir dəfə görüşdüyünü deyib:  
 
“Mən Vəli Cabbarini elə bir dəfə görmüşəm. O vaxt məni qarşılayanların arasında olub. Xüsusi xidmət orqanının əməkdaşı olduğunu bilməmişəm. Mənə pul verməyib, heç bir tapşırığı olmayıb. Yenə deyirəm, Bakıda dini inanclıların keçirdiyi aksiyalarda fəal olmuşam, Nardaran mühasirəyə alınanadək oradakı İmam Hüseyn meydanında keçirilən aksiyalarda fəal olmuşam, İsrailə, Amerikaya, Ermənistana daim nifrətimi bildirmişəm, ancaq heç bir ölkənin xüsusi xidmət orqanıyla əməkdaşlıq etməmişəm. Nə etmişəmsə, öz inancıma görə etmişəm”.  

https://toplum.tv/mehkeme/selim-muslumov-20-milyon-manat-zerer-odeyib
 
Məhkəmədə Səbuhi Səlimovun həyat yoldaşı Fatimə Səlimova şahid qismində dindirilib. O, ifadəsində göstərib ki, Səbuhi Səlimovla İrana gediblər. Orada Səbuhi Səlimovun kimlərlə görüşməsindən xəbəri olmayıb. Təxminən 8 gün orada qalıblar, həyat yoldaşı əməliyyata girmək fikrindən daşındığı üçün geri qayıdıblar.  
 
Növbəti məhkəmə iclası sentyabrın 6-na təyin olundu.  
 
Səbuhi Səlimovu 10 ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti həbs edib. O, dövlətə xəyanətdə (CM 274-cü maddəsi) təqsirləndirilir. Səbuhi Səlimova qarşı irəli sürülmüş ittihama görə, o, İrandan maliyyələşərək Azərbaycanda iğtişaşlar törətməyə cəhd edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Fatimə Mövlamlı: Cinayət işi o qədər bərbad qurulub ki, sadəcə gülməli gəlir

17 Sentyabr 2025

Foto: sosial media

"Meydan TV işi" üzrə həbs olunan jurnalist Fatimə Mövlamlı sözügedən iş üzrə ibtidai istintaqın bitməsi ilə bağlı təəssüratlarını bölüşüb.  Mövlamlının "Facebook" səhifəsində dərc olunan məktubu olduğu kimi təqdim edirik: “Milyonluq şər” "Meydan TV işi" üzrə istintaq yekunlaşdı. İstintaqın yekunlaşması bu iş üzrə həbs edilənlərə 4 sentyabrda elan olundu. Məlumunuzdur ki, adımız bir milyon manatdan çox qanunsuz gəlir əldə etməkdə, yetmiş doqquz min manatdan artıq vergi borcunda hallandırılır. Hər birimiz Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin yeddi ayrı maddəsi ilə ittiham edilirik. İttihamları oxuduqca özümü gülməkdən saxlaya bilmirdim. Doğrudan, iş o qədər bərbad və reallıqdan uzaq qurulub ki, məndə hiddət belə doğurmur, sadəcə...
Məhkəmə

“Meydan TV işi” üzrə həbs olunanların həbs müddəti uzadılıb

16 Sentyabr 2025

Foto: açıq mənbə

Sentyabrın 16-da Xətai Rayon Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunan jurnalistlərin növbəti məhkəmə prosesi keçirilib. "Meydan TV"-nin xəbərinə görə, ayrı-ayrılıqda icra olunan proseslərdə jurnalistlər Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və Şəmşad Ağanın həbs müddəti daha 3 ay uzadılıb.  2024-cü il dekabrın 6-da “Meydan TV işi” üzrə saytın Azərbaycan nümayəndəliyinin rəhbəri Aynur Elgünəş, jurnalistlər Ramin Deko, Aysel Umudova, Aytac Tapdıq, Xəyalə Ağayeva, Natiq Cavadlı saxlanılıblar. Sonradan “Arqument.az” saytının baş redaktoru, "Meydan TV" ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), jurnalistlər Nurlan Libre (Qəhrəmanlı), Fatimə Mövlamlı, Ülviyyə Əli (Quliyeva) və fotoqraf Əhməd Muxtar “Meydan TV işi”nə görə həbs edilib. Saxlanılan jurnalistlərin...

Seçilmiş Videolar

Toplum TV loqo