Siyasət

Bakıda dini ayin keçirən şəxslər həbs olunub

18 Avqust, 2025
287

Foto: sosial media

Bakının Xəzər rayonunda dini ayin keçirmək istəyən bir qrup şəxsin həbs olunduğu bildirilir. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polisin əməliyyatı nəticəsində Nigar Bağırova, Aytən İbrahimova, Şəhla Fərəcova, Xoşqədəm Quliyeva, Şərqiyyə Sadıqova və Arzu Hüseynova saxlanılıblar. 

Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir. 

Lakin onların Cinayət Məcəlləsinin hansı maddələrilə ittiham olunduğu açıqlanmır. 

Əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyi bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran yeni ali liderin yaralandığını təsdiqləyib

12 Mart 2026

Foto: Reuters

İran yeni ali lider Müctəba Xameneinin ABŞ və İsrail tərəfindən edilən hücumlar zamanı yaralandığını bildirib.  İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bağaei İtaliyanın "Corriere della Sera" qəzetinə açıqlamasında xəbəri təsdiqləyib, lakin ali liderin özünü yaxşı hiss etdiyini əlavə edib.  Sözçü M.Xameneinin ictimaiyyət üçün ilk çıxışını nə vaxt edəcəyini isə bilmədiyini deyib.  Bundan əvvəl "Reuters" agentliyi və "The New York Times" qəzeti adını açıqlamadığı mənbələrə istinadən xəbər vermişdi ki, M.Xamenei fevralın 28-də atası, keçmiş ali lider Seyid Əli Xameneinin öldüyü hücum zamanı yaralanıb.  Fevralın 28-dən etibarən ABŞ və İsrail İrana havadan hücumlar həyata keçirir. Bu hücumlar nəticəsində ata Xameneidən əlavə bir...
Siyasət

Ombudsman: “Bəzi şəxslərin ölkədən çıxış hüququ əsassız məhdudlaşdırılır”

11 Mart 2026

Foto: Trend News Agency

İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2025-ci il üzrə hesabatında bəzi şəxslərin ölkədən çıxış hüququnun əsassız məhdudlaşdırıldığı halların aşkarlandığı bildirilir. Sənəddə qeyd olunub ki, bu kimi problemlərin aradan qaldırılması üçün Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi məqsədəuyğun hesab olunub. Sənəddə xatırladılır ki, Miqrasiya Məcəlləsinin 9.3.1-ci maddəsinə əsasən, vətəndaş Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barəsində qətimkan tədbiri seçildikdə onun ölkədən çıxmaq hüququ müvəqqəti məhdudlaşdırıla bilər. “Bununla belə, bəzi şikayətlər üzrə aparılmış araşdırmalar zamanı aidiyyəti dövlət qurumları tərəfindən Məcəllənin bu tələbinin pozulduğu müəyyən edilib. Ərizəçi Ə. (6400-25) Ombudsmana müraciət edərək hər hansı əsas olmadan ölkədən çıxmaq hüququnun Daxili İşlər Nazirliyi tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo