Şikayətçi Seymur Ağayev deyir, sentyabr ayının 27-də mülki geyimli şəxslər tərəfindən saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinə aparılıb. Polis idarəsində sorğu-sual olunub.
Seymur Ağayev deyir ki, saxlanılmasına səbəb bir neçə gün öncə polisin vətəndaşa zorakılıq göstərməsilə bağlı sosial şəbəkədə video paylaşması olub.
Daxili İşlər Nazirliyindən isə Toplum TV-nin sorğusuna cavab olaraq bildirilib ki, Seymur Ağayev mülki geyimli şəxslər tərəfindən saxlanılmayıb, dəvət olunub və iddiaları əsassızdır.
Seymur Ağayev deyir ki, sözügedən videonu isə polis əməkdaşları ona məcbur sildiriblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Metronun "28 May"-"Nizami" xətti bağlanır, sərnişinlər 3 dəfə xərcə düşəcək
Toplum TV
Toplum TV
Məhkəmə pensiyası kəsilən pilotların lehinə qərar verib: Aralarında AZAL qəzasında həlak olan da var
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bizim Tatar çölümüz - Fariz Namazlının yazısı
Kamal İsayevə 8 il yarım həbs cəzası verilib
Ekspert: “Kəndlinin əlində qalan son torpaq parçasını da almaq istəyirlər”