Siyasət

Ermənistan Azərbaycana hava məkanını açdı, bəs Azərbaycan? - "Bu cür yeniliklər yeni dövrün başlanğıcı ola bilər"

15 sentyabr, 2021
3791

Rəsmi səhifə

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz hansı məntiqlə  hava məkanımızı onun üçün açmalıyıq?” 

Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycan-Ermənistan arasında hava məkanının açılması ehtimalları ilə bağlı “Toplum TV”-yə danışarkən belə deyib. 

“Ankara və Bakı Yerevandan xoş niyyət jestinə cavab verməyə tələsmir. Ermənistan hava məkanını qonşu dövlətlərə açsa da Türkiyə və Azərbaycan oxşar addımı atmadı”. 

Bu məlumat isə sentyabrın 13-də "Sputnik Ermənistan"da yayımlanan məqalədə yer alıb. Müəllif Artyom Yerkanyanın yazdığına görə, diplomatik münasibətlərin olmamasına baxmayaraq, Türkiyə təyyarələri həmişə Ermənistan üzərindən uçub və Yerevan heç vaxt buna müdaxilə etməyib. Amma Türkiyə heç bir səbəb olmadan, dəfələrlə Ermənistanda qeydiyyatdan keçmiş təyyarələr üçün hava məkanını bağlayıb. 

Yazıda qeyd olunur ki, keçən il iyulun 24-də Türkiyə Ermənistanın tranzit texniki uçuşuna icazə verməkdən imtina edib. Sentyabrın 9-da isə Türkiyə gözlənilmədən Ermənistanda qeydiyyatdan keçmiş bütün təyyarələrin öz hava sahəsinə girişini qadağan edib. 

"Flight Radar" resursunun məlumatına görə, bu ilin sentyabrın 4-də "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsi Ermənistanın hava məkanı vasitəsilə Gəncədən Naxçıvana uçuş yerinə yetirib. 

TK326 reysi üzrə saat 9:57-də Gəncədən havaya qalxan təyyarə saat 10:32-də Naxçıvana eniş edib. Məlumata görə, təyyarə Göyçə gölü və Göyçə vilayəti üzərindən uçuş icra edib. 

AZAL-ın açıqlamasında isə deyilir ki, uçuş Beynəlxalq Mülki Aviasiya Təşkilatının hava nəqliyyatı ilə bağlı qaydaları çərçivəsində baş tutub. 

Fəzail Ağamalı - Sosial Media

Ermənistan hava məkanını Azərbaycana açandan sonra Azərbaycanda da eyni addımı ata bilərmi? 

Milli Məclisin deputatı Fəzail Ağamalı deyir ki, hazırkı məqamda bu mümkün deyil: “Azərbaycan Ermənistan üçün hava məkanını o zaman açmalıdır ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısın və sülh müqaviləsinə imza atsın. Düşmən ölkə Azərbaycanın ərazi bütövlüyünü tanımırsa, biz hansı məntiqlə  hava məkanımızı Ermənistan üçün açmalıyıq? Mən bu məntiqi qəbul etmirəm”.  

Digər deputat Razi Nurullayev də iki ölkə arasında hava məkanının açılması üçün Ermənistanın bəzi öhdəlikləri yerinə yetirməli olduğunu vurğulayır: “Əgər Ermənistan Azərbaycanla əməkdaşlıq etmək  və kommunikasiyaların açılması üçün danışıqlara başlamaq istəyərsə, bunun üçün Azərbaycan torpaqlarına olan iddialarından əl çəkməli, Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı planlarına maneçilik törətməməli, o cümlədən 10 noyabr bəyanatının müddəalarına əməl etməlidir. O zaman bu məsələ gündəmə gələ bilər. Hazırkı məqamda isə mən bunun üçün ciddi əsas görmürəm. Ermənistan hələ də Azərbaycanla ultimatum dilində danışır, 10 noyabr razılaşmasının müddəalarını pozur”.  

