Siyasət

Azərbaycan Avropa Şurasının tövsiyələrini yerinə yetirməyib

19 May, 2021
1940

UNIAN

“İcra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri olduqca problemli hal olaraq qalmaqdadır və prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi ümumiyyətlə həll edilməyib”

"Azadlıq Radiosu"nun mayın 19-da verdiyi xəbərə görə, Azərbaycan millət vəkillərinin, prokurorların gəlir bəyannaməsi təqdim etməsi ilə bağlı tövsiyəni hələ də yerinə yetirməyib. 

Mayın 19-da Avropa Şurasının antikorrupsiya orqanı olan GRECO Azərbaycana tövsiyələrin icrasıyla bağlı hesabat açıqlayıb.

GRECO 21 tövsiyədən 14-nün qənaətbəxş şəkildə həll edildiyini, 4 tövsiyənin qismən, 3-nün isə icra olunmadığını bildirilir. Gəlir bəyannamələrini ehtiva edən tövsiyələr də icra olunmayanlar sırasındadır.

GRECO tövsiyə edib ki, millət vəkilləri üçün gəlir bəyannamələrinin forması tez bir zamanda müəyyənləşdirilsin və bəyannamələrin məxfiliyi aradan qaldırılsın. Digər tövsiyədə hakimlər üçün gəlir bəyannamələrinin formasının tez bir zamanda müəyyənləşdirilməsi istənilib. GRECO bu tövsiyələrin icrası üzrə heç bir irəliləyişin olmadığını bildirir.

İcra olunmayan üçüncü tövsiyə isə prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi qaydasının prioritet məsələ kimi həllini tapmasıdır. “Prokuror və onların qohumlarının təhlükəsizlik və şəxsi sirləri nəzərə alınmaq şərti ilə, bütün prokurorlar tərəfindən aktivlərin bəyan edilməsi üzrə məxfilik aradan qaldırılsın; aktivlərin bəyan edilməsinə dair müəyyən olunmuş qaydaya riayət edilməklə, həmin qaydanın icrasına nəzarət etmək üçün Baş Prokurorluğun nəzdində müvafiq struktur yaradılsın”, – tövsiyədə deyilir.

Hesabatda deyilir ki, parlament üzvlərinə münasibətdə bəzi konkret addımlar atılıb. Qanun layihələri ilə bağlı ictimai məsləhətləşmələr çərçivəsində irəliləyiş əldə edilib, “Deputatların etik davranış qaydaları haqqında Qanun” qəbul edilib. Lakin parlament üzvləri ilə əlaqədar aktivlərin açıqlanması üçün effektiv bir sistem qurulmasına hələ də çox ehtiyac var, qurum bildirir.

Prokurorlarla əlaqədar intizam pozuntuları, etik davranış qaydaları və vaxtaşırı qiymətləndirmə sistemi ilə bağlı bir sıra sahələrdə ciddi addımların atıldığı qeyd edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının işə qəbulu üçün yeni meyarlar tətbiq edilib. Şəffaflıq ilə əlaqəli mövzulara dair təlimlərdə də irəliləyişlər əldə olunub. “Lakin icra hakimiyyətinin Prokurorluq üzərindəki lüzumsuz təsiri olduqca problemli hal olaraq qalmaqdadır və prokurorlarla bağlı aktivlərin açıqlanması məsələsi ümumiyyətlə həll edilməyib”, – hesabatda vurğulanır.

Azərbaycan hökuməti isə parlamentin 2019-cu ilin dekabrında buraxılmasını və 2020-ci ilin fevralında parlament seçkiləri keçirilməsini əsas gətirib, bu proseslərin parlament üzvlərinə aid bir sıra tövsiyələrin gerçəkləşməsinə mane olduğunu bildirib.

Azərbaycanda gəlir bəyannaməsi barədə qanun 2005-ci ildə qəbul olunsa da, hələ də tətbiq olunmayıb. Hakimiyyət isə təmsilçiləri korrupsiya ilə sistematik mübarizə aparıldığını bildirir. Tənqidçilərin fikrincə, sistemli mübarizə yüksək rütbəli məmurlardan başlayacağı halda effektli olar.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Hindistanlılar sosial mediada Azərbaycana qarşı təbliğata başlayıb

8 May 2025

açıq mənbədən götürülüb

Hindistanlı sosial media istifadəçiləri Azərbaycana qarşı təbliğat aparmağa başlayıb. Buna səbəb Azərbaycanın Hindistanla Pakistan arasındakı toqquşmalarda Pakistanı müdafiə etməsidir.  Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi mayın 7-də verdiyi bəyanatda “Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları” pisləyib və “Pakistan xalqı ilə həmrəy olaraq” günahsız qurbanların ailələrinə başsağlığı verib.  Sosial şəbəkələrdə Hindistandan olan istifadəçilər “#BoycottAzerbaijan” həştəqi açaraq həmyerlilərinə Azərbaycana səfər etməməyə çağırıb.  “Heç bir hindistanlı, həmçinin terrora qarşı olan heç bir kəs, Azərbaycana getməməlidir. Hətta səfər planlaşdırmısınızsa belə, ləğv edin”, - 400 minə yaxın izləyicisi olan Mr Sinha adlı “X” istifadəçisi yazıb.  Yarım milyondan çox izləyicisi...
Siyasət

Əli Kərimlinin sürücüsü və mühafizəçisinin qardaşı həbs olunub

8 May 2025

sosial media

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qaradağ rayon şöbəsinin üzvü Rahil Quliyev inzibati qaydada 30 sutkalıq həbs olunub.  Bu barədə AXCP sədri Əli Kərimli mayın 7-də “Facebook” səhifəsində xəbər verib. Partiya sədri deyib ki, Quliyevdən mayın 6-dan xəbər almaq mümkün olmayıb və yalnız dünən həbs olunduğu öyrənilib.  Onun həbsinin təfərrüatları bilinmir. Quliyev, həmçinin aprelin 9-da inzibati qaydada 30 sutkalıq həbs olunan, Kərimlinin ictimai əsaslarla mühafizəçisi işləyən Elnur Quliyevin qardaşıdır.  Kərimli bildirib ki, R.Quliyevin də Elnur Quliyevə və özünə təzyiq məqsədilə həbs olunduğu “şübhə doğurmur”.  Partiya sədri mayın 8-də isə xəbər verib ki, daha bir AXCP üzvü Asam Əli də inzibati qaydada...

Seçilmiş Videolar

Toplum TV loqo