İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb
sosial media
İrana bağlı olduğu bildirilən “313 Team” haker qrupu Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Qrup hücumun məktəblərdə hicablı qızlara qoyulan məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib.
Azərbaycan hakimiyyəti isə hücumun “xarici haker qrupu” tərəfindən həyata keçirildiyini açıqlayıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumlar oktyabrın 13-də, təxminən saat 22:00-dan başlayıb.
“Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəfə alan xarici haker qrupu tərəfindən kiberhücum həyata keçirilib”, - qurumun açıqlamasında deyilir.
Rəsmi Bakı hücumun arxasında hansı ölkənin və ya qrupun dayandığını açıqlamayıb.
“313 Team” isə oktyabrın 14-də “Telegram”da yaydığı açıqlamada Azərbaycan hökumətinin rəqəmsal infrastrukturuna aid 47 əsas IP diapazonuna qarşı “genişmiqyaslı və mürəkkəb kiberhücum” başladığını bildirib.
Qrup məktəblərdə hicablı şagirdlərin geyimi ilə bağlı məhdudiyyətlərə dair çoxsaylı şikayət aldıqlarını iddia edib. Hakerlər hücumun 24 saat davam edəcəyini yazıblar.
“313 Team” hücumun gücünün saniyədə 2,5 terabiti keçdiyini, rəsmi dövlət portalı, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin saytları daxil olmaqla hökumət resurslarının fəaliyyətini iflic etdiyini iddia edib. Qrupun məlumatına görə, 1825 dövlət saytı əlçatmaz olub.
Dövlət Xidməti isə hücumun təsirlərinin məhdudlaşdırıldığını və saytların fəaliyyətinin davamlılığının təmin edildiyini bildirib.
Kiberhücum oktyabrın 12-də Azərbaycanda “Instagram” və “TikTok” daxil olmaqla bir sıra sosial şəbəkələrə girişin məhdudlaşdırılmasından sonra baş verib. Məhdudiyyətlər dövlət məktəblərində hicablı şagird və müəllimlərə tətbiq olunan qadağalara qarşı etirazların artdığı dövrə təsadüf edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.
Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv
“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’
sosial media
Məktəblərdə hicab qadağasına etiraz edən AXCP üzvü və qızına cinayət işi açıldığı deyilir
açıq mənbə
Kəlbəcərdə əmək müqaviləsiz işçi çalışdıran şirkət 20 min manat cərimələnib
Bakı və Sumqayıtda məktəblərdə hicablı müəllimlərə qadağa qoyulduğu deyilir
Abgül Süleymanov 30 sutka həbs edilib
Taleh Bağırzadə İlham Əliyev: “Mənə ömürlük verin, həbsdəki qadınları azad edin”
2027-ci ilin büdcə proqnozu: Neft gəlirləri azalır, vergi gözləntiləri artır