Foto/kollaj: Toplum TV
Fevralın 16-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Ali Məclisinin katibi Məmməd İbrahimin həbs müddətinin artırılması ilə bağlı verilən şikayətə baxılıb.
Partiya üzvrlərinin yaydığı məlumatda deyilir ki, məhkəmə şikayəti təmin etməyib.
AXCP üzvlərinin sosial mediada açdıqları canlı yayımlardan bəlli olub ki, şikayətə baxılarkən məhkəmə binası polislər tərəfindən mühasirədə saxlanıb və partiya fəallarına binanın qarşısında toplaşmasına imkan verilməyib.
Əli Kərimli noyabrın 29-da həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Onunla yanaşı AXCP Ali Məclisinin katibi Məmməd İbrahim də eyni ittihamla həbs olunub. Onlar ittihamları rədd edir, hakimiyyətin sifarişi ilə həbs olunduqlarını bildirirlər.
Ə.Kərimli daha öncə də R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib.
AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Türkiyədən Azərbaycana deportasiya olunub.
Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”