Lökbatan qəsəbəsi, 4-cü massiv, keçid 8-də yaşayan sakinlər deyir ki, aylardır su üzünə həsrətdirlər. Azərsu ASC-dən isə müraciətlərinə cavab gəlmir. Sakinlər problemin nə vaxt həll olunacağını sual edirlər.
Azərsu ASC-dən Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, problemdən məlumatlıdırlar, həlli üçün vəsaitin ayrılmasını gözləyirlər:
"Həmin ərazilərdə çıxış yolu mərkəzləşdirilmiş şəbəkənin qurulmasına bağlıdır. Faktiki yaşayan əhalinin sayına uyğun olaraq iridiametli borularla su xətti çəkiləcək. Bu da problemin köklü həllinə səbəb olacaq. Azərsu ASC-nin hazırladığı massiv planda əksini tapıbdır. Gələcəkdə dövlət büdcəsindən ayrılacaq vəsait hesabına həmin ərazilərdə də işlər aparılacaq."
Görünür, sakinlər hələ bir qədər də suyu maşınlarla almağa məcbur olacaqlar.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar