Siyasət

Əli Kərimli: "Azərbaycanda uşaqpulu korrupsiya layihələrinə xərclənir"

1 İyun, 2021
2788

Açıq mənbələrdən götürülüb

“Azərbaycanda uşaq pulunun verilməməsinin səbəbi hakimiyyətin uşaqlara ögey münasibətidir".

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Toplum TV”-yə belə deyib. 

BMT-nin Baş Assambleyası 1950-ci il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün qeyd olunması barədə qərar qəbul edib. 

Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Uşaqlar Günü qeyd olunur.

Bir neçə ay öncə isə Azərbaycanda uşaqpulunun verilməsi gündəmə gətirilmiş və bu da müzakirələrə səbəb olmuşdu. 

AXCP sədri deyir ki, Azərbaycanda digər vəsaitlər kimi, uşaqpulu da korrupsiya layihələrinə xərclənir, regionların inkişafı adı altında mənimsənilir: “Uzun müddətdir ki, ölkədə uşaqpulunun verilməsini tələb edirik. Azərbaycanın maddi imkanları yetərincə çoxdur. Azərbaycandan dəfələrlə kasıb ölkələr uşaq pulunu verirlər, amma Azərbaycan hakimiyyəti öz prioritetlərini müəyyənləşdirən zaman insanlara, o cümlədən uşaqlara xidməti prioritet hesab etmir”.

Əli Kərimli - Sosial Media

Ə.Kərimli hesab edir ki, Azərbaycanda uşaqpulunun verməmək üçün heç bir iqtisadi səbəb yoxdur: “Azərbaycanın dövlət rezervləri çox böyükdür və artmaqda da davam edir. Rəsmən də etiraf olunur ki, neft pulları arasında bizim gələcək nəsillərin uşaqlarının da payı var, amma artıq o pay da yeyilib. Çünki neft gəlirlərinin əksəriyyətini artıq əldə edilib və 75%-i artığı xərclənib”.

Onun sözlərinə görə, müharibədən sonra Azərbaycanda inşa edilən bahalı, yəni 100 milyonluq binalara çəkilən xərclə uşaqpulunu həll etmək olardı: "Büdcədə 700 milyon profisit ola-ola uşaqpulu haqqında heç nə fikirləşmirlər". 

“Bu gün biz ikiqat məsuliyyətlə uşaqlarımızın sabahını düşünməliyik. Onları ehtiyacdan qurtarmaq üçün uşaq pulu verilməsini hökumətdən hamılıqla tələb etməliyik. Uşaqlarımız üçün yaxşı təhsil, səhiyyə, sosial müdafiə xidmətləri göstərən, onların hüquqlarını qoruyan, inkişaflarına zəmin yaradan dövlət qurmaq vəzifəmizi bir an öncə yerinə yetirməliyik. Özümüz üçün edə bilmədiklərimizi də uşaqlar üçün - övladlarımız üçün etməliyik”, - Əli Kərimli "Feysbuk" hesabında isə belə yazıb. 

Vahid Əhmədov: "Uşaqpulu mütləq verilməlidir"

“Ola bilər ki, uşaqlara ünvanlı yardımlar verilir, amma bu pulların ünvana çatmasında problemlər yaşanır. Uşaqpulu ilə bağlı vəziyyət isə belə deyildi", - deputat Vahid Əhmədov "Toplum TV"-yə açıqlamasında belə düşünür. 

Vahid Əhmədov - Sosial Media

Onun fikirincə, ümumiyyətlə, uşaqpulu həmişə gündəmdə olan məsələdir: “Müəyyən arqumentlər var. Deyirlər ki, uşaqlara müəyyən müavinətlər verilir və bu müavinatlar kifayət qədərdir. Ona görə də uşaqpulu verilməsi böyük vəsait tələb edir. Amma biz təklif edirik ki, uşaqpulu mütləq verilməlidir. Çünki uşaqpulu uşaqların normal yaşaması üçün vacibdir”.

