Foto/kollaj: Toplum TV
15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanılan jurnalist Polad Aslanov Ombudsman Aparatının nümayəndələri ilə görüşməkdən imtina edib.
Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova sosial media hesabında məlumat verib. Onun sözlərinə görə, Ombudsman Aparatının əməkdaşları ötən gün cəzaçəkmə müəssisəsində Aslanovla görüşmək istəyiblər.
G.Aslanovanın bildirdiyinə görə, Polad Aslanov görüşdən imtinanı Ombudsman Aparatının əvvəlki müraciətlərə reaksiya verməməsi ilə əsaslandırıb:
“Sonuncu aclıq aksiyası zamanı Ombudsman Aparatının qaynar xəttinə dəfələrlə müraciət olunmasına baxmayaraq, onların Polad Aslanova baş çəkməyiblər. Polad Aslanov onlara bildirib ki, mənim ailəmlə görüşümə və telefon zənglərimə qadağa qoyulduğu üçün 20 gündən artıq aclıq aksiyası etdim. Buna baxmayaraq, məni qida qəbul edən məhbuslardan təcrid etmədilər, təzyiqimi və çəkimi yoxlamadılar, həkim nəzarətinə götürmədilər. Hüquqlarım pozulanda həyat yoldaşım dəfələrlə sizə müraciət etdi, gəlmədiniz, lakin bu gün gəlmisiniz. Bu gün isə siz mənim nəyimə lazımsınız?”.
Ombudsman Aparatı və Penitensiar Xidmət məsələ ilə bağlı hələlik açıqlama verməyib.
Polad Aslanov 2019-cu ildə casusluq ittihamı ilə həbs olunub. O, ittihamları rədd edir və bunu korrupsiya ilə bağlı ifşaları ilə əlaqələndirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyır. Avropa İnsan Hüquqları Məhkəməsi də onun həbsi ilə bağlı Azərbaycan hökumətinə qarşı qərar çıxarıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Avropa Məhkəməsi Yasamalda mənzilləri sökülmüş sakinlər üçün 135 min avro təzminat kəsib
açıq mənbə
Prokuror “Baksol yolu”nda gəncin ölümü ilə bağlı təqsirləndirilən şəxsə 5 il həbs istəyib
açıq mənbə
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”