Məhkəmə

Bəhruz Səmədov yenidən aclığa başlayacağını deyir 

4 Sentyabr, 2025
85

Foto: sosial media

Həbsdə olan elmi tədqiqatçı və sülh fəalı Bəhruz Səmədov yenidən aclıq aksiyasına başlayacağını deyir. 

İctimai fəal Əmrah Təhməzovun məlumatına görə, Səmədov bunu telefon zəngi ilə nənəsinə bildirib. 

Bakı Apellyasiya Məhkəməsində verdiyi şikayəti təmin olunmayan fəal sentyabrın 5-dən azadlığa buraxılması üçün quru aclığa başlayacağını xəbər verib.

Təhməzov əlavə edir ki, Səmədov məhkəmə proseslərinin "çox ədalətsiz" keçirildiyini, heç bir günahının sübut olunmadığını deyib. 

O, həmçinin, "bütün vicdanlı adamlardan" onun "günahsız olduğunu, sülh və ədalət istədiyi üçün məhbəsə atıldığını" sosial mediada paylaşmağı xahiş edib. 

Çexiyanın Karlov Universitetinin doktorantı Bəhruz Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən 2024-cü il avqustun 21-də həbs olunub.

O, 2025-ci il iyunun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. 
Sülh fəalı dövlətə xəyanətdə ittiham olunub.

Cinayət işində iddia olunur ki, o, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıq edib. 

Bəhruz Səmədov məhkəmələrinin birində vurğulayıb ki, heç vaxt Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu deməyib və daim sülh tərəfdarı olub. 

O, dövlətlər arasında müharibəyə və bunun nəticəsində insanların ölməsinə qarşı olduğunu bildirib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

"Arzu edirəm ki, nə vaxtsa özünə hörmət edən hakimlər məhkəmə idarə etsin" 

5 Sentyabr 2025

Foto: Abzas Media

Sentyabrın 5-də Bakı Apellyasiya Məhkəməsində “Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi baş tutub. "Abzas Media"nın xəbərinə görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər, onların müdafiəçiləri və dövlət ittihamçısı çıxış edib.  Jurnalist Nərgiz Absalamovanın vəkili Günay İsmayılova çıxışında iş materiallarında müvəkkilinin təqsirini sübuta yetirən heç bir dəlilin olmadığını bildirib.  Daha sonra çıxış edən Absalamova isə bank hesablarının dondurulmasından danışıb.  “İçində 13 qəpik olan bank kartım da bloklanıb. Mənim 13 qəpiyimə qalıblar. Demək istəyirəm ki, bəli, biz 13 qəpiklik qaçaqmalçılarıq. Arzu edirəm ki, nə vaxtsa ədalətlə qərar verən, hüququ həqiqətən ali hesab edən və özünə hörmət edən hakimlər...
Məhkəmə

"Aclıq vaxtı məni həşəratlarla dolu otağa saldılar" 

4 Sentyabr 2025

Foto: sosial media

Sentyabrın 3-də Sabunçu Rayon Məhkəməsində “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızının Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraiti ilə bağlı şikayətinə baxılıb.   "Abzas Media" xəbər verir ki, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin vəsatəti təmin edilməyib.    Məhkəmədə S.Vaqifqızı məhbusların saxlanıldığı otaqların dar və havasız olduğunu, suyun fasilələrlə verildiyini, qışda istilik, yayda isə soyutma sistemlərinin işləmədiyini bildirib.    “Gün ərzində cəmi 2 saat soyuq su verilir. Həftədə 2 dəfə isti su verilir, o da saatladır. Otaq balacadır. Əslində Avropa penitensiar qaydalarına görə, hər adama 7 kvadrat metr ərazi düşməlidir, amma Bakı İstintaq Təcridxanasında bu, 4 kvadrat metrdən...

Seçilmiş Videolar

Toplum TV loqo