Siyasət

Azərbaycan AŞPA-da Qarabağ qətnaməsinin əleyhinə səs verib

28 Sentyabr, 2021
1783

UNIAN

AŞPA Azərbaycanla Ermənistanı hərbi cinayətlər və digər yanlış hərəkətlərlə bağlı iddiaları tam araşdırmağa, məsuliyyət daşıyanları, - komandanlıq səviyyəsində olsa belə, - mühakimə etməyə çağırır.

Avropa Şurası Parlament Assambleyası (AŞPA) sentyabrın 27-də “Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin humanitar fəsadları” adlı hesabatı qəbul edib. "Azadlıq Radiosu"nun məlumatında bildirilir. 

İrlandiyadan olan deputat Pol Qavanın hazırladığı qətnamədə ötənilki 44 günlük münaqişənin faciəvi humanitar fəsadlarından məyusluq bildirilir. Qurum yada salır ki, Ermənistanla Azərbaycan 2001-ci ilin yanvarında Avropa Şurasına üzv olarkən münaqişəni yalnız dinc yolla həll etmək öhdəliyi götürüblər. Ona görə də 2020-ci ildə 6 həftəlik müharibə bu öhdəliklərin pozulmasıdır, Avropa Şurası bu məsələni müzakirə etməlidir.

Tövsiyələr

AŞPA Nazirlər Komitəsinə tövsiyə edir ki, Ermənistan (2023-2026) və Azərbaycan (2022-2025) üzrə Fəaliyyət Planlarını hazırlayarkən münaqişənin humanitar nəticələrini nəzərə alsın, hazırkı fəaliyyət planları ilə bağlı çeviklik göstərsin, onları münaqişənin nəticələrinə uyğunlaşdırsın.

Nazirlər Komitəsinə həmçinin tövsiyə olunur ki, məcburi köçkünlərin ehtiyacları və hüquqları, onların qayıdışı, münaqişənin təsir göstərdiyi bütün icmalar üçün inamyaratma tədbirləri həyata keçirsin, tolerant icmaların qurulması və nifrət çıxışıyla mübarizə üçün gərəkən addımlar atsın.

AŞPA Azərbaycanla Ermənistanı hərbi cinayətlər və digər yanlış hərəkətlərlə bağlı iddiaları tam araşdırmağa, məsuliyyət daşıyanları, komandanlıq səviyyəsində olsa belə, mühakimə etməyə çağırır.

Azərbaycan və Türkiyənin nümayəndə heyətləri hesabatın əleyhinə səs verib. Ümumilikdə 80 deputat qətnamənin lehinə, 18 nəfər əleyhinə səs verib, 3 nəfər bitərəf qalıb.

Ermənistan qətnamədən razı qalıb

Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan "Facebook"-səhifəsində bu haqda yazıb.

“Azərbaycanın Dağlıq Qarabağı beynəlxalq sənədlərdən çıxarmaq cəhdlərinə baxmayaraq, biz qətnamənin adını və mətnini dəyişdirə bildik, oraya ‘Dağlıq Qarabağ münaqişəsi’ ifadəsini saldıq ki, bu çox vacibdir”, – "AzadlıqRadiosu"-nun Ermənistan xidmətinin məlumatına görə, Rubinyan yazıb.

Qətnamənin ilkin variantda adı “Ermənistan- Azərbaycan münaqişəsinin humanitar fəsadları” idi.

Rubinyan qətnamədə Ermənistan üçün vacib məqamların yer aldığını qeyd edib. Bunlar hərbi əsirlər, insan haqları, Azərbaycan tərəfin münaqişəsi suriyalı muzdlulardan istifadəsi, Ermənistan-Azərbaycan sərhədində insidentlərlə bağlı narahatlıq və sairədir.

Amma hesabatda Ermənstan tərəfin də müxtəlif ölkələrdən ermənilərdən əcnəbi döyüşçülər kimi istifadə etməsinə dair iddialar olduğu da qeyd edilir.

Azərbaycan tərəfi əlavə şərh verməyib

Azərbaycanın nümayəndə heyəti qətnamənin əleyhinə səs verməsinə dair, hələlik, əlavə açıqlama verməyib.

Ancaq müharibədə əcnəbi muzdlulardan istifadə iddiaları dəfələrlə Azərbaycan tərəfdən təkzib olunub. Hərbi əsirlərə gəlincə, onları Azərbaycan tərəfi əvvəlcə terrorçu-diversant adlandırsa da, sonradan məhkəmələrində qısa həbs cəzaları kəsildi və bir qismi mina xəritələri əvəzində azad olundu.

Azərbaycan 44 günlük müharibə və atəşkəs razılaşması nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Qarabağdakı erməni icması ilə təmas xəttinə və Laçın dəhlizinə Rusiya hərbçiləri yerləşdirilib.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında Dağlıq Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını vurğulayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo