Siyasət

Paşinyan kilsədən və müxalifətdən üzr istəyib 

18 Avqust, 2025
22

Foto: primeminister.am

Ermənistan baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin ruhanilərini və müxalifəti təhqir etdiyinə görə ictimaiyyətdən üzr istəyib. 

Onun üzrxahlığı Korrupsiyaya Qarşı Mübarizə Komissiyasının qərarından sonraya təsadüf edib. Komissiya bildirib ki, Paşinyan sözügedən iki qrupu təhqir etməklə məmurlar üçün nəzərdə tutulan etik davranış qaydalarını pozub.

Komissiya araşdırmanı Paşinyanın may ayında biri onlayn, biri Ermənistan parlamentində olmaqla etdiyi iki çıxışla bağlı başlatmışdı. 

13 avqust tarixli qərarı ilə komissiya Paşinyanın etik davranış qaydalarını pozduğunu müəyyənləşdirib.

Komissiyanın sorğusuna cavab olaraq, baş nazir baş verənlərə görə təəssüfünü bildirib, qeyd edib ki, onun açıqlamaları yalnız siyasi debat çərçivəsində səslənib və şəxsi təhqir və ya hədələmə niyyəti daşımayıb.

Paşinyan üzrünü sosial şəbəkədə dərc edərək qeyd edib ki, çıxışında etik davranış qaydalarının pozulması ilə bağlı komissiyanın qərarına və onun üzr istəməsinə baxmayaraq, o, həmin qərarlardakı bəzi qiymətləndirmələrlə “tamamilə razı deyil”.

Yalnız təhqirlərə görə üzr istədiyini vurğulayan Paşinyan bildirib ki, “siyasi, mənəvi və əxlaqi prinsiplərin bərpa olunması məqsədi” və bu məqsədə xalqın dəstəyi ilə nail olmaq iradəsi “sarsılmazdır” və bu, Ermənistanın “siyasi, hüquqi və mənəvi təhlükəsizliyi üçün həyati zərurətdir”.

Mayın 7-də parlamentdə gedən qızğın müzakirə zamanı korrupsiya ittihamlarına cavab verən Paşinyan əsəblərinə hakim ola bilməmişdi.

“Siz, ümumiyyətlə, bu zalda nə edirsiniz? Mətbuatda yazılanlar düz olsaydı, hamınızı sürüyüb Milli Təhlükəsizlik Xidmətinin zirzəmisinə atmalı olardım”, - o deyib.

Digər mübahisəli açıqlama isə 30 may tarixində, hökumət ilə Erməni Apostol Kilsəsi arasında davam edən qalmaqal fonunda səsləndirilib. 

Həmin gün Paşinyan sosial şəbəkədəki paylaşımında ad çəkmədən yüksək rütbəli bir din xadimini “əmisi arvadı ilə yatağa girməkdə” ittiham edib.

Paşinyanın bu cür ifadələr işlətməsi Ermənistan cəmiyyətində gözlənilməz qarşılanıb və yüksək vəzifəli bir rəsmidən belə dilin istifadəsi geniş tənqidlərə səbəb olub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Bakıda dini ayin keçirən şəxslər həbs olunub

18 Avqust 2025

Foto: sosial media

Bakının Xəzər rayonunda dini ayin keçirmək istəyən bir qrup şəxsin həbs olunduğu bildirilir.  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polisin əməliyyatı nəticəsində Nigar Bağırova, Aytən İbrahimova, Şəhla Fərəcova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova və Arzu Hüseynova saxlanılıblar.  Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.  Lakin onların Cinayət Məcəlləsinin hansı maddələrilə ittiham olunduğu açıqlanmır.  Əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.
Siyasət

Reuters: Putin Rusiyanın Krım üzərində suverenliyinin tanınmasını istəyib

18 Avqust 2025

Foto: Getty Images

“Reuters” agentliyi mənbələrinə istinadən Rusiya tərəfindən Ukrayna müharibəsini dayandırmaq üçün irəli sürülmüş təklifin detallarını açıqlayıb.  Xəbərə əsasən, təklif Rusiya prezidenti Vladimir Putinin ABŞ prezidenti Donald Trampla avqustun 15-də Alyaska ştatındakı görüşündə irəli sürülüb.  Mənbələrin bildirdiyinə görə, təklifdə Ukraynanın Donetsk və Luqansk bölgələrindən tamamilə geri çəkilməsi, bunun müqabilində isə Rusiyanın Xerson və Zaporojye bölgələrində cəbhə xəttini dondurması nəzərdə tutulub.  Ukrayna razılaşacağı halda, Rusiyanın həm də hazırda işğal altında saxladığı Ukraynanın Sumı və Xarkov bölgələrindəki nisbətən kiçik əraziləri geri qaytarmağa hazır olduğu bildirilir.  Ukraynanın “Deep State” döyüş xəritələşdirmə layihəsinə əsasən, Rusiya Sumı və Xarkov bölgələrində ümumilikdə təxminən 440 kvadrat kilometr ərazini nəzarətdə...

Seçilmiş Videolar

Toplum TV loqo