Siyasət

Azərbaycanı dəstəkləyən siyasi şərhçi Rusiyada "xarici agent" elan olunub

26 Avqust, 2025
67

Foto: RIA Novosti

Rusiyanın tanınmış hökumətyönlü siyasi şərhçisi Sergey Markov öz ölkəsində “xarici agent” elan edilib. 

"Xarici agent"lərin reyestrini aparan Rusiya Ədliyyə Nazirliyi bildirib ki, Markov siyahıya “xarici agent” və ya “arzuolunmaz” elan olunmuş şəxslərin və təşkilatların məlumatlarını yaratmaq və yaymaq, həmçinin xarici media orqanlarına müsahibələr verdiyinə görə salınıb.

Rusiya 2012-ci ildə “xarici agentlər” haqqında qanunu qəbul edib və bu qanun geniş şəkildə müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təzyiq vasitəsi kimi qiymətləndirilir.

Markov "Telegram" kanalında özünü müdafiə edərək, bu qərarın "The Washington Post" da daxil olmaqla Qərb mediasında ondan sitat gətirilməsi ilə bağlı ola biləcəyini iddia edib.

“Mən "xarici agent" deyiləm. Bunu hamı yaxşı bilir. 25 ildir ki, Vladimir Putinin siyasətini dəstəkləyirəm və dəstəkləməyə davam edirəm. Mən, həmçinin, Kanada sanksiyaları altındayam”, – Markov yazıb.

Ukraynaya qarşı tammiqyaslı işğalı qətiyyətlə dəstəkləyən Markov, eyni zamanda, Rusiya mediasında ardıcıl olaraq Azərbaycanı müdafiə etməsilə tanınır. 

Bu ilin əvvəlində Markov Azərbaycanda keçirilən qlobal media forumunda iştirak edib və Azərbaycan prezidenti İlham Əliyevi “çox müdrik” və “müasir dünyanın ən təcrübəli liderlərindən biri” adlandırıb. 

Markovun bu açıqlamaları Rusiyada digər hökumətyönlü təbliğatçılar tərəfindən ciddi mənfi reaksiyalara səbəb olmuşdu.

Forumdan qısa müddət sonra tanınmış Kreml təbliğatçısı Vladimir Solovyov bəyan etmişdi ki, Markovu artıq Rusiya xəbər proqramlarına dəvət etmək olmaz və o, “xarici agent” kimi tanınmalıdır.

Rusiya və Azərbaycan arasında münasibətlər ötən ilin dekabrın 25-də AZAL təyyarəsinin qəzaya uğramasından sonra pisləşib. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin Rusiya ordusu tərəfindən vurulduğunu iddia edib. 

Bu ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplummedia.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplum.media/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi bizə göndərin: info@toplum.tv

Siyasət

Gürcüstan hökuməti 7 QHT-nin bank hesablarını dondurub 

28 Avqust 2025

Foto: açıq mənbə

Tbilisi Şəhər Məhkəməsi Gürcüstan Baş Prokurorluğunun yeddi vətəndaş cəmiyyəti təşkilatının bank hesablarının dondurulması ilə bağlı vəsatətini təmin edib.  Baş Prokurorluq həmin təşkilatların hökumət əleyhinə davam edən etiraz aksiyalarının ilkin mərhələsində zorakılığın təşviqinə şərait yaratdıqlarını iddia edib. Hədəf alınanlar arasında Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED), Vətəndaş Cəmiyyəti Fondu, İnformasiya Azadlığının İnkişafı İnstitutu (IDFI), Sosial Ədalət Mərkəzi (SJC), Sapari, Gürcüstan Demokratik Təşəbbüsü (GDI) və Demokratiya Müdafiəçiləri qeyri-hökumət təşkilatları (QHT) var. Baş Prokurorluq bu cəza tədbirinin "təxribat, təxribat cəhdi və düşmən fəaliyyətinə kömək"  ittihamlarını əhatə edən daha geniş cinayət işinin tərkib hissəsi kimi tətbiq edilməsini tələb edib. İstintaq fevral ayında hökumətyönlü...
Siyasət

OCCRP: Azərbaycan Belarusdan aldığı silahlarla erməni dronlarını məhv edib

28 Avqust 2025

Foto: mod.gov.az

Azərbaycan Belarusdan aldığı havadan müdafiə sistemi ilə İkinci Qarabağ Müharibəsi zamanı erməni dronlarını məhv edib.  Bu barədə Mütəşəkkil Cinayət və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) avqustun 26-da dərc etdiyi məlumatda bildirilir. Xəbərə əsasən, Belarusun özəl silah istehsalçısı olan "Tetraedr" şirkəti Azərbaycanı zenit-raket sistemlərini modernləşdirməyə imkan verən avadanlıq və xidmətlərlə təmin edib. Bu məlumat OCCRP və tərəfdaşları – Ermənistanda "Hetq" saytı və mühacirətdə olan belaruslu jurnalistlərin yaratdığı "Buro Media" tərəfindən əldə edilən, şirkətə məxsus eksklüziv fayllarda öz əksini tapıb.  "Tetraedr"in bir daxili hesabatında qeyd olunur ki, Azərbaycan tərəfindən alınan hava hücumundan müdafiə sistemi 44 günlük müharibə zamanı Ermənistan dronlarının məhv edilməsində “fəal...

Seçilmiş Videolar

Toplum TV loqo