İnanclı məhbus Fərid İsmayılova danışıb: “Hökumət bayraqdakı yaşıl rəngi soldurmaq istəyir”
Toplum TV
“Toplum TV işi” üzrə 12 il azadlıqdan məhrum edilən jurnalist Fərid İsmayılov Umbakı Penitensiar Müəssisəsində hicablı şagird və müəllimlərin məktəbə buraxılmamasına etiraz olaraq bir sıra inanclı məhbusun aclıq aksiyasına başladığını bildirir.
F.İsmayılovun sözlərinə görə, həbsxanada 10-a yaxın inanclı məhbus aclığı davam etdirir.
“Toplum TV” jurnalistin yazısını olduğu kimi təqdim edir.
“Oktyabrın 12-dən hicablı şagird və müəllimlərin məktəbə buraxılmaması ölkə həbsxanalarından etirazlarla qarşılandı.
Umbakı Penitensiar Müəssisəsində bu etirazlar hələ bir neçə gün əvvəl - oktyabrın 8-dən başlamışdı.
Günorta namazlarından sonra hicaba qadağaların olacağı ilə bağlı məlumatlar yayılırdı. Digər məhbuslarla əlaqəm məhdudlaşdırılsa da, bu qərara etiraz edənləri görmək və danışmaq imkanım oldu.
Oktyabrın 15-də Vəli Allahverdiyev adlı inanclı məhbusun əlləri arxadan bağlanaraq “kars”a (cərimə kamerası) aparıldığını gördüm. Qısa söhbətimiz zamanı aclığa başladığını bildirdi: “Hicab qadağasına etiraz olaraq aclığa başlamışam. Buna görə də “kars”a aparılır. Zülmə susmaq istəmirəm”.
Oktyabrın 16-da daha bir məhbus - Hüseyn Rzayev aclığa başladığını bildirdi:
“Aclıq kamerasına aparmırlar, deyirlər ki, “kars” ağzınadək doludur. Ona görə də öz kameramda saxlanılıram. Mənim üçün fərqi yoxdur. Hökumət Azərbaycan bayrağındakı yaşıl rəngi soldurmaq istəyir. Məqsəd hicabı, islamı yox etməkdir”.
Bir sıra məhbus aclıq aksiyasını müvəqqəti olaraq dayandırdıqlarını desələr də, hələ də 10-a yaxın inanclı məhbusun aclıq etdiyi deyilir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
açıq mənbə
sosial media
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Həbsdə olan jurnalist hicab qadağasına etiraz olaraq aclığa başlayıb
Hesabat: “Sentyabrda məhkəmə pozuntuları və həbsxana şəraiti ilə bağlı şikayətlər davam edib”
Vəkil: “Hicabla bağlı saxlanılan şəxslə görüşməyə imkan verilmir”
“Toplum TV işi”: Hakimin davranışına etiraz edənlər zaldan çıxarılıblar