"Biz müharibədə qalib gəldik. Ora kifayət qədər vəsait xərclənəcək. Hətta bizdə buna görə uşaqpulunu gündəliyə çıxartmırıq. Başa düşürük ki, işğaldan azad olunmuş ərazilərin bərpası üçün milyardlarla vəsait sərf olunacaq", - deyə deputat bildirib. 

Qubad İbadoğlu: "Əsas problem İlham Əliyevin siyasi iradə nümayiş etdirməməsidir"

Azərbaycan Demokratik Rifah Hərəkatının sədri (ADR), iqtisadçı-ekspert Qubad İbadoğlu isə deyir ki, ölkə başçısı bu məsələ ilə bağlı siyasi iradə nümayiş etdirmir: "Əsas problem İlham Əliyevin bu işə qərar verməməsi, siyasi iradə nümayiş etdirməməsidir. Biz valideynlər uşaqlarımızın layiq olduqlarını hakimiyyətdən ala bilmirik. Azərbaycanda uşaqpullarının verilməməsinin günahı uşaqlarda deyil, onların valideynlərindədir. Bu gün biz valideynlər haqqlarımız uğrunda mübariz olmadığımıza görə uşaqlarımız hələ də yarımçıq və keyfiyyətsiz təhsil alır, onlar icbari tibbi sığortaya malik deyillər, normal qidalana və sosial-iqtisadi tərəqqinin nailiyyətlərindən faydalanmırlar”. 

Qubad İbadoğlu

"Bu hakimiyyətdən uşaqlarımızın haqqını almayana qədər heç vaxt uşaqpulu verilməyəcək. Belə olan halda uşaqlar da inkişafdan geri qalacaqlar. Odur ki, mən günahı hakimiyyətdə deyil, özümüz də görürəm. Təəssüf ki, layiq olmadıqlarımıza razılaşaraq, hazırkı susqunluğumuzla ölkənin gələcəyini də kor
edirik”.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Məhkəmədəki çıxışından sonra Akif Qurbanova zəng məhdudiyyəti qoyulub

25 Aprel 2025

ResPlatforma

“Toplum TV işi” üzrə həbsdə olan, Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanovun ailəsinə zəng etməsinə məhdudiyyət qoyulub. Bunu Toplum TV-yə onun yaxınları deyib. Yaxınları bildirir ki, bu gün Qurbanovun onlara zəng günü idi, amma buna icazə verilməyib. Bu məhdudiyyətin səbəbi kimi onun və digər təqsirləndirilən şəxslərin aprelin 24-də “Toplum TV işi” üzrə baş tutan məhkəmə prosesindəki sərt çıxış etmələri ehtimal olunur. Prosesdə təqsirləndirilənlər prezident İlham Əliyevin şahid kimi dindirilməsini və Baş prokurorun ittihamları sübut etməsini istəmişdilər. “Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar, Fərid...
Siyasət

Helsinki Komitəsi: “Tofiq Yaqublu dərhal azad edilməlidir”

25 Aprel 2025

sosial media

Norveç Helsinki Komitəsi (NHK) həbsinə etiraz olaraq 25 gündür aclıq aksiyası keçirən siyasətçi Tofiq Yaqublu ilə bağlı Azərbaycan hakimiyyətinə çağırış edib. Bu barədə beynəlxalq insan haqları təşkilatının "Facebook" hesabında bildirilib. Təşkilat Yaqublunun adekvat, müstəqil tibbi yardımla təmin edilməsinə və onun dərhal azad edilməsinə çağırıb. Qurum T. Yaqublunun 2023-cü ilin dekabrından təcridxanada saxlanıldığını və onun siyasi motivli ittihamlarla 9 il azadlıqdan məhrum edildiyini qeyd edib. “Bu çox ciddi və narahatlıq doğuran vəziyyətdir. Tofiq Yaqublunun uzun müddətli aclıq aksiyası sağlamlığı və həyatı üçün böyük təhlükə yaradır. Bu həbs və onun dinc fəaliyyətinə qarşı illərlə davam edən təzyiqlər beynəlxalq insan haqları prinsiplərinı ziddir”,...

Seçilmiş Videolar

Toplum TV loqo