Qaynar xətt

Şikayətçi Sumqayıtda su problemi olduğunu, rəsmilər isə əksini deyir

14 Noyabr, 2022
1099

Açıq mənbələrdən götürülüb

“Sumqayıt şəhəri 9-cu mikrorayon, ev 10/27 daxil bütün mikrayon ərazisi illərdir su üzünə həsrətdir. Bəlli olan  saatlarda təzyiqlə su verməli olduqları halda elə günlər olur ki, vermirlər. Hətta bəzən su nəinki təzyiqlə gəlir, ümumiyyətlə, gəlmir”.

Bunu Toplum TV-nin qaynar xəttinə Sumqayıt şəhər sakini İlkin Məmmədkərimov yazıb. Onun sözlərinə görə bu problemlə bağlı dəfələrlə “Azərsu” ASC-ə, Sumqayıt Sukanal İdarəsinə müraciət etsə də, müsbət nəticə əldə edə bilməyib.

https://toplum.tv/qaynar-xett/qezali-ev-issizlik-cetin-dolanisiq

“9-cu mikrorayondan başqa bütün şəhərdə fasiləsiz su gəlir. Sumqayıtda 9-cu mikrorayon Sumqayıtın ən böyük mərkəzi ərazisi olduğu halda bizdə suyu guya qrafiklə verirlər. Su  səhər saat 06:00-dan 10:00-dək, axşam da 18:00-dan 22:00-dək təzyiqlə verilməli olduğu halda heç qrafiklə belə normal su verilmir. Gün ərzində isə ümumiyyətlə, su olmur. Dəfələrlə Sumqayıt Sukanal İdarəsinə zəng edib şikayət etdikdə gah təzyiq aşağıdır, gah qəza var düzəldəcəklər, gah da indi bildirərik suyu verərlər deyib yola verirlər. Nədənsə 9-cu mikrorayonun "Təzyiq problemi", "Qəza problemi" illərdir bitmir. “Azərsu”nun 955 saylı çağrı mərkəzinə şikayət etdikdə isə operatorlar hər dəfə şikayəti qeydə alıb yönləndirdiklərini bildirirlər, dəyişən isə heç nə yoxdur”.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə Toplum TV-ə şikayətçinin dediklərinin həqiqəti əks etdirmədiyini dedi: “Həmin ərazi səhər, axşam qrafiklə su alır. Sumqayıt şəhərinin 90 faizi 24 saat su alır. Ola bilər ki, nə vaxtsa su gələn vaxtda hardasa qəza olsun və su kəsilsin. Bu o demək deyil ki, orada ümumiyyətlə, su yoxdur. Bəzən insanlar saxta profillərlə bu cür şikayətlər yazırlar. Həmin şəxslər bəzən nə vaxtsa bizim qurumda işləyib çıxan şəxslər olur və ya Sumqayıtda hansısa su işçisi ilə şəxsi qərəzliyi olur. Ona görə də bu cür şikayətlər edirlər. Araşdıranda isə görürük ki, həmin ərazidə heç elə bir insan yaşamır. Mənim araşdırmama görə, həmin ərazi qrafikə uyğun olaraq problemsiz suyunu alır”.

Şikayətçi İ. Məmmədkərimov həmin ərazidə yaşadığını və telefon nömrəsini də qeyd etməklə qurum rəsmisinə dəfələrlə sosial şəbəkələrdən yazdığını, ancaq bir cavab ala bilmədiyini deyir.     O, su probleminin yalnız bugün deyil, illərdir davam etdiyini deyir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo