Siyasət

Ermənistandan olan nümayəndə heyəti quru yolu ilə Azərbaycana gəlib 

10 Aprel, 2026
250

Azərtac

Ermənistandan olan nümayəndə heyəti quru yolu ilə Azərbaycana səfərə gəlib.

"Azərtac"ın xəbərinə görə, onlar 10-12 aprel tarixlərində azərbaycanlı həmkarları ilə birlikdə “Sülh Körpüsü Təşəbbüsü" çərçivəsində keçiriləcək dəyirmi masa tədbirində iştirak edəcəklər. 

19 nəfərdən ibarət nümayəndə heyətində qeyri-hökumət təşkilatlarının rəhbərləri, jurnalistlər, ekspertlər və başqa ictimai fiqurlar var. 

Erməni nümayəndə heyəti Azərbaycana Ermənistanla quru sərhədinin delimitasiya və demarkasiya olunmuş sahəsində pasport yoxlanışından keçməklə daxil olub. 

Tədbirdə müzakirələrin cəmiyyətlər arasında sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunacağı gözlənilir. 

“Sülh Körpüsü” çərçivəsində ilk görüş ötən il oktyabrın 22-də, Azərbaycandan olan QHT rəhbərlərinin Yerevana səfəri ilə baş tutub. Noyabrda isə Ermənistandan olan heyət təyyarə ilə Bakıya səfər edib.

Bu ilin fevralında isə Azərbaycandan olan heyət Azərbaycanın Aşağı Əskipara kəndi ilə Ermənistanın Voskepar kəndi arasında delimitasiya və demarkasiya olunmuş quru sərhədindən keçməklə Ermənistana daxil olub və Tsaxkadzor şəhərindəki tədbirdə iştirak edib. 

Daha öncə “Toplum TV”-yə danışan təhlilçilər Azərbaycandakı müstəqil vətəndaş cəmiyyəti üzvlərinin bu prosesdən kənarda qalmasına işarə edərək, prosesin dövlətlər tərəfindən monopoliyaya alınmasını tənqid ediblər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...
Siyasət

Ağaəli Yəhyayevin ailəsi: “Hicabla bağlı müraciətindən sonra onunla əlaqə saxlaya bilmirik”

30 Oktyabr 2026

sosial media

Müsəlman Birliyi Hərəkatının həbsdə olan üzvü Ağaəli Yahyayevin ailəsi 8 gündür onunla telefon əlaqəsi saxlaya bilmədiyini bildirir. Bu barədə oktyabrın 30-da onun yaxınları sosial mediada məlumat yayıblar. Onların sözlərinə görə, Ağaəli Yəhyayev oktyabrın 22-də zəng edərək hicablı şagird və müəllimələrin məktəblərə buraxılmamasına etirazını ifadə edən müraciətini göndərib. Yaxınları həmin vaxtdan sonra onun telefonla əlaqə saxlamasına imkan verilmədiyini bildirirlər. Yəhyayev müraciətində hicabı “qırmızı xətt” adlandırıb: “Hicab bizim evimizin içinə girmək deməkdir. Bu gün bizim evimizin içinə girənlər sabah nələr etməzlər. Bu, artıq durulmalı və dayanılmalı olan bir nöqtədir. Öz haqqımızdan keçərik, amma hicabdan keçmərik”. O, həmçinin yaxın günlərdə “ciddi addım atılmasa”,...

Seçilmiş Videolar

Toplum TV loqo