Siyasət

Hicab qadağasına etiraz edən məhbusun intihara cəhd etdiyi deyilir

2 Noyabr, 2026
24

açıq mənbə

Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü Yavər İsmayılzadənin saxlanıldığı 1 saylı Cəzaçəkmə Müəssisəsində zorakılığa məruz qaldığı və buna etiraz olaraq intihara cəhd etdiyi bildirilir. 

Bu barədə "Meydan TV" məhbus ailələrinə istinadən məlumat yayıb. 

Məlumata görə, Y.İsmayılzadə Azərbaycanda hicablı şagird və müəllimlərin məktəblərə buraxılmamasına etiraz olaraq oktyabrın 14-də aclıq aksiyasına başlayıb və həmin gün cərimə kamerasına ("karser") salınıb. Mənbələr bildirib ki, fəal aclığı dayandırmadığına görə son bir həftədə iki dəfə həbsxana işçiləri tərəfindən fiziki zorakılığa məruz qalıb və hər iki hadisədən sonra özünə xəsarət yetirib. 

Y.İsmayılzadənin hazırda harada saxlanıldığı və səhhəti ilə bağlı dəqiq məlumat yoxdur. Penitensiar Xidmət iddia ilə bağlı açıqlama verməyib. 

Y.İsmayılzadə 2023-cü ilin martında - Azərbaycanda inanclı fəalların kütləvi həbs olunduğu dövrdə saxlanılıb. Həmin ilin noyabrında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu narkotik ittihamı ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edib. 

Bu, Y.İsmayılzadənin ikinci həbsidir. O, daha öncə 2018-ci ildə Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd cəhdindən sonra həbs olunub. 2019-cu ilin mayında Gəncə Ağır Cinayətlər Məhkəməsi onu 9 il müddətinə azadlıqdan məhrum edib. 

Həmin ilin avqustunda apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirib. Fəal 2022-ci ilin mayında prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılıb. 

Y.İsmayılzadə barəsindəki ittihamları rədd edib. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İnanclı məhbus Fərid İsmayılova danışıb: “Hökumət bayraqdakı yaşıl rəngi soldurmaq istəyir”

2 Noyabr 2026

Toplum TV

“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində hicablı şagird və müəllimlərin məktəbə buraxılmamasına etiraz olaraq bir sıra inanclı məhbusun aclıq aksiyasına başladığını bildirir. F.İsmayılovun sözlərinə görə, həbsxanada 10-a yaxın inanclı məhbus aclığı davam etdirir. “Toplum TV” jurnalistin yazısını olduğu kimi təqdim edir. “Oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ölkə həbsxanalarından etirazlarla qarşılandı. Umbakı Penitensiar Müəssisəsində bu etirazlar hələ bir neçə gün əvvəl - oktyabrın 8-dən başlamışdı. Günorta namazlarından sonra hicaba qadağaların olacağı ilə bağlı məlumatlar yayılırdı. Digər məhbuslarla əlaqəm məhdudlaşdırılsa da, bu qərara etiraz edənləri görmək və danışmaq imkanım oldu....
Siyasət

“Amnesty International” Bəhruz Səmədovun azadlığa buraxılmasına çağırıb

30 Oktyabr 2026

sosial media

“Amnesty International” insan haqları təşkilatı Azərbaycanda həbsdə olan akademik tədqiqatçı və sülh fəalı Bəhruz Səmədovun işgəncə və digər pis rəftar riski ilə üzləşdiyini bildirərək onun dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb. Təşkilat oktyabrın 26-da yaydığı bəyanatda Səmədovun iki aydır Umbakı həbsxanasında təkadamlıq kamerada saxlanıldığını və zəruri tibbi yardımdan məhrum edildiyini qeyd edib. “Bəhruz Səmədovun həbsdə gördüyü rəftar mümkün işgəncə və digər pis rəftar halları ilə bağlı ciddi narahatlıq doğurur”, - bəyanatda deyilir. Təşkilatın məlumatına görə, Səmədovun görmə qabiliyyəti zəifləsə də, ona bir aydan artıq müddətdə təyin olunmuş dərmanlar verilməyib və oftalmoloji yardım göstərilməyib. Bəyanatda onun qaranlıq, dar kamerada, həbsxana həyətinə...

Seçilmiş Videolar

Toplum TV loqo