Azadlıq Radiosu
İyunun 10-da Səbail Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində seçilmiş qətimkan tədbirlərinin müddətinin uzadılması barədə qərar verib.
Məhkəmə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təqdimatları əsasında M.İbrahimin həbs müddətini daha 5 ay uzadıb.
Məhkəmə eyni gündə AXCP sədri Əli Kərimlinin də həbs müddətini 5 ay uzadıb.
Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə ev dustaqlığı müddəti daha 5 ay uzadılıb.
Bundan əvvəl, fevralın 9-da Əli Kərimlinin həbs müddəti 4 ay müddətinə uzadılmışdı.
AXCP sədri Əli Kərimli və Məmməd İbrahim noyabrın 29-da saxlanılıblar.
Onlara qarşı dekabrın 1-də Cinayət Məcəlləsinin 278.1-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) ittiham irəli sürülüb.
Hökumətyönlü mətbuatda iddia olunub ki, Ə.Kərimli Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi ilə əlaqədar saxlanılıb.
AXCP-nin məlumatına görə, Ə.Kərimlinin evində axtarış zamanı DTX əməkdaşlarının Ramiz Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı iddia olunan məktubun nüsxəsini evə yerləşdirərək daha sonra tapdıqlarını bildirdiyi qeyd olunub.
Sözügedən məktub daha əvvəl hökumətyönlü mediada yayılıb və orada R.Mehdiyevin Putinə Azərbaycanda keçid hökuməti yaratmağı təklif etdiyi iddia olunur. Ramiz Mehdiyevin bu iddialara münasibəti məlum deyil.
Ə.Kərimli daha öncə R.Mehdiyevlə əməkdaşlıq etdiyi haqda iddiaları təkzib edib. AXCP Ə.Kərimliyə və digərlərinə qarşı ittihamları rədd edib və bunu hakimiyyətin növbəti repressiv kampaniyası adlandırıb.
Eyni işlə əlaqədar Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib. Milli Şura üzvü Gültəkin Hacıbəyli isə Azərbaycana deportasiya olunmaq üçün Türkiyədə saxlanılıb. Keçmiş baş nazir müavini Abbas Abbasov isə beynəlxalq axtarışa verilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb
e-huquq.az
Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”
VOA
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”