Qaynar xətt

Şikayətçi: Evim yandı, dəymiş ziyan isə ödənilmir

26 Sentyabr, 2022
2112

Açıq mənbələrdən götürülüb

Laçın rayonundan məcburi köçkün düşmüş Murad Kərimov evinin yandığını və ona dəymiş ziyanın illərdir ödənilmədiyini bildirir. Şikayətçi Toplum TV-nin qaynar xəttinə 2020-ci ildən bəri qurumların bu işi bir-birinin üzərinə atdığını yazır.

“1993-cü ildə Laçın rayonundan məcburi köçkün düşmüşəm. O zaman Ağcabədi rayonunun Taxta körpü qəsəbəsində xarici şirkət bizim üçün bir otaqlı ev tikdi. Sonradan özüm o evi artıraraq əlavə otaq tikdim. 2020-ci ilə qədər həmin evdə yaşamışam. 2020-ci ilin sentyabrın 10-da prezidentin sərəncamı ilə məcburi köçkünlərə verilən evlərdən birinin açarı bizə təqdim edildi. Sentybarın 19-da isə qaldığım ev yandı. Evin yanma səbəbi elektrik qısaqapanmasıdır. FHN gəlib akt bağlayıb və mənim 20 min manatlıq evimə dəymiş ziyanı 4300 manat məbləğində qiymətləndirdi. Həmin pulu isə indiyə qədər heç bir qurum ödəmir”.

https://toplum.tv/qaynar-xett/sehid-ailesi-bize-hec-bir-imtiyaz-verilmedi

Şikayətçi bununla bağlı Laçın rayon İcra Hakimiyyətinə, Azəişığa, FHN, İlham Əliyevə, Mehriban Əliyevaya məktub göndərsə də, dəyişən bir şey olmayıb və qurumlar öhdəliyi bir-birinin üzərinə atıb:

“Mənə FHN-dən cavab gəldi ki, ev işıqdan yanıb, ziyanı “Azərişıq” ödəməlidir. “Azərişıq” isə deyir ki, get icra hakimiyyətinə. Laçın rayon İcra Hakimiyyətinin birinci müavini Tofiq Mirzəyev də dedi ki, get kağızlarına FHN-də möhür vurdur, gətir. Möhürü vurdurub gətirəndən sonra isə deyir ki, icra hakimiyyətinin sənə kömək etməyə imkanı yoxdur.  Bütün qurumlar mənə dəymiş ziyanı ödəmək məsələsini bir-birlərinin üzərinə atırlar. Ancaq ortada bir şey yoxdur”.

Şikayətçi icra hakimiyyətinin ona dəymiş ziyanı ödəməməsini həm də ev verilməsi ilə əlaqələndirir: “İcra Hakimiyyəti deyir ki, əvəzində sənə ev vermişik. O evi mənə prezident verib. Həmçinin həmin ev evim yanmadan 10 gün əvvəl verilib”.

Şikayətçi ədalət olmayan ölkədə ədalət axtarışında olduğunu deyir. O deyir ki, tələbi yeni bir ev yox, dəymiş ziyanın ödənilməsidir..

https://toplum.tv/qaynar-xett/zabratlilarin-temirle-duzelmeyen-su-problemi

İttihamda adı hallanan Laçın rayon İcra Hakimiyyəti Toplum TV-nin sorğusuna cavab olaraq vətəndaşa dəymiş ziyanın ödənilməsinim imkan xaricində olduğunu qeyd edib: “Murad Kərimovun müraciətinə baxılıb. Murad Kərimovun tələbi onun ailəsinin müvəqqəti məskunlaşdığı, 1996-cı ildə beynəlxalq humanitar təşkilat tərəfindən inşa olunmuş fərdi yaşayış evində 19.09.2020-ci il tarixdə baş vermiş yanğın nəticəsində yanmış məişət əşyalarına görə dəymiş ziyanın ödənilməsindən ibarətdir. Məlumat üçün bildirirəm ki, yanğın nəticəsində yanmış məişət əşyalarına görə dəymiş ziyanın ödənilməsinin imkan xaricində olması ilə bağlı ona fərdi qəbul zamanı müvafiq izahat və düzgün istiqamət verilib. Bununla yanaşı Murad Kərimovun ailəsi dövlət tərəfindən  müvafiq Dövlət Proqramına əsasən Taxta Körpü ərazisindəki Vağazin obası ərazisində salınmış 256 ailəlik məcburi köçkün qəsəbəsində hər cür kommunal şəraiti olan üç otaqlı fərdi yaşayış evi ilə təmin edilmiş və hazırda həmin evdə yaşayır”.

Murad Kərimov isə deyir ki, necə olur ki, İcra Hakimiyyəti 2 ildir ki, ona dəymiş ziyanı imkanlaşdırıb ödəyə bilmir.

Toplum TV məsələni diqqətdə saxlayacaq.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Qaynar xətt

“Mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz"

16 Yanvar 2025

açıq mənbədən götürülüb

Bir qrup vətəndaş "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti tərəfindən aldadılmaları ilə bağlı polisə şikayət edib. Zərərçəkənlərin 11 nəfər olduğu bildirilib (Turan). Adının açıqlanmasını istəməyən zərərçəkən bildirib ki, 2024-cü ilin iyulunda öz evinin rekonstruksiyası üçün "DREAM CONSTRUCTİON Azerbaijan" şirkəti ilə rəsmi müqavilə bağlayıb  və onlara 44 min manat ödəyib. Onun szölərinə görə müqaviləyə əsasən, işlər sentyabrın 15-dək başa çatmalı olsa da, evdə heç bir iş görülməyib.  “Polisə şikayət etməkdən başqa çarəm yox idi. O, mənə dedi ki, qardaşım polisdir, heç kim mənə toxuna bilməz", şikayətçi deyib. Şikayətçinin sözlərinə görə, Samir Umudovun barəsində cinayət işi açılsa da, hələlik heç bir irəliləyiş yoxdur.  Samir...
Qaynar xətt

Keçmiş XTQ-çilər Prezident Administrasiyası önündə aksiya keçiriblər: “Haqqımız yeyilir”

26 Noyabr 2024

Toplum TV

Noyabrın 26-da Xüsusi Təyinatlı Qüvvələrin bir qrup keçmiş hərbçisi Naxçıvandan gələrək Prezident Administrasiyası önündə etiraz aksiyası keçirib. Onlar İkinci Qarabağ müharibəsi zamanı xəsarət aldıqlarını, amma hələ də kompensasiyalarını ala bilmədiklərini deyirlər. Keçmiş hərbçilər problemlərini demək üçün rəsmi şəxslərdən görüşmək istəsələr də, buna imkan yaradılmayıb.  “Şəxsən mənə ayrılmış pul 36 aylıq əmək haqqıdır. Bu onu göstərir ki,  pulu yeyib talayıblar ki, pulu gecikdirirlər”, - etirazçılardan Kamran İbrahimov deyir.  Digər etirazçı Seymur Məmmədov isə artıq üçüncü dəfədir gəldiyini və probleminin hələ də həll edilmədiyini söyləyir: “Hər dəfə gələndə yola 300 manat pul  gedir. Niyə mənim haqqımı vermirlər? Bizi aciz edirlər?” Polis keçmiş...

Seçilmiş Videolar

Toplum TV loqo