Məhkəmə

Bankın filial müdiri xəzinənin pullarını kriptovalyutaya qoyub, aldanıb

1 Oktyabr, 2024
199

açıq mənbədən götürülüb

Bakı Ağır Cinayətlər Məhkəməsində Premium bankın filial müdiri Nəzakət Məmmədxanovanın məhkəməsi keçirilir. Məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edir.

Nəzakət Məmmədxanova bankın 5 saylı filial müdiri olub. Onun xəzinədəki 461 min manatı kriptovalyuta üzərindən dələduzluq edənlərə verdiyi, pulu geri ala bilmədikdə özünü öldürməyə cəhd etdiyi bildirilir. Onunla bərabər xəzinədar Samirə Əliyeva da müttəhimlər kürsüsündədir.

Məhkəmə iclasında ifadə verən Nəzakət Məmmədxanova deyib ki, 2020-ci ildən Premium Bankın 5 saylı filialının müdiri işləyib. Ümumilikdə isə 9 il adıçəkilən bankda, 14 il Beynəlxalq Bankda çalışıb. Deyir ki, investisiya yatırmaq üçün ötən il sosial şəbəkələrlə elan paylaşıb, elə hər şey də bundan sonra başlayıb:

“Main Capital.com saytından zəng gəldi. Özünü Artyom adı ilə təqdim edən şəxs dedi ki, qoyduğun pulun iki qatını asanlıqla geri götürə bilirsən. Mən də ilkin olaraq yatırım kimi 100 dollar qoydum, qısa zamanda 200 dollar götürdüm. Növbəti dəfə 1235 dollar qoydum, ikiqatını götürdüm. Sonra məbləği artırdım, keçdim bankın pullarına. Onlar da bunu bildikləri üçün keçdilər məni şantaj etməyə. Hədələyirdilər ku, pul qoymasam, banka zəng edəcəklər. Mən bankda mədaxil qəbzləri yazaraq həmin pulları kart vasitəsilə “M10”-la onlara göndərirdim. Samirə xanımı da mən problemə salmışam. İlk olaraq əməliyyatçı Nigar Qasımovaya, sonra Fərid Səttarova dedim ki, pulları mənim plastik kartıma göndərin. Onlar da mədaxil yazaraq qəbzləri mənim kabinetimə gətirirdilər”.

Nəzakət Məmmədxanovanın məhkəmədə dediyinə görə, beləcə, 200 min manat gedəndən sonra xəzinədar Samirə Əliyeva etirazını bildirib və pul verməkdən imtina edib. Təqsirləndirilən şəxs ifadəsinə belə davam edib:

“Dedi ki, artıq kassada nağd pul qalmayıb. Əvvəl ümid edirdim ki, qoyduğum pullar geri qayıdacaq, ancaq son vaxtlar bu ümidim günbəgün azalırdı. Elə vəziyyətə düşmüşdüm ki, Samirənin iş otağında özümü qayçıyla öldürmək istəyirdim”.

İşin üstü də elə xəzinə boşalandan sonra açılıb. İstintaq orqanı filial müdiriylə əlbir olmaqda şübhəli bildiyi xəzinədarla qəbzləri yazan əməkdaşı da həbs edib və hazırda eyni müttəhimlər kürsüsündə əyləşiblər.

Nəzakət Məmmədxanova onu da bildirib ki, çarəsiz qalanda Kibercinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edib. Hazırda isə  Qusardakı 22, Goradildəki 12 sot torpaqa olan evlərini satışa çıxarıb ki, satıb banka vurduğu zərəri ödəsin.

Bu iş üzrə ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi aparıb. İstintaqın gəldiyi qənaətə görə, “Premium Bank” ASC-də filial müdiri işləyən Nəzakət Məmmədxanova bu il mayın 8-dən 23-dək 5 saylı filialın 461 min 170 manat pulunu mənimsəyib. 32 mədaxil qəbzi əsasında həmin məbləği özününün hesab nömrəsindən “M10” proqram təminatında istifadəsində olan mobil nömrə vasitəsilə ayrı-ayrı şəxslərdən kriptovalyuta alaraq internet üzərindən kritovalyuta alqı-satqısının həyata keçirildiyi “Binance.com” internet saytında öz hesabına yerləşdirib.

 

 

 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Məhkəmə

Hacı Vəliyevin həbs müddəti uzadılıb 

18 Avqust 2025

Foto: sosial media

Həbsdə olan ictimai fəal və İkinci Qarabağ Müharibəsi iştirakçısı Hacı Vəliyevin həbs qətimkan müddəti uzadılıb.  APA-nın məlumatına görə, bu barədə avqustun 18-də Xətai Rayon Məhkəməsi qərar verib.  Həbs qətimkan tədbiri müddətinin uzadılması haqqında istintaq orqanının təqdimatına baxan məhkəmə müddəti daha 20 gün uzadıb.  Hacı Vəliyev martın 31-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.  O, Cinayət Məcəlləsinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə xuliqanlıq və özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə maddələri ilə ittiham olunur.  Vəliyev müharibədə həlak olanların ailələrinin, müharibə iştirakçılarının problemlərini işıqlandırması və məmurları tənqid etməsi ilə tanınır. O, martın 18-də...
Məhkəmə

Həbsdə olan “Meydançı”lar: Hakimiyyət yeni saxtakarlığa hazırlaşır

15 Avqust 2025

Foto: Meydan TV

Meydan TV-nin həbsdə olan əməkdaşları bəyanat yayıb.  Nəşrin avqustun 15-də dərc etdiyi bəyanatı olduğu kimi təqdim edirik:
 Biz “Meydan TV işi”nə görə həbs olunanlar 8 aydır istintaqa deyir, ictimai şəkildə bəyan edirik ki, bu media qurumu ilə heç bir əlaqəsi olmayan adamları sıramıza qoşublar. Xüsusilə Bakı Jurnalistika Məktəbinin ( BJM ) təmşilçisi Ülvi Tahirovun Meydan TV ilə heç bir bağı yoxdur, həbsinə səbəb baş redaktor Aynur Elgünəşlə dostluğudur. İndi məlum olur ki, Meydan TV ilə bağlı planlaşdırdıqları məqsədlərinə nail ola bilməyən istintaq işi BJM-in fəaliyyəti, daha doğrusu mailiyyəsi ilə bağlı suallar verilir, mənşəyi məlum olmayan, Meydan TV ilə əlaqəsi göstərilməyən...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo