Siyasət

Tramp: Zelenski ilə Putin arasında görüşə hazırlıq başlanıb

19 Avqust, 2025
43

Foto: Getty Images

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında üzbəüz görüş keçirməyi planlaşdırdığını elan edib.

Tramp təklifi avqustun 18-də Ağ Evdə Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniya baş naziri Kir Starmer də daxil olmaqla Avropanın aparıcı liderlərini yüksək səviyyəli danışıqlar üçün qəbul edərkən səsləndirib. 

Görüşdən sonra telefonla Putinlə danışan Tramp sammit üçün “hazırlıqlara başladığını” bildirib və qeyd edib ki, ikitərəfli görüşdən sonra rusiyalı və ukraynalı həmkarları ilə üçtərəfli görüş keçirəcək.

“Bir daha deyirəm, bu, artıq dörd ilə yaxın davam edən müharibəni sonlandırmaq üçün çox yaxşı, erkən bir addımdır”, – Tramp öz “Truth Social” platformasında yazıb.

“Vitse-prezident Ceyms Vens, dövlət katibi Marko Rubio və xüsusi nümayəndə Stiv Uitkoff Rusiya və Ukrayna ilə koordinasiyanı həyata keçirirlər”, - deyə o əlavə edib. 

Almaniya kansleri Fridrix Merts və NATO baş katibi Mark Rütte də ayrılıqda təsdiqləyiblər ki, Putin ikitərəfli görüşə razılıq verib, lakin tarix və məkanı açıqlamayıblar. 

Zelenski isə Tramp ilə görüşünü “çox yaxşı söhbət” adlandıraraq jurnalistlərə bildirib ki, o, rusiyalı liderlə təkbətək görüşməyə “hazırdır”.

Moskva sammitə razılıq verdiyini dərhal təsdiqləməsə də, Rusiyanın dövlət agentliyi “TASS” prezidentin köməkçisi Yuri Uşakova istinadla xəbər verib ki, Putin və Tramp “Rusiya və Ukrayna nümayəndə heyətləri arasında birbaşa danışıqların davam etdirilməsinin lehinə çıxış ediblər”.

Ağ Ev görüşündə isə, əsasən, Ukrayna üçün təhlükəsizlik zəmanətləri müzakirə olunub. 

Starmer jurnalistlərə bildirib ki, Ağ Evdə aparılan danışıqların əsas nəticələrindən biri “İstəkli Koalisiya” adlanan 30 ölkənin Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzərində işləməsi və ABŞ-lə koordinasiyalı səylərə başlaması barədə razılıq olub.

Zelenski isə deyib ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri 10 gün ərzində rəsmiləşdiriləcək. Həmin zəmanətlərin bir hissəsi Avropa maliyyələşdirməsi hesabına Ukraynanın ABŞ-dən 90 milyard dollarlıq silah almasını nəzərdə tutur.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Pasportları zibilliyə atılan 47 israilli Bosniyada ilişib qalıb

19 Avqust 2025

Foto: açıq mənbə

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda bir hoteldə qalan 47 israilli turist pasportlarının zibil qutusuna atılması nəticəsində çıxılmaz vəziyyətdə qaldıqlarını iddia edir. İsrail mətbuatına danışan turistlər deyib ki, avqustun 16-da ölkələrinə qayıtmalı olsalar da, pasportları olmadığına görə təyyarəyə minə bilməyiblər.  “Təhlükəsizlik kameralarını yoxladıqdan sonra pasportların qeydiyyat bölməsində zibil qutusuna atıldığını aşkar etdik. Oradan onlar zibil maşınlarına, sonra isə poliqona aparılıb. Biz daha 48 saat, bəlkə də daha uzun müddət hoteldə qalmağa məcbur olmuşuq. Qorxuruq ki, burada bir həftədən çox ilişib qala bilərik”, - turistlərdən biri deyib.  Hüquq-mühafizə orqanları hadisəni təsadüf kimi qiymətləndirsə də, bəzi səyahətçilər bunun sadə bir səhv olmadığı barədə...
Siyasət

Paşinyan kilsədən və müxalifətdən üzr istəyib 

18 Avqust 2025

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ruhanilərini və müxalifəti təhqir etdiyinə görə ictimaiyyətdən üzr istəyib.  Onun üzrxahlığı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qərarından sonraya təsadüf edib. Komissiya bildirib ki, Paşinyan sözügedən iki qrupu təhqir etməklə məmurlar üçün nəzərdə tutulan etik davranış qaydalarını pozub. Komissiya araşdırmanı Paşinyanın may ayında biri onlayn, biri Ermənistan parlamentində olmaqla etdiyi iki çıxışla bağlı başlatmışdı.  13 avqust tarixli qərarı ilə komissiya Paşinyanın etik davranış qaydalarını pozduğunu müəyyənləşdirib. Komissiyanın sorğusuna cavab olaraq, baş nazir baş verənlərə görə təəssüfünü bildirib, qeyd edib ki, onun açıqlamaları yalnız siyasi debat çərçivəsində səslənib və şəxsi təhqir və ya hədələmə niyyəti...

Seçilmiş Videolar

Toplum TV loqo