Foto: SBS News
Avstraliya İranı ölkədə baş verən antisemit hücumların təşkilində ittiham edərək İran səfirinə ölkədən çıxmağı əmr edib.
"Persona non qrata" elan edilən səfir Əhməd Sadiqi və səfirliyin üç əməkdaşına Avstraliyanı tərk etmək üçün bir həftə vaxt verilib.
Avstraliyanın baş naziri Entoni Albaniz mətbuat konfransında bildirib ki, qərara səbəb ölkə kəşfiyyatının İranın Sidney və Melburn şəhərlərində antisemit hücumlar təşkil etdiyi barədə nəticəyə gəlməsi olub.
Onun sözlərinə görə, hücumlardan biri ötən ilin ilin oktyabrında Sidneydə yəhudi kafesində baş verən yanğın hadisəsi olub və bunun arxasında Tehran dayanıb. Digər hücum isə həmin ilin dekabrında Melburnda sinaqoqda baş verən yanğın aktı olub.
"Bunlar Avstraliya torpağında yad bir ölkə tərəfindən təşkil edilən təhlükəli təcavüz aktlarıdır. Bunlar cəmiyyətimizdə sosial birliyi pozmaq və nifaq salmaq cəhdləri idi. Bu, tamamilə qəbuledilməzdir", - baş nazir deyib.
Albaniz əlavə edib ki, Avstraliya İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanımağa hazırlaşır.
Avstraliya, həmçinin, İrandakı səfirini geri çağırıb və səfirliyin Tehrandakı fəaliyyəti dayandırılıb.
Bu, İkinci Dünya Müharibəsindən bəri Avstraliyanın səfiri ölkədən qovduğu ilk hadisədir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplummedia.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplum.media/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi bizə göndərin: info@toplum.tv
Foto: açıq mənbə
Foto: mod.gov.az
Bəhruz Səmədov: “Sülh müqaviləsi bağlanır, niyə məni azad azadlığa buraxmırlar?”
“Sərhədsiz Reportyorlar” həbsdə olan jurnalistlər üçün “sərinkeş kampaniyası”na başlayıb
Hafiz Babalı: Mediamız natəmiz məlumatlarla çirkləndirilir
İlham Əliyev Vaşinqton görüşündən sonra siyasi yumşalmaya gedəcəkmi?
Britaniya Eldar Mahmudovun ailəsinin sərvətini “səhlənkar” yoxlayan vəkili cəzalandırıb