Siyasət

Məktəblərdə hicab qadağasına etiraz edən AXCP üzvü və qızına cinayət işi açıldığı deyilir

15 Oktyabr, 2026
21

açıq mənbə

Məktəblərdə hicab məhdudiyyətlərinə etiraz edən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəsimi Rayon Şöbəsinin üzvü Mətanət Turan və qızı Nəzrin Mahmarzayeva barəsində cinayət işi açıldığı bildirilir.
AXCP üzvü Gülnarə Rəhimova “Toplum TV”yə bildirib ki, onlar hicablı şagird və müəllimlərə dəstək məqsədilə məktəblərin qarşısına gedib, etirazlarını dinc şəkildə ifadə ediblər.

Onun sözlərinə görə, ana və qız oktyabrın 14-də səhər saat 10:00-11:00 radələrində həmin ərazilərdən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə aparılıblar.

Məlumata əsasən, onlar hazırda da polis idarəsində saxlanılırlar. Onların oktyabrın 16-da məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 233-cü - ictimai qaydanı pozan hərəkətləri təşkil etmə və ya belə hərəkətlərdə fəal iştirak etmə maddəsi ilə cinayət işi başlanıb.

Bu maddə üzrə 5 min manatdan 8 min manatadək cərimə, yaxud 2 ilədək islah işləri, 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin və Abşeron Rayon Polis İdarəsinin məsələyə münasibətini öyrənmək mümkün olmayıb.

Son həftələr ölkənin bir sıra məktəblərində hicablı şagirdlərin və müəllimlərin dərsə buraxılmaması ilə bağlı məlumatlar yayılıb. Bu hallar Nazirlər Kabinetinin dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqinə dair qərarından sonra baş verib. Qərarda hicabın qadağan olunması birbaşa qeyd edilməsə də, bəzi məktəblər qərarı dünyəvilik prinsipinə zidd geyimlərə icazə verilməməsi kimi tətbiq edib.

Qərar inanclı fəalların və bəzi valideynlərin etirazına səbəb olub. Onlar qərarın hicablı şagirdlərin təhsil hüququnu məhdudlaşdırdığını bildirirlər.

Bununla bağlı on günlə bir çox məktəblərdə valideynlər və şagirdlər etiraz aksiyası keçirirlər.

Daxili İşlər Nazirliyi dövlət ümumi təhsil müəssisələrində vahid geyim forması qaydalarının tətbiqinə mane olmağa və "ictimai asayişi kobud şəkildə pozmağa çalışan" 37 nəfərin saxlanıldığını bəyan edib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

"Tədbirlərin əsas məqsədi nəqliyyatın hərəkətinə maneçilik yaradılmasının və təhsil müəssisələrinin normal fəaliyyətinin pozulmasının qarşısını almaq, şagirdlərin, müəllimlərin və digər vətəndaşların təhlükəsizliyini qorumaqdır", - məlumatda bildirilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. O, ölkədə və bölgədə baş verən siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında xəbərləri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırır.

Şikayətlərinizi bizə göndərin: info@toplummedia.tv

Siyasət

İrana bağlı olduğu bildirilən haker qrupu Azərbaycanın dövlət saytlarına kiberhücuma görə məsuliyyəti üzərinə götürüb

15 Oktyabr 2026

sosial media

İrana bağlı olduğu bildirilən “313 Team” haker qrupu Azərbaycanın dövlət informasiya infrastrukturuna qarşı həyata keçirilən kiberhücuma görə məsuliyyəti öz üzərinə götürüb. Qrup hücumun məktəblərdə hicablı qızlara qoyulan məhdudiyyətlərlə əlaqəli olduğunu bildirib. Azərbaycan hakimiyyəti isə hücumun “xarici haker qrupu” tərəfindən həyata keçirildiyini açıqlayıb. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatına görə, hücumlar oktyabrın 13-də, təxminən saat 22:00-dan başlayıb. “Azərbaycan Respublikasının dövlət informasiya infrastrukturunda 100-dən çox dövlət domenini hədəfə alan xarici haker qrupu tərəfindən kiberhücum həyata keçirilib”, - qurumun açıqlamasında deyilir. Rəsmi Bakı hücumun arxasında hansı ölkənin və ya qrupun dayandığını açıqlamayıb. “313 Team” isə oktyabrın 14-də “Telegram”da yaydığı açıqlamada Azərbaycan...
Siyasət

“Hürriyyət”in həbsdə olan baş redaktorunun vəkili: ‘Ürəyindən təcili əməliyyat olunmalıdır’

15 Oktyabr 2026

sosial media

“Hürriyyət” qəzetinin və “Hurriyyet TV” internet televiziyasının həbsdə olan baş redaktoru Vüqar Məmmədovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. “Azadlıq Radiosu”nun məlumatına görə, bu barədə oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda onun vəkili Rövşanə Rəhimova məlumat verib. Vəkil V.Məmmədovun ev həbsinə buraxılması ilə bağlı vəsatət qaldırıb. O bildirib ki, müvəkkilinin səhhətindəki problemlər qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas yaradır. Müdafiəçinin sözlərinə görə, V.Məmmədovun ürəyində təcili cərrahi əməliyyata ehtiyac var: “Onun sağ ayağı, demək olar ki, işləmir”. Vəkil qeyd edib ki, baş redaktor ev həbsinə buraxılarsa, müalicə ala və məhkəmə iclaslarında iştirak edə bilər. Dövlət ittihamçısı vəsatətə etiraz edib. Elmin Rüstəmovun...

Seçilmiş Videolar

Toplum TV loqo