Razi Nurullayev - Rəsmi səhifə

Millət vəkili Türkiyə-Ermənistan hava sərhədləri ilə bağlı isə fərqli düşünür: “Türkiyə ilə Ermənistan arasında hava sərhədlərinin açılması bizim üçün o mənada yaxşı ola bilər ki, Ermənistana qarşı təzyiq mexanizmləri işə düşsün və onu müəyyən məsələlərdə razılığa gətirmək mümkün olsun. Bu həm də Azərbaycanın haqq işinin Ermənistan tərəfindən qəbul olunması üçün əsas yarada bilər. Amma Azərbaycan tərəfindən sərhədlərin açılaraq Ermənistana peşkəş edilməsi və ermənilərə şərait yaradılması üçün onlar tərəfindən bizə verilən hansısa stimul yoxdur”.  

İqtisadçı Natiq Cəfərli isə iki ölkə arasındakı hava yollarının açılmasının faydalı olacağı qənaətindədir: “Azərbaycan və Ermənistan arasında kommunikasiyaların açılması və ümumiyyətlə münasibətlərin normallaşması üçün Azərbaycan tərəfi də təklif verib. Danışıqlar çərçivəsində hava məkanının açılması yönündə addımların atılmasını müsbət qarşılamaq lazımdır, bu cür yeniliklər hər iki ölkə üçün yeni dövrün başlanğıcı ola bilər. Ermənistan tərəfindən uçuşların təhlükəsizliyi, hava məkanından istifadə ilə bağlı zəmanətlər verilərsə, Azərbaycan və Türkiyə də buna bənzər addımlar ata bilər.

Ümumilikdə bölgəmizdə sülh və əmin-amanlığın bərpası üçün gələcəkdə sülh müqaviləsinin bağlanması, kommunikasiyaların açılması kimi addımlar müsbət dəyərləndirilməlidir”. 

Razi Nurullayev - Sosial Media

Ekspert deyir ki, sözügedən məsələnin həm Azərbaycan, həm də Ermənistan üçün faydaları olacaq: “Hava marşrutlarının açılması iqtisadi cəhətdən sərfəlidir, amma əsas məsələ gələcəkdə normallaşma və psixoloji sərhədlərin aşılması yolunda dəstək olmasıdır”.  

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 
 
Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan 10 noyabr razılaşmasına əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.
 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Mütəşəkkil dəstə”dən penitensiar sistemin rəhbərliyinə: ‘Məhbusların həyatına görə məsuliyyəti kim daşıyır?’

4 noyabr 2026

sosial media

“Toplum TV işi” üzrə həbs olunanlardan Demokratik Təşəbbüslər İnstitutunun əməkdaşları Əli Zeynal, İlkin Əmrahov, Ramil Babayev və jurnalist Fərid İsmayılov penitensiar müəssisələrdə tibbi xidmətin təşkili ilə bağlı açıq məktub ünvanlayıblar. Özlərini “Mütəşəkkil dəstə” aldandıran müraciət müəllifləri penitensiar sistemdə tibbi kadr çatışmazlığının, gecə saatlarında təcili tibbi yardıma çıxışın və tibbi avadanlıqlardan istifadənin problem olaraq qaldığını bildirirlər. “Toplum TV işi” üzrə 13 il azadlıqdan məhrum olunan Ramil Babayev həm Bakı İstintaq Təcridxanasında (BİT), həm də Umbakı Penitensiar Müəssisəsində (PM) keçirdiyi aclıq aksiyalarında məhbuslara göstərilən tibbi xidmətin keyfiyyətinin artırılmasını tələb etdiyini bildirib. Babayevin sözlərinə görə, Umbakı PM-də aclıq etdiyi dövrdə Ombudsman Aparatının əməkdaşları...
Siyasət

Gələn il azad edilmiş ərazilərin bərpasına 3,4 milyard manat ayrılacaq

4 noyabr 2026

sosial media

2027-ci ildə işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 3 milyard 422 milyon manat ayrılması nəzərdə tutulur. APA-nın məlumatına görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılan “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün ümumilikdə 5,3 milyard manat nəzərdə tutulub. Bu məbləğin 3,4 milyard manatdan çoxunun işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdış proqramının icrasına, şəhər və kəndlərin yenidən qurulmasına, eləcə də infrastrukturun yaradılmasına yönəldilməsi planlaşdırılır. Digər investisiya xərcləri üçün isə 1,9 milyard manat ayrılması proqnozlaşdırılır. Ayrılacaq...

Seçilmiş Videolar

Toplum TV loqo