Açıq mənbələrdən götürülüb
Avqustun ayının 23-də Masazır qəsəbəsinin Soltanağa Bayramov və Cövdət Hacıyev küçələrinin sakinləri Toplum TV-yə müraciət ünvanlamışdılar.
Onlar su və elektrik enerjisinin verilməsində yaranan uzunmüddətli problemdən şikayətçiydilər.
Toplum TV araşdırıb və mövcud problemi işıqlandırdıqdan sonra məsələnin həll olunduğu bildirilib.
"Azərsu" ASC və "Azərişıq" ASC-dən məsələyə reaksiya verilib və qısa müddətdə problem aradan qaldırılıb.
Küçənin sakini Şəfi Qələndərli də hazırda su və elektrik enerjisinin verilməsində fasilənin olmadığını təsdiqləyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar