Foto: sosial media
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Gənclər Komitəsinin sədri Emil Səlim inzibati qaydada həbs olunub.
AXCP-dən verilən məlumata görə, fevralın 13-də Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrlik etdiyi prosesdə E.Səlimə 20 sutka həbs cəzası verilib.
Fəal İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (informasiya ehtiyatında yayılması qanunla qadağan edilmiş informasiyanın yerləşdirilməsi) maddəsi ilə təqsirləndirilib.
Azərbaycanda son vaxtlar bir sıra fəallar sosial şəbəkələrdə hökuməti tənqid edən paylaşımlar etdikdən sonra sözügedən maddə üzrə təqsirləndirilərək inzibati qaydada həbs olunurlar.
AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü isə uzunmüddətli həbsdədir.
Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”