Məhkəmə

"Aytac Əliyeva işi": Mənə dedi ki, Dubaydan aldığım qızıl saatlar polad çıxıb

4 Noyabr, 2022
4053

Sosial Media

“Özü barəsində elə danışırdı ki... Deyirdi, bələdiyyə sədriyəm, qazancım başımdan aşır, heç nəyə ehtiyacım yoxdur.  Bizim pullarımızı havaya sovurandan sonra dedi, şikayət etməyin, torpaqlarım var, həll edəcəm. Bizi göndərdi, Binəqədi ərazisində bir neçə torpaq sahəsinə baxdıq, o torpaqlardan birinə anamın adına sənəd düzəltdi. Aparıb sənədi yoxlatdırdıq, o da saxta çıxdı”.

Bu sözləri Binəqədinin keçmiş bələdiyyə sədrinin məhkəməsində şahid qismində dindirilən Aygün Məmmədova deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bələdiyyənin keçmiş sədri Aytac Əliyevanın bacısı İlknur Əliyevanın (Turkut) məhkəməsi zərərçəkmiş və şahidlərin ifadələriylə davam edir. Bacılar qızıl alqı-satqısı adı ilə adamların pulları ələ keçirməkdə təqsirləndirilirlər. Zərərçəkmişlər 11, onlara dəymiş maddi zərərin ümumi məbləğisə 1 milyon manat civarındadır.  

https://toplum.tv/mehkeme/sahid-menimcun-narkotikden-muqeddes-hec-ne-yox-idi-sagaldim

Sonuncu məhkəmə iclasında dindirilmiş Aygün Məmmədova ifadə verib. O, bildirib ki, bələdiyyə sədri Aytac Əliyevayla 2 il əvvəl iştirak etdiyi məclisdə tanış olub: “Aytac Əliyevanın döğum günü idi, təsadüfən mən də orda bir rəfiqəmlə iştirak edirdim. Elə orada yaxından tanış olduq. Özünü heç nəyə ehtiyacı yox, gözü tox bir insan kimi göstərirdi. Dedi, mənim kimi pul qazanmaq istəyirsənsə, gəl, qoşul bizə. Dubaydan qızıl gətirib satırıq. Dedi, 8 martda varlı adamlar hədiyyəlik qızılları ondan alırlar, yaxşı alver gedir. Biz də qərara gəldik 8 marta qədər pul qoyaq ki, gəlir götürək”.

Aygün Məmmədova məhkəmədə iddia edib ki, pul qazanmaq istəyini  gerçəkləşdirmək üçün anasının ona bağışladığı mənzili, bacısının mənzilini, anasının mənzilini, öz bahalı avtomobilini satıb. Anasının ona bağışladığı mənzili təmir etmək üçün topladığı pulu da üstünə qoyaraq 2021-ci ilin 8 yanvarından 8 martınadək hissə-hissə Aytac və İlknur Əliyeva bacılarına verib. 8 Martdan da ötüb, pullardan xəbər çıxmayanda Aytac Əliyevaya zəng vurub: “Dedi, Kiyevdəyəm, Dubaydan qızıl saat adıyla alıb vurduğum saatlar polad çıxıb, məni aldadıblar. Bir az gözlə, gəlim, danışarıq”.

Aytac Əliyeva Bakıya qayıdandan sonra görüşüblər. Aytac Əliyeva ona bələdiyyə sədri olduğu ərazidəki torpaqlardan təklif edib: “Həmin torpaqlar başqa-başqa adamların adınaydı. Aytac Əliyeva dedi ki, narahat olma, formal olaraq o adamların adınadır, öz adıma edə bilmərəm axı... Get, torpaqlara bax, hansını bəyənsən, ananı gətir, adına sənədləşdirək. Getdik, bizə olan borcu məbləğində iki yerdə torpaq sahəsi bəyəndik, sənədləri də verdik bələdiyyə sədrinə ki, sənədləşdirsin. Bir həftədən sonra anamın adına həmin torpaq sahələrinə çıxarış verdi. Dedi, bu torpaqlar oldu sizin, borc söhbətimiz burda bağlandı”.

https://toplum.tv/mehkeme/belediyye-sedrinin-mehkemesinde-sahid-bize-189-min-500-manat-zerer-vurub

Şahid deyir, çıxarışların belə tezliklə hazır olması onları şübhələndirib. Qərara gəliblər ki, sənədləri araşdırsınlar və bu zaman üzə çıxıb ki, saxtadır. Bundan sonra Aygün Məmmədova bələdiyyə sədrinin əməllərindən polisə şikayət edib.

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyevayla (Turkut) əlbir olaraq qızıl və torpaq alqı-satqısı adı altında vətəndaşlara qarşı 1 milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər. Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb. Bacılar ittihamları qismən qəbul edirlər. Cinayət işi üzrə ümumilikdə 11 zərərçəkmiş var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Məhkəmə

5 milyonluq qaçaqmalçılıqda ittiham olunan digər vəzifəlilər də ev dustaqlığına buraxılıb

5 Oktyabr 2026

e-huquq.az

5 milyon manat dəyərində siqaret qaçaqmalçılığında ittiham olunan bir sıra vəzifəli şəxslər həbsdən ev dustaqlığına buraxılıb.  APA-nın xəbərinə görə, oktyabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Kamil Əliyevin sədrliyi ilə baş tutan prosesdə bu barədə təqsirləndirilən şəxslərin vəsatətləri təmin olunub.  Onlar Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanının direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük Komitəsinin Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, həmin gömrük postunun inspektoru Heydər Eyvazlı və digərləridir.  Məhkəmənin növbəti iclası oktyabrın 23-nə təyin edilib. Sözügedən şəxslər ötən ilin dekabrında həbs olunublar. Onlar Birləşmiş Ərəb Əmirlikləri və İrandan...
Məhkəmə

Fərid İsmayılov: “Ədaləti meyvə-tərəvəz kimi satan mantiyalı kölələr mənim üçün məhkəmə görüntüsü yarada bilməzlər”

3 Oktyabr 2026

VOA

“Toplum TV işi” üzrə həbsdə olan jurnalist Fərid İsmayılov Məhkəmə-Hüquq Şurasına açıq müraciət edib. O bildirir ki, Umbakı Penitensiar Kompleksi məhkəmə və hakimlər barədə işlətdiyi ifadələri təhqir sayaraq əvvəlki şikayətini Şuraya göndərməkdən imtina edib. Jurnalistin açıqlamasını və açıq müraciətini təqdim edirik. "Umbakı Penitensiar Müəssisəsi Məhkəmə-Hüquq Şurasına ünvanladığım şikayəti göndərməkdən imtina edib. Buna səbəb kimi Bakı Apellyasiya Məhkəməsinə “kolxoz”, hakimlərinə isə “bazarkom” yazmağım göstərildi. Mənə bu sözlərin təhqir olduğunu deyən rəsmilərə bu sözlərin “təsvir” olduğunu desəm də, qəbul etmədilər. Ona görə də MHŞ-yə açıq müraciət etmək məcburiyyətindəyəm: “Diqqətinizə çatdırıram ki, apellyasiya şikayətimin məqsədi Avropa İnsan Haqları Məhkəməsi üçün formal prosedurdur. Yerli məhkəmələrdən...

Seçilmiş Videolar

Toplum TV loqo