Region

Paşinyan Rusiyanın qadağalarından ziyan çəkən şirkətlərə kömək edəcəyinə söz verib 

2 İyun, 2026
91

Sosial media

Ermənistan baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsinə tətbiq etdiyi idxal qadağalarından ziyan çəkən yerli şirkətlərə dəstək olacağını deyib. 

İyunun 2-də seçki mitinqində çıxış edən Paşinyan bildirib ki, başçılıq etdiyi hökumət bu cür şirkətlərə dəstək proqramları başladacaq.

“Hökumət artıq qərar verib ki, ixraca qarşı ədalətsiz maneələrin olduğu bütün hallarda həmin məhsullar üçün dəstək və subsidiya proqramları tətbiq edəcəyik ki, iqtisadiyyatımızda zərər çəkən olmasın”, - o qeyd edib. 

Baş nazir əlavə edib ki, bu, məhsulun keyfiyyəti ilə bağlı olmayan qadağalara aiddir. Onun sözlərinə görə, bəzi hallarda qadağaya məruz qalan mallar, həqiqətən də, keyfiyyət standartlarına cavab vermir.

“Biz aşağı keyfiyyətli məhsulları suverenliyimiz və milli maraqlarımız hesabına ixrac edə bilmərik. Lakin bu müəssisələrə də dəstək verəcəyik ki, məhsullarını yeni keyfiyyət standartlarına uyğunlaşdıra bilsinlər”, - Paşinyan vurğulayıb.

O əlavə edib ki, Ermənistan artıq yeni ixrac bazarlarına çıxış üzərində işləyir. 

Rusiya bu yaxınlarda Ermənistandan pomidor, xiyar, bibər, göyərti, çiyələk, gül, mineral su, konyak və balıq idxalına müvəqqəti qadağa qoyub. 

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") qərarlarını Ermənistan məhsullarının keyfiyyət standartlarına cavab verməməsi ilə izah edir. 

Siyasi müşahidəçilər isə bunu daha çox Rusiyanın iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi hökumətə təzyiqi kimi qiymətləndirirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Region

Paşinyan Putindən Ermənistandan idxal qadağalarını götürməyi xahiş edib

28 İyul 2026

Russian Foreign Ministry

Ermənistan baş naziri Nikol Paşinyan iyulun 27-də Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. "Armenpress" agentliyinin baş nazir aparatına istinadən verdiyi məlumata görə, tərəflər Ermənistan-Rusiya münasibətlərinin gündəliyini, xüsusilə də ikitərəfli iqtisadi əlaqələrlə bağlı məsələləri müzakirə ediblər. Paşinyan Ermənistan mənşəli məhsulların Rusiya bazarına ixracına tətbiq olunan məhdudiyyətlərin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qaydalarına zidd olduğunu bildirib. O, rusiyalı həmkarından bu problemlərin aradan qaldırılması üçün müvafiq tədbirlər görməsini xahiş edib. Kremlin rəsmi pres-relizində bu mövzuya yer verilməyib. Əvəzində telefon söhbətində Ermənistanın geosiyasi mövqeyi və Aİİ çərçivəsindəki öhdəliklərinin müzakirə olunduğu qeyd olunub.  Pres-relizə əsasən, Putin vurğulayıb ki, Ermənistan Avropa İttifaqına inteqrasiya yolunu seçmək, yoxsa...
Region

Ermənistan 40 min qarabağlıya vətəndaşlıq verib 

22 İyul 2026

Açıq mənbə

Ermənistan Qarabağdan köçən təxminən 40 min nəfərə vətəndaşlıq verib.  Bu barədə Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan “CivilNet”-ə müsahibəsində deyib. Onun sözlərinə görə, qarabağlı qaçqınların ümumi sayı 115 mindən çoxdur və onların təxminən yarısı vətəndaşlıq üçün müraciət edib. Müraciətlərə baxılmağa davam edilir.  “İki il yarımlıq müddəti nəzərə alsaq, hesab edirəm ki, bu, qaçqın əhalinin Ermənistan vətəndaşlığını almaqda və Ermənistanda tamhüquqlu, perspektivli gələcək qurmaqda maraqlı olduğunu göstərən mühüm göstəricidir”, - A.Sarkisyan deyib. Nazir xatırladıb ki, qaçqınların Ermənistana sosial-iqtisadi inteqrasiyası Ermənistan və Avropa İttifaqı arasında viza rejiminin liberallaşdırılması ilə bağlı görülən işlərin istiqamətlərindən biridir. “Düşünürəm ki, artıq görülmüş işlər avropalı tərəfdaşlar tərəfindən...

Seçilmiş Videolar

Toplum TV loqo