Məhkəmə

Son bir həftədə üç bloger "internetdə əxlaqsızlıq" maddəsi üzrə saxlanılıb

18 Fevral, 2026
281

Foto: DİN

Son bir həftədə üç bloger İnzibati Xətalar Məcəlləsinə əlavə olunan yeni maddəni pozmaqda təqsirli bilinərək saxlanılıb.

Fevralın 17-də "Unikal. org"un yaydığı xəbərə görə, "TikTok" platformasında "Serdar inanki" hesabı ilə yayımlar edən Sərdar Məcnunov saxlanılıb. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib edildikdən sonra bloger məhkəməyə çıxarılıb. Qaradağ Rayon Məhkəməsində keçirilən prosesdə ona 20 sutka həbs cəzası verilib. 

Daha öncə isə "Qafqazinfo"nun yaydığı xəbərə görə, adı açıqlanmayan Hüseynli soyadlı bloger Bakıda kafedə videolar çəkib sosial şəbəkələrdə paylaşdıqdan sonra həbs olunub. 

Onun barəsində də eyni maddə üzrə protokol tərtib edilib. Fevralın 10-da Nərimanov Rayon Məhkəməsi blogerə 1 ay inzibati həbs cəzası verib. 

Əlavə olaraq, "Unikal"ın xəbərinə görə, "TikTok"da "Renka" hesabını işlədən Rəna Cəfərova adlı bloger də eyni maddənin pozuntusu üzrə saxlanılıb. Lakin himayəsində azyaşlı uşaq olduğu üçün o, 750 manat cərimə edilib.

İnzibati Xətalar Məcəlləsinin 510.2-ci maddəsi bu ilin yanvarın 26-dan qüvvəyə minib. 

Maddədə qeyd olunan pozuntulara yol vermiş şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilə və ya otuz günədək müddətə inzibati qaydada həbs oluna bilər. Pozuntunu bir il ərzində təkrar törədənlər isə min manatdan iki min manatadək məbləğdə cərimə ediləcək və ya bir aydan iki ayadək müddətə inzibati qaydada həbs olunacaq.

Hüquqşünaslar isə bildirir ki, Azərbaycanda "əxlaq" və "mənəvi dəyərlər" anlayışlarını tərif edən qanunvericilik yoxdur və bu, maddədən sui-istifadəyə gətirib çıxara bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo