Siyasət

Avropa Şurası Azərbaycanda monitorinq keçirəcək

23 Fevral, 2021
1821

Avropa Şurası

Avropa Şurasının (AŞ) Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndə heyəti fevralın 23-dən 25-dək Azərbaycanın Avropa Yerli Özünüidarə Xartiyasına uyğunluğunu monitorinq edəcək.

AŞ-ın mətbuat xidməti fevralın 23-də xəbər verib ki, iki həmməruzəçi - Bernd Feringer (Almaniya) və Stüart Dikson (Böyük Britaniya) 2012-ci ildə baş tutmuş öncəki monitorinqindən sonra baş verən hadisələrə diqqət ayıracaqlar.

Pandemiya ilə əlaqədar məruzəçilər Konqresdəki Azərbaycan milli nümayəndə heyəti, yerli və regional hakimiyyət orqanlarının milli assosiasiyaları, Milli Məclisin Regional əlaqələr komitəsinin sədri, Konstitusiya Məhkəməsinin sədri və Azərbaycanın insan hüquqları üzrə müvəkkili ilə onlayn görüşəcəklər.

Onlar həmçinin ədliyyə nazirinin müavini, Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri və Bakı şəhər icra hakimiyyətinin və digər yerli hakimiyyət orqanlarının nümayəndələri ilə də görüşəcəklər.

Görüşlərin yekununa əsasən hesabat hazırlanacaq və daha sonra ona Monitorinq Komitəsi tərəfindən baxılacaq.

Azərbaycan Avropa Yerli Özünüidarə Xartiyasını 2002-ci ildə ratifikasiya edib. Xartiyanı təsdiqləyən ölkələrdən onun müddəalarına riayət etmələri tələb olunur. Xartiya Avropada yerli özünüidarəetmənin əsasını təşkil edən minimum hüquqlar toplusunun həyata keçirilməsini tələb edir. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi AŞ-yə üzv 47 dövlətdə bu prinsiplərə riayət edilməsini təmin edir ("Report").


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo