primeminister.am
"Reuters" xəbər agentliyi Rusiyanın Ermənistanda keçiriləcək parlament seçkilərinə müxtəlif yollarla təsir etməsi haqqında yazı dərc edib.
Agentliyə danışan ABŞ kəşfiyyatı rəsmiləri Rusiyanın seçkilərdə iştirak edəcək Rusiyayönümlü namizədlərin lehinə dezinformasiya kampaniyası apardığını deyib.
Onların sözlərinə görə, Rusiyanın seçkilərdə üstünlük verdiyi əsas namizəd iş adamı Samvel Karapetyandır. O, ötən il hakimiyyəti ələ keçirməyə çağırış ittihamı ilə həbs olunub, sonradan ev dustaqlığına buraxılıb.
Rusiyanın ötən ilin oktyabrında Ermənistanda seçkilərə təsir məqsədilə xüsusi şöbə yaratdığı deyilir.
Mənbələr onu da bildirib ki, Rusiya seçki günü Rusiyayönümlü namizədlərin lehinə səs vermələri üçün Rusiyada yaşayan 100 min Ermənistan vətəndaşını pul müqabilində Ermənistana göndərməyi nəzərdən keçirib. Belə ki, Ermənistan qanunvericiliyi vətəndaşlara xaricdə səs verməyə icazə vermir.
Məlumata görə, Rusiya kəşfiyyatçıları 100 min ermənini göndərmək üçün ümumilikdə 50 milyon ABŞ dolları məbləğində xərc hesablayıb. Bununla əlaqədar Rusiyanın regionlarına göndərəcəkləri erməni seçicilərinin sayı üçün kuota təqdim olunduğu bildirilir. Lakin "Reuters" planın nə dərəcədə həyata keçəcəyini öyrənə bilməyib.
Rusiya Xarici İşlər Nazirliyi "Reuters"in şərh sorğusuna cavab verməyib, lakin mayın 28-də jurnalistlərə bildirib ki, Rusiyanın Ermənistanın daxili işlərinə müdaxilə etməsi ilə bağlı iddialar “casusluq isteriyasıdır”.
Ermənistan hökumətinin kommunikasiya departamenti yazıda irəli sürülən konkret ittihamlarla bağlı şərh verməkdən imtina edib, lakin seçkilərin "azad, ədalətli və şəffaf keçirilməsini təmin etmək və dezinformasiyaya qarşı mübarizə aparmaq üçün tədbirlər görüldüyünü" deyib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
Russian Foreign Ministry
Açıq mənbə
‘Toplum TV işi’ndə vəkil: “Xarici pasportu olmayan müvəkkillərimə xaricdən pul gətirmək ittihamı verilib”
Pensiyası səhv hesablanan vətəndaşın dövlətə 4800 manat “borcu yaranıb”
"Bandotdel"in həbs etdiyi şəxs: "Başıma su töküb 'tok'a verdilər, zorlamaqla hədələdilər"
İlqar Məmmədov prezidentə: "Sizi dəstəkləyən bir partiya lideri mənə xəbərdarlıq edir"
Bayırşəhərdə 133 yaşlı memarlıq abidəsi sökülür