Mədəniyyət nazirinin işdən azad olunan birinci müavini məsuliyyətə cəlb edildi
Açıq mənbələrdən götürülüb
Bir neçə gün əvvəl istintaqa cəlb olunan mədəniyyət nazirinin sabiq birinci müavini Elnur Əliyev barəsində qətimkan tədbiri seçilib.
APA xəbər verir ki, Elnur Əliyev Cinayət Məcəlləsinin 179.4-cü (Xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə məsuliyyətə cəlb edilib. Onun barəsində yaşayış yerini tərk etmək hüququnu məhdudlaşdıran qətimkan tədbiri seçilib.
*
11:33
Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı zamanı həbs edilən Mədəniyyət Nazirliyinin Təchizat və əmlak şöbəsinin müdiri İlkin Nəsibovun nədə ittiham olunması məlum olub.
APA-nın məlumatına görə, İlkin Nəsibov xüsusilə külli miqdarda mənimsəmədə ittiham olunur.
O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunur və barəsində Səbail rayon Məhkəməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
https://toplum.tv/sosial/sabiq-nazir-fazil-memmedov-vefat-edib
Əməliyyat zamanı mədəniyyət nazirini birinci müavini Elnur Əliyev də istintaqa cəlb olunub. Elnur Əliyev dünən Prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad olunub. Onun barəsində hansısa qətimkan növünün seçilməsi ilə bağlı məlumat yoxdur.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
İctimai fəal polis bölməsində cinsi qısnamaya məruz qaldığını deyir: "Həbslə hədələnirəm"
Portağal Media
IDI hesabat yayıb: “Toplum TV işi” üzrə məhkəmə prosesi ciddi ədalətsizliklərlə müşayiət olunub
Toplum TV
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar
Ələsgər Məmmədli Ombudsmana: “Apellyasiya Məhkəməsində silsilə hüquq pozuntularına yol verilir”