Siyasət

General-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum oldu

16 mart, 2021
973

Açıq mənbələrdən götürülüb

Sabiq birlik komandiri, ehtiyatda olan general-leytenant Rövşən Əkbərovun nədə ittiham olunduğu məlum olub.

Martın 16-na olan məlumata görə, R. Əkbərov Ukrayna Respublikasının sorğusu əsasında həbs edilib.

Belə ki, R. Əkbərov Ukraynada qəsdən adam öldürmə cinayətində təqsirləndirilib. Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyevin icraatında Rövşən Əkbərov barəsində istintaq orqanının təqdimatına baxılıb və barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib (APA).


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

Tofiq Yaqublunun qızı: “Atamın başına nəsə gəlməsindən narahatıq”

12 noyabr 2026

sosial media

Müsavat Partiyasının və Milli Şuranın üzvü, həbsdə olan Tofiq Yaqublunun ailəsi ondan narahatdır. Siyasətçinin qızı Nigar Həzi noyabrın 12-də sosial media hesabında yazıb ki, atası adətən zəng günləri saat 10-11 arası evə zəng edir. Onun sözlərinə görə, həmin vaxtdan iki saatdan çox keçməsinə baxmayaraq, Yaqublu ailəsi ilə əlaqə saxlamayıb. “Ayın 10-u ata ilə görüşəndə həbsxanada ona qarşı təzyiqlərin yenidən başladığını demişdi. Bu təzyiqlər Sahib Rzayev Penitensiar Xidmətə yeni rəis təyin olunandan sonra başlayıb. Mən görüş günü bunu ictimailəşdirmədim. Düşündüm ki, səngiyər. Ancaq bu gün atanın evə zəng etməməsi bizdə ciddi narahatlıq və onun başına nəsə gəldiyi ehtimalını yaradır”, - Nigar...
Siyasət

Ülvi Həsənlinin 10 gündür “kars”da saxlanıldığı bildirilir

12 noyabr 2026

foto:şəxsi arxivi

“Abzas Media”nın direktoru, 9 il azadlıqdan məhrum edilən Ülvi Həsənlinin artıq 10 gündür cərimə kamerasında (“kars”) saxlanıldığı deyilir. Bu barədə nəşrin baş redaktoru Günel Səfərova noyabrın 11-də sosial media hesabında məlumat yayıb. Səfərovanın sözlərinə görə, Həsənlidən müxtəlif cəzaçəkmə müəssisələrindən “Abzas Media”ya daxil olan məhbus şikayətlərinin saytdan silinməsi tələb olunur: “Həbsxanalardakı problemləri həll etmək əvəzinə, onları ictimailəşdirən medianın həbsdə olan jurnalistlərinə təzyiq göstərmək çıxış yolu deyil”, - G.Səfərova bildirib. Noyabrın 3-də Ülvi Həsənlinin həyat yoldaşı Rübabə Quliyeva onun bir gün əvvəl 10 saylı Cəzaçəkmə Müəssisəsinin cərimə kamerasına salındığını bildirmişdi. O, Həsənlinin məhbusların şikayətləri əsasında hazırlanan materiallarla əlaqədar müəssisə rəhbərliyi tərəfindən təhdid...

Seçilmiş Videolar

Toplum TV loqo