Siyasət

İlham Əliyev: "Bizim ölkə daxilində heç bir siyasi qurumla problemimiz yoxdur"

5 Mart, 2021
3029

president.az

"Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar arasında, - bir siyasi, özünü siyasi qurum adlandıran antimilli şuranı əgər biz istisna etsək, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub". 

Bunu martın 5-də Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı çıxışında deyib. 

Prezident ümummilli məsələlərdə siyasi təşkilatlar arasında fikir ayrılığının olmadığını irəli sürüb: 

"Biz buna nail olduq. Qısa müddət ərzində yenə də sadəcə olaraq baxdıq ki, hansı fundamental ziddiyyətlər var. Harada biz, necə deyərlər, bir-birimizlə razılığa gələ bilmirik. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir".

İlham Əliyev çıxışında növbəti dəfə antimilli ünsür adlandırdığı siyasi kəsimi də kəskin tənqid edib:

"Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki, ölkəmizin gələcək siyasi sistemi üçün, siyasi sisteminin təkmilləşməsi üçün bunun böyük əhəmiyyəti var. Yeni Azərbaycan Partiyasının nümayəndələrini də, üzvlərini də buna necə deyərlər fikir verməyə çağırıram ki, bizim ölkə daxilində heç bir siyasi qurumla heç bir problemimiz yoxdur. Antimilli ünsürlərlə əlbəttə ki, biz heç vaxt bir masa arxasında otura bilmərik, çünki onlar satqınlardır, xaindirlər. Onlar təlimatları xaricdən alırlar. Onların emissarları xarici paytaxtlarda oturublar. Oradan pul alırlar bura göndərirlər, camaatı çaşdırmaq üçün, onlar bizim şanlı Qələbəmizə kölgə salmaq istəyirlər. Onlar Paşinyanı bizə nümunə gətirirdilər, onu təmiz adam adlandırırdılar, onu demokrat adlandırırdılar. Deyirdilər ki, kaş ki, Azərbaycanda da belə bir lider olaydı. Həmin bu demokrat bütün müxalifəti həbs etdirdi. Əgər 27-si sentyabrda müharibə başlamasaydı o, onları heç buraxmazdı. Əsas müxalifət partiyasının liderini müharibədən bir neçə gün əvvəl həbs etdi. Cinayət işləri. İndi özünü orada bir müxalifət lideri adlandıran bir adam var, o da keçmişdən qalan naftalindən çıxarıblar onu, onu da indi çağırıblar, ona da ölkədən çıxmağa qadağa qoyublar. Budurmu demokratiya? İndi Qərb buna göz yumur o öz yerində. Qərb artıq bu demokratiya məsələləri ilə bağlı özünü tam ifşa edib. Yəni, artıq heç bir ikinci fikir ola bilməz. Ona göz yumur, o təbiidir. Amma bizim bu dırnaqarası “demokratlar” indi niyə susurlar? İndi niyə demirlər ki, Paşinyan bizə nümunə olmalıdır. Gəlsin desin. Öz zibilini yalasın. Adam qalmayıb Ermənistanda ki, onu lağa qoymasın. Hansısa adlar veriblər indi özləri bilərlər. Bunu bizə nümunə gətirirdilər. Nə üçün? Çünki oradan, mərkəzdən, onların mərkəzindən təlimat almışdılar. Məqsəd nə idi? Məqsəd Azərbaycanı qarışdırmaq, Azərbaycanı çökdürmək, Azərbaycan rəhbərliyini hörmətdən salmaq, çirkin uydurmalar, iftiralar, yalançı məqalələr yazdırmaq - hamısı bizim gözümüzün qabağındadır. Biz bunları unutmamışıq. Bizi əsas vəzifəmizdən çəkindirmək ki, başımız qarışsın, başımız qarışsın daxili çəkişmələrə, başımız qarışsın bax bu əsassız ittihamları yalanlamağa, əsas vəzifədən bizi çəkindirsin ki, işğal edilmiş torpaqlar əbədi ermənilərin əlində olsun. Bu idi məqsəd. Bu gün antimilli şurada cəmləşən milli satqınlar da bu məqsədi güdür. Bizim şanlı ordumuzun Qələbəsinə kölgə salmaq istəyənlər də bu məqsədi güdür. Onlar kimi iyrənc bəlkə də Azərbaycan tarixində insanlar olmayıb. Amma bütün digər siyasi qurumlarla biz əməkdaşlıq edirik və edəcəyik".


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İran XİN: “Azərbaycan xalqının hicab məsələsində məsləhətə ehtiyacı yoxdur”

21 Oktyabr 2026

sosial media

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda hicab məsələsinin qarşılıqlı anlayış və dini hüquqlara hörmət əsasında həllinə çağırıb. Bəqai bu mövqeyi Azərbaycanda hakimiyyətə yaxın medianın Türkiyənin məsələyə münasibətini tənqid etdiyi bir vaxtda səsləndirib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan mövzu ilə bağlı açıq açıqlama verməsə də, onun baş müşaviri Oktay Saral Azərbaycanda hicablı məktəbli qızlara və müəllimlərə tətbiq olunan məhdudiyyətləri tənqid edib. Son həftələr Azərbaycanda məktəblərdə hicab qadağasına etirazlar keçirilir. Etirazlar xaricdə, xüsusilə Türkiyədə, eləcə də Azərbaycanın səfirlik və konsulluqları qarşısında da təşkil edilib. Oktyabrən 20-də mətbuat konfransında çıxış edən Bəqai Tehranla Bakı arasındakı uzunmüddətli dostluq və qardaşlıq münasibətləri olduğunu...
Siyasət

Vəkil: “Həbsdə saxlanılan bir sıra şəxsin təcili tibbi yardıma ehtiyacı var”

21 Oktyabr 2026

Toplum TV

Vəkil Zibeydə Sadıqova həbsdə saxlanılan bir sıra şəxsin səhhətində ciddi problemlərin olduğunu və onların təcridxana, yaxud cəzaçəkmə müəssisələrində zəruri tibbi yardım ala bilmədiyini deyir. Vəkil bu barədə sosial media hesabında məlumat yayıb. Sadıqova bildirir ki, təcili tibbi yardıma ehtiyacı olan şəxslər arasında “Toplum TV işi” üzrə həbsdə olan media eksperti Ələsgər Məmmədli, “Toplum TV”nin jurnalisti Fərid İsmayılov və ResPlatformanın qurucu heyət üzvü Ruslan İzzətli var. Vəkil siyahıda həmçinin “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş, “Arqument.az” saytının rəhbəri Şəmşad Ağa, “Abzas Media”nın direktoru Ülvi Həsənli, eləcə də sülh fəalı və tədqiqatçı Bəhruz Səmədovun adını çəkir. Sadıqova xatırladır ki, Aynur Elgünəş şiş...

Seçilmiş Videolar

Toplum TV loqo