Siyasət

Toplum TV-yə kibermüdaxilə edilib

2 İyun, 2022
1852

İyunun 2-də axşam saat 19:46-da Toplum TV-də yayımlanan "Toplumda debat" verilişinə kibermüdaxilə edilib.

"Toplumda debat"ın budəfəki qonağı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli olub. 

Onunla gündəmin aktual mövzuları müzakirə edilib. 

Müdaxilə nəticəsində canlı yayım "Yutub"da dayanıb, lakin texniki heyət bir neçə dəqiqədən sonra canlı yayımı yenidən bərpa edib.

Toplum TV-nin sosial media mütəxəssisləri bildiriblər ki, müdaxilə sünidir və efirin dayandırılması məqsədilə edilə bilər.

Oxşar hadisə 2021-ci ilin noyabrın 2-də də qeydə alınıb. 

Həmin efirdə də AXCP sədri Əli Kərimli qonaq olub. 

Kiberhücum nəticəsində veriliş Toplum TV-nin "Feysbuk" səhifəsindən silinmişdi, səhifənin adı isə dəyişdirilmişdi. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya mədəniyyəti tədbirləri ləğv edilib

30 İyun 2025

Foto: Açıq mənbə

Azərbaycanda Rusiya dövlət və özəl müəssisələrinin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar və sərgilər ləğv edilib.  Bu barədə iyunun 29-da Mədəniyyət Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, qərara səbəb Rusiyanın Yekaterinburq vilayətində azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən “nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter  almasıdır”.  Bundan əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bu günlərdə Azərbaycana nəzərdə tutulan səfərinin ləğv olunduğu xəbəri də yayılmışdı.  İyunun 27-də Yekaterinburqda Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatı nəticəsində iki azərbaycanlı öldürülüb, ikisi isə yaralanıb. Ümumilikdə doqquz azərbaycanlının...
Siyasət

Akif Qurbanovdan Ramil Babayevə doğum günü təbriki

29 İyun 2025

Foto: Toplum TV

III Respublika Platformasının spikeri Akif Qurbanov təcridxanadan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşı Ramil Babayevin doğum gününü təbrik edib:  Doğum günün mübarək, dəyərli Ramil bəy! Bu dəmir barmaqlıqlar, qalın divarlar sənin azadlığını əlindən ala bilər, amma inamını, səsini, haqqın tərəzisində ucalan vicdanını yox... Sən gəncsən – gənc, amma düşüncələrin qocaman bir xalqın yükünü daşıyacaq qədər yetkindir. Bu torpağın əsl neməti, haqsızlığa susmayan, dəyərlərinə sadiq, insan haqlarına bağlı, millətin azad sabahını yazmağa gəlmiş gənclərindənsən. Səninlə eyni taleyi, eyni məkanı, eyni məhrumiyyətləri paylaşırıq. Amma ən çox bir amalı bölüşürük: Azad, ədalətli və ləyaqətli bir Azərbaycan arzusu! Sənin hər bir sözündə qətiyyət, hər bir baxışında...

Seçilmiş Videolar

Toplum TV loqo