Siyasət

Məhkəmə Əli Kərimlinin mühafizəçisinə hökm oxudu

17 İyun, 2021
1911

Rferl

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü, partiya sədri Əli Kərimlinin mühafizəçisi Ruslan Əmirova 4 il şərti cəza verilib. O, 2020-ci il iyulun 14-dən 15-nə keçən gecə Bakıda Orduya dəstək yürüşündə baş verən hadisələrdə (bir qrup şəxsin parlamentin binasına daxil olması, polis maşınının aşırılması və s.) təqsirkar hesab edilib.

İyunun 17-də Səbail rayon Məhkəməsində hakim Azər Tağıyev bu barədə hökm çıxarıb.

Hökmdən öncə son sözünü deyən Əmirov özünü təqsirli bilməyib. İttihamların əsassız olduğunu, heç bir qanunsuz addım atmadığını və yürüşdə iştirak etməklə orduya dəstək verən on minlərlə vətəndaşdan biri olduğunu vurğulayıb. Əmirovun fikrincə, onun cinayət məsuliyyətinə cəlb olunmasının səbəbi siyasi fəaliyyətidir.

Vəkili Bəhruz Bayramov da deyir ki, məhkəmə istintaqı boyunca müvəkkilinin Milli Məclisə daxil olması və ya başqa qanunsuz addımını təsdiqləyən heç bir sübut ortaya qoyulmadı.

Vəkil məhkəmənin hökmündən sonra "AzadlıqRadiosu"na bildirib ki, apellyasiya şikayəti veriləcək.

"Bütün bunlar mənasız söz yığınıdır. Bir cümlə ilə yazmaq lazım idi ki, AXCP-də olduğuna, Əli Kərimlinin yanında olduğuna görə cəzalandırırıq, vəssalam...", - bunu isə haqqındakı hökmə münasibət bildirən Əmirov deyib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Almaniya kansleri: Ukraynaya verilən silahlar üçün artıq məsafə məhdudiyyəti yoxdur

27 May 2025

Foto: Reuters

Qərb ölkələri Ukraynaya verilən silahlarla bağlı tətbiq edilən atəş məsafəsi məhdudiyyətlərini götürüb.  Bu barədə Almaniya kansleri Fridrix Merts mayın 26-da Almaniya ictimai televiziyasına müsahibəsində deyib.  "Artıq Ukraynaya təhvil verilmiş silahlarla bağlı heç bir məsafə məhdudiyyəti qalmayıb — nə britaniyalılar, nə fransızlar, nə biz, nə də amerikalılar tərəfindən. Bu o deməkdir ki, Ukrayna, məsələn, Rusiyadakı hərbi mövqelərə hücum edərək özünü müdafiə edə bilər. Bir müddət əvvəl bu mümkün deyildi... İndi isə mümkündür”, - o bildirib.  Mertsin açıqlamasına münasibət bildirən Kreml sözçüsü Dmitri Peskov məsafə məhdudiyyətlərinin ləğvi qərarının “çox təhlükəli” olduğunu və Ukrayna ilə “siyasi həllə nail olmaq səylərimizə zidd getdiyini” deyib. ...
Siyasət

Azərbaycan XİN: “Qərbi Azərbaycan insan haqları məsələsidir”

26 May 2025

Foto: president.az

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 26-da Yerevanda beynəlxalq forumda çıxışı zamanı Qərbi Azərbaycan mövzusuna toxunub.  O deyib ki, müasir Ermənistan Respublikası ərazisində Qərbi Azərbaycan ola bilməz.  Paşinyan bunu ATƏT-in Minsk qrupunun buraxılması mövzusu çərçivəsində deyib.  O bildirib ki, ölkəsi Minsk qrupunun buraxılmasına razıdır, lakin əmin olmalıdır ki, Azərbaycan da “situasiyanı oxşar şəkildə oxuyur”.  “Biz əmin olmaq istəyirik ki, Azərbaycanın niyyəti öz ərazisindəki münaqişəli vəziyyəti bağlamaq və bunu Ermənistan ərazisinə ixrac etmək deyil. Niyə bunu deyirik? Bildiyiniz kimi, son illərdə təəssüf ki, Azərbaycan Ermənistanın suveren ərazisinin təxminən 60%-ni “Qərbi Azərbaycan” adlandırmağa başlayıb. Bu məsələdə mövqeyimizi dəfələrlə bildirmişik ki, Ermənistanın suveren...

Seçilmiş Videolar

slide 3 of 6

Davamlı Mövzular

slide 7 to 10 of 8
Toplum TV loqo