Ölkə

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir

29 Aprel, 2026
308

Toplum TV

Həbsdə olan inanclı fəal Mənsur Vəlişovun ölüm aclığına başladığı deyilir.

Bu barədə fəalın həyat yoldaşı Aytac Vəlişova "Toplum TV"-yə məlumat verib.

Onun sözlərinə görə, M.Vəlişov aprelin 25-də saxlanıldığı Umbakı Penitensiar Kompleksindən Lənkəran rayonundakı həbsxanaya köçürülməli idi. Lakin həmin vaxtdan həyat yoldaşı ilə əlaqə saxlaya bilmir. 

"Mənsur demişdi ki, bazar ertəsinə qədər ondan xəbər çıxmasa, ölüm aclığına başlayacaq. Dəfələrlə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə zəng etmişəm. Mənə deyirlər ki, Mənsurun hazırda harada saxlanılması haqqında məlumat verə bilməzlər", - o deyib. 

M.Vəlişov daha öncə həyat yoldaşı ilə telefon danışığında şərləndiyini düşündüyünü bildirib. O, bu və digər tələblərlə bağlı aclıq aksiyasına başlayacağını deyib. 

"O da digər məhbuslar kimi açıq havada gəzməli, ailəsi ilə görüş günləri almalıdır, digər məhbuslara necə verilirsə, ona da elə verilməlidir. Bizə isə cəmi 6 aydan bir görüş verirdilər və o da qapalı şəraitdə olurdu. Övladım belə atasını rahat görə bilmirdi", - A.Vəlişova qeyd edib. 

Məsələ ilə bağlı aidiyyəti qurumlardan münasibət öyrənmək mümkün olmayıp.

M.Vəlişov 2023-cü ilin martında narkotik ittihamı ilə həbs olunub. O, 6 il azadlıqdan məhrum edilib. M.Vəlişov özünü təqsirli bilmir, narkotik ittihamının saxta olduğunu bildirir. 

Həmin dövrdə Azərbaycanla İran arasında münasibətlərin pisləşməsi fonunda ölkədə yüzlərlə inanclı fəal saxlanılıb, onlarla fəala narkotik ittihamı ilə həbs cəzası verilib. 

"Azərbaycanın Siyasi Məhbuslarının Azadlığı Uğrunda İttifaq"ın ölkədə siyasi məhbus sayılan şəxslərin yanvar ayına olan siyahısında 192 inanclı fəal yer alıb. Siyasi məhbus hesab olunan şəxslərin ümumi sayı isə 340-dır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Ölkə

Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib

15 Oktyabr 2026

açıq mənbə

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2016-cı ildə paytaxtın Yasamal rayonunda mənzilləri sökülmüş sakinlərin şikayətinə baxıb.  Vəkil Fariz Namazlının yaydığı məlumata görə, oktyabrın 13-də verilən qərarda ərizəçilərə qarşı hüquq pozuntuları tanınıb və onlar üçün ümumilikdə 135 min avrodan çox məbləğdə təzminat kəsilib. Qərarın mətnində göstərilir ki, Yasamal rayonunda yaşayan beş şikayətçinin mənzillərinin bir hissəsi 2016-cı ilin iyulunda yerli icra hakimiyyəti tərəfindən sökülüb. İcra hakimiyyəti söküntünü icra edərkən Nazirlər Kabinetinin 2015-ci ilin noyabrına aid olan qərarına istinad edib. Yerli məhkəmələr ərizəçilər üçün 33-90 min manat aralığında məbləğlərdə təzminat təyin edib.  AİHM isə müəyyən edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi mülkiyyətdə olan...
Ölkə

Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib

15 Oktyabr 2026

açıq mənbə

Bakıda “Baksol yolu” adlanan ərazidə 28 yaşlı Cümşüd Cümşüdlünün yolun çökməsi nəticəsində kanalizasiya kollektoruna düşərək ölməsi ilə bağlı açılan cinayət işi üzrə məhkəmə istinataqı yekunlaşıb. APA-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində prokuror Bakı Su Kanal İdarəsinin sahə rəisi Azər Cümşüdova 5 il həbs cəzası istəyib. Prokuror onun məhkəmə zalında həbs edilməsini və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də istəyib. Vəkillər çıxış üçün vaxt istəyiblər. Növbəti iclas oktyabrın 29-na təyin olunub. İstintaqın məlumatına görə, 2025-ci il iyunun 26-da Nərimanov rayonunun Ələsgər Qayıbov küçəsində yer səthinin çökməsi nəticəsində Cümşüd Cümşüdlü kanalizasiya sularının axdığı kanala düşüb. Onun meyiti iyunun 28-də Suraxanı rayonunun...

Seçilmiş Videolar

Toplum TV loqo