Siyasət

Baş Prokurorluq general Rövşən Əkbərovun həbsinin təfərrüatlarını açıqladı

17 mart, 2021
1022

Açıq mənbələrdən götürülüb

Azərbaycan Respublikası vətəndaşı, 1971-ci il təvəllüdlü, Əliyev Elçin Fəday oğlunun 1 iyun 2001-ci il tarixdə Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində soyuq silahla qəsdən öldürülməsi faktı ilə bağlı Ukrayna Respublikasının prokurorluq orqanlarında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, bir sıra istintaq tədbirləri yerinə yetirilib, 2003-cü il tarixdə cinayətin törədilməsində Azərbaycan Respublikasının vətəndaşının şübhəli olması əsası ilə cinayət işi Azərbaycan Respublikasına göndərilib.

Bu barədə Baş Prokurorluğun martın 17-də verdiyi məlumatda bildirilir. 

Qeyd olunub ki, həmin cinayət işi üzrə Azərbaycan Respublikasının Hərbi və Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində (əvvəlki) bir sıra istintaq hərəkətləri həyata keçirilib, lakin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən cinayət işi üzrə icraat dayandırılıb.

"2020-ci il tarixdə cinayət işi Baş Prokurorluqda yenidən öyrənildikdən sonra Baş Prokurorluğun rəhbərliyi tərəfindən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar ləğv edilməklə icraat təzələnib və Baş Prokurorluğun İstintaq idarəsində çoxsaylı istintaq hərəkətləri aparılaraq iş üzrə kifayət qədər sübutlar toplanılaraq, həmin cinayət əməlinin Əkbərov Rövşən Telman oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, Azərbaycan Respublikası vətəndaşı, 1965-ci il təvəllüdlü, Əkbərov Rövşən Telman oğlunun 31.05.2001-ci il tarixdən 01 iyun 2001-ci il tarixə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat təxminən 2-3 radələrində həmin kafenin yaxınlığında Əliyev Elçin Fəday oğlu ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə Elçin Əliyevin ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək sonuncunun qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

15 mart 2021-ci il tarixdə Rövşən Əkbərov CM-in 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddələrlə ittiham elan edilib və Baş Prokurorluğun təqdimatına əsasən Bakı Hərbi Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilib", - deyə qurumun məlumatında bildirilib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublunun qızı: “Atamın başına nəsə gəlməsindən narahatıq”

12 noyabr 2026

sosial media

Müsavat Partiyasının və Milli Şuranın üzvü, həbsdə olan Tofiq Yaqublunun ailəsi ondan narahatdır. Siyasətçinin qızı Nigar Həzi noyabrın 12-də sosial media hesabında yazıb ki, atası adətən zəng günləri saat 10-11 arası evə zəng edir. Onun sözlərinə görə, həmin vaxtdan iki saatdan çox keçməsinə baxmayaraq, Yaqublu ailəsi ilə əlaqə saxlamayıb. “Ayın 10-u ata ilə görüşəndə həbsxanada ona qarşı təzyiqlərin yenidən başladığını demişdi. Bu təzyiqlər Sahib Rzayev Penitensiar Xidmətə yeni rəis təyin olunandan sonra başlayıb. Mən görüş günü bunu ictimailəşdirmədim. Düşündüm ki, səngiyər. Ancaq bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq və onun başına nəsə gəldiyi ehtimalını yaradır”, - Nigar...
Siyasət

Ülvi Həsənlinin 10 gündür “kars”da saxlanıldığı bildirilir

12 noyabr 2026

foto:şəxsi arxivi

“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin artıq 10 gündür cərimə kamerasında (“kars”) saxlanıldığı deyilir. Bu barədə nəşrin baş redaktoru Günel Səfərova noyabrın 11-də sosial media hesabında məlumat yayıb. Səfərovanın sözlərinə görə, Həsənlidən müxtəlif cəzaçəkmə müəssisələrindən “Abzas Media”ya daxil olan məhbus şikayətlərinin saytdan silinməsi tələb olunur: “Həbsxanalardakı problemləri həll etmək əvəzinə, onları ictimailəşdirən medianın həbsdə olan jurnalistlərinə təzyiq göstərmək çıxış yolu deyil”, - G.Səfərova bildirib. Noyabrın 3-də Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva onun bir gün əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasına salındığını bildirmişdi. O, Həsənlinin məhbusların şikayətləri əsasında hazırlanan materiallarla əlaqədar müəssisə rəhbərliyi tərəfindən təